• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arzunun adı

  • 19 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetTribunaYazarlar

Aynur Mirhəsən 1976-cı il yanvarın 27-də doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub. 2016-cı ildən Türkiyənin İstanbul şəhərində ikinci ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda dəfn olunub.


Aynur Mirhəsən

Bakıda külək əsməsin. Ən çox da ona görə ki, zir-zibili göyə qaldırır…

O gün redaksiyanın pəncərəsindən, göyün yeddinci qatından baxırdım. Güclü külək vardı. Adamlar zir-zibil dumanında o yan-bu yana gedirdilər. Birdən nəzərimi göydə uçum-uçum uçunan sellofan torba çəkdi. Yazıq torba… Görəsən, bu bambalaca torba yerə enə biləcəkmi, yoxsa külək onu apardıqca aparacaq?..

Külək onu bina boyunca qaldırmışdı. O, burulur-burulur, yerə can atır, ancaq bir az da göyə çəkilirdi.

Kələyi kəsilmiş adama oxşayırdı. Başını bir yerə soxub hamıdan, hər kəsdən uzaqlaşmaq, dinclik tapmaq istəyirdi… Külək qoymurdu.

…Ağlamağı qulağıma gəlirdi. Küləksə nərə çəkir, torbanı oyuncağa döndərdiyinə görə elə şadlanırdı, elə şadlanırdı… Onun bu sevincini pəncərənin şüşəsini döyəcləyib fit çalmağından da duyurdum. Qələbəsi ona güc-qüvvə verirdi, fırtınasını bir az da artırırdı…

Sonda bilirsiniz nə oldu? Külək torbanı yaxınlıqdakı binaya sarı qovub qaldırıcı kranın qülləsinə ilişdirdi. Yellənə-yellənə qaldı orda. Nə yerə enə bilirdi, nə də uça.

Bu onun ən ağır anları idi. İndiyə qədər kimlərəsə lazım olmuşdu, içinə konfet-şokolad da yığmışdılar. İndi zalımın cənginə keçmişdi. Əl-qolu bağlı dustağa dönmüşdü.

Günün sonunda torbanın parça-parça olduğunu gördüm.

***

Görəsən, torbanı məhv edən nə idi – külək, yoxsa düşdüyü qeyri-müəyyən vəziyyət?!

***

Görəsən, arzuların zibilxanası olurmu? Arzular nə vaxt zibilə dönür, həyata keçəndən sonra, yoxsa nakam qalanda?

Zibilxanaya atılanlar həyata keçməyən arzulardır. Arzuolunmaz körpələr kimi…

Nədənsə o torbanın aqibətini gerçəkləşməyən arzulara, istəklərə oxşadıram. Arzuların, istəklərin də qeyri-müəyyən vəziyyətə düşdüyü anlar olur… Fələk onu istədiyi yerə ata, yönəldə, ya da elə bir yerdən asılı saxlaya bilir…

Arzuları bir-birindən ayırsaq, bu mənzərənin şahidi olarıq: yerinə yetmiş arzular, yarımçıq arzular, yerinə yetməyən arzular və… qeyri-müəyyən arzular. Bir yerdən asılı qalan, illərlə insanın ürəyini gəmirən arzular. Nə əl çəkiləsidir, nə də həyata keçəsi…

Həyata keçən arzuları çıxsaq, yerdə yarımçıq arzular, yerinə yetməyən arzular və qeyri-müəyyən arzular qalacaq. Ona görə həyata keçən arzuları çıxırıq ki, artıq o öz arzuluğunu itirib, daha arzu deyil. Zibilxanalıq deyil.

Görəsən, zibilxanadakı arzuları emal etmək lazım gəlsə, qeyri-müəyyən arzuları o birilərindən ayırmaq olarmı? Axı onlar emal prosesinə çatana qədər küləyin paramparça etdiyi torbanın vəziyyətinə düşmüş olacaq… Onun nəyini emal edəcəklər?..

***

İnsanlar hərdən həyata keçməyən arzuları üçün də belə deyirlər: “Zibil”.

24 aprel 2009-cu il, Mediaforum.az

İnsanlıq praktikası

Bıçaq altında

Ölümlər arasında

Ölümün adı

Azərbaycan səyahət üçün təhlükəsizlik reytinqində

  • 19 Fevral 2020
  • comments
Seymur Kazimov

Jurnalist mitinqdə və ya PRESS gödəkcəsi indulgens...

  • 19 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda