• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sizə qatil desələr…

  • 17 Yanvar 2020
0
SHARES
FacebookTwitterPinterest

Ruzanna Rəşidqızı

Təsəvvür edin ki, qapınız döyülür, açırsız, bir dəstə polis, arxada da jurnalistlər! Şəkillərinizi çəkirlər! Sizi tutub aparırlar! Sual döşəyirlər! Xəbəriniz olmayan “dəhşətli” (bu qədər adam tökülübsə, yəqin ki, “dəhşətli” olub) cinayətdə günahlandırıldığınızı eşidirsiz. Sizinlə bərabər yaxınlarınız, sonra uzaq qohumlarınız, sonra da yaşadığınız kəndin, ya şəhərin, ölkənin sakinləri “cinayətkar olduğunuzu” öyrənirlər! Çünki qapınızda çəkilən şəkillər hər yerdədir!

Amma bəxtiniz gətiribsə – sivil ölkədə doğulmusuzsa, ədalətli məhkəmə, sizin də imkanınız varsa, yaxşı vəkil tutmusuzsa, günahsızlığınızı sübuta yetirir, bütün səs-küyə, sizi alt-üst edən bütün həngamələrə rəğmən azadlığa çıxırsız.

Necədir? Əvvəlki həyatınıza davam eləyə bilərsizmi?

…San-Diyeqoda cinayət işləri üzrə vəkil Stefano L.Molea yazır ki, məhkəmələrdə ətrafındakılardan çox vaxt eyni şeyi soruşmalı olur: “Müttəhimə baxanda özünüzə hansı sualı verirsiz? “O neyləyib?”, yoxsa “O nədə günahlandırılır?” Çünki cəmiyyətin təqsirləndirilən şəxsə qərəzinin həddini məhz bu iki sual müəyyən eləyir. Və… vəkilin fikrincə, qərəzi yaradan həm də bu sualları fərqləndirməyən, neytral tonda danışa bilməyən mətbuatdır.

Təqsirsizlik prezumpsiyasını tək media yox, hər kəs qorumalıdır. Bütün beynəlxalq sənədlər və konvensiyalar günahı sübuta yetirilməyincə, haqqında məhkəmə hökmü çıxarılmayınca hər kəsi təqsirsiz hesab edir. Yəni təqsiri qanuna uyğun şəkildə sübut olunmayan şəxsi “cinayətkar” adlandırmağa kimsənin haqqı yoxdur, hələ kütlənin rəyini formalaşdıran mətbuatın heç haqqı yoxdur. Beynəlxalq jurnalistika təşkilatları, məktəblər təqsirsizlik prezumpsiyasını sözlük və ensiklopediyalarına elə-belə salmayıblar. Bu problem dünyanın hər yerində var. Jurnalistlər səs-küylü cinayət işlərindən yazanda əsas prinsiplərini (dəqiqlik, qərəzsizlik və tərəfsizlik), məsuliyyətini unudur, auditoriyanı maraqlandırmağa çalışıb, “Cinayətkar tapıldı!”, “Qatil filankəs imiş!” kimi başlıqlar qoyurlar.

2011-ci ildə Britaniyada pasiyentləri öldürməkdə şübhəli bilinərək həbs edilən Rebeka Leyton bütün dünyada biabır olmuşdu. Mətbuat onun fotolarını dərc edəndə üstünə “ölüm mələyi”, “qatil qadın” yazırdı. Gənc tibb bacısı 6 həftə həbsdə qalandan sonra günahsızlığı sübut edildi və o, haqqında jurnalistlərə informasiya ötürən Mançestr polisini məhkəməyə verib 53 min funt sterlinq aldı. Baş verənlərdə medianın da “əməyini” danmırdılar. R.Leytonun mətbuat vəkili Maks Kliford demişdi ki, mətbuatdan verilən şikayətlərə baxan komissiya öz işini görsəydi xanım Leyton kimi adamlar mənim yanıma gəlməzdi, onu müdafiə edə bilən qurumlara üz tutardı.

Beynəlxalq Açıq Jurnalistika Məktəbi təqsirsizlik prezumpsiyasını izah edərkən yazır ki, mətbuatın bu prinsipi qorumaması bəzən məhkəmənin də işini çətinləşdirir, məhkəməyə qədər yaranan ictimai rəy ədalətli qərar çıxarmağa əngəl olur. Yenə Britaniyada 65 yaşlı Kris Ceffri gənc qonşusunu öldürməkdə şübhəli bilinib, sonra buraxılanda onun haqqında yazanda məhkəməyə hörmətsizlik etdiklərinə görə “The Daily Mirror” 50 min, “TheSun” qəzeti isə 18 min funt sterlinq cərimələnmişdi. 8 qəzet isə K.Ceffriyə mənəvi zərərə görə kompensasiya ödəməkdən əlavə, yazılı şəkildə üzrxahlıq da eləməli olmuşdu.

Belə hallarda mətbuat orqanının itirdiyi etimad ödədiyi zərərdən qat-qat ağır ola bilər. Ona görə də beynəlxalq jurnalistika təşkilatları medianı bütün durumlarda diqqətli olmağa, rəsmilərin açıqladığı məlumatlara da məsuliyyətlə yanaşmağa, təqsirləndirilən şəxsin ləyaqətini qorumağa, bir sözlə, jurnalist etikasına riayət etməyə çağırırlar.

Hüquq müdafiəsi təşkilatları isə həm də manşetlərə çıxarılacaq fotoları təsəvvür etdiklərindən, məhkəmə zallarında təqsirləndirilən şəxləri dəmir barmaqlıqlar arxasına, yaxud şüşə qəfəslərə salmamağı məsləhət görürlər.

Bütün bunlar, əlbəttə, günahsız insanı ləkələmək qədər ağır cinayətə ortaq olmamaq üçündür. Mətbuat belə cinayətlərə ortaq ola da bilər, olmaya da – hər ikisi çox asandır. Bəzən eləcə sözləri seçmək – “cinayətkar” yox, “cinayətdə təqsirləndirilən”, “günahkar” yox, “günahlandırılan”, “qatil” yox, “qətldə şübhəli bilinən” yazmaq yetər. Ya da san-diyeqolu vəkilin dediklərini xatırlamaq olar: Biz özümüzə hansı sualı veririk?

Və ya sual veririkmi?

Müəllifin başqa yazıları:

Menyuda iki yemək var

İntihar haqda necə yazmalı? 

“Qrantyeyən satqınlar”

Medvedyev yeni postda

  • 17 Yanvar 2020

REAL-ın namizədləri, niyyəti

  • 17 Yanvar 2020

Son materiallar

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

Rəylər

Do not miss

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

Son materiallar

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

comments
ManşetXəbər

Valyuta ehtiyatı nə qədər artıb?

comments
ManşetXəbər

Əlilliyin müəyyən olunması meyarları

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
ManşetXəbər

Müharibə veteranlarına 210 manat

comments
ManşetXəbər

Zülmün nümayişi

comments
ManşetXəbər

Hasilatda yeni norma

comments
Dünyanın səsiManşetXəbər

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”

comments
ManşetXəbər

İsa Qəmbərin şikayətinə baxılacaq

comments
ManşetXəbər

“Güc və müdriklik sayəsində torpaqlarımızı azad etdik”

comments
AktualManşetXəbər

Laçını tam qaytaran yol

comments
ManşetXəbər

Avropadan təzminat qərarları

comments
Dünyanın səsiManşetXəbər

İsrail növbədənkənar seçkiyə gedir

comments
Dünyanın səsiManşetŞərh

Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
AktualManşetXəbər

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

comments
ManşetXəbər

Səfər anonsları

comments
ManşetXəbər

Valyutaların yarım ili

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
AktualManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
AktualManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

comments
Dünyanın səsiManşetŞərh

Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Büdcə yeniliyi son oxunuşdan keçdi

comments
AktualManşetXəbər

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda