• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hədəfə çatmağın köçəri quş yolu

  • 13 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetTribuna

Vahid Qazi

İsti ölkələrə köçən quşların uçuşunu seyr etməyən çətin tapıla. Bəs o quşların uçuş zamanı paz şəklində düzülmə səbəbi haqda düşünmüsüz?

Britaniyalı zooloqlar bunu tədqiq edib öyrəniblər ki, uçuş prosesi aerodinamika qanunları ilə idarə olunur. Öndə gedən quşun qanad çalmasından yaranan hava axını arxadan gələn quşun qalxmasına kömək edir, uçuşunu asanlaşdırır. Bir qədər yanakı uçan quş bu hava axınını daha rahat tuta bilir. Paz şəklində uçuşla hava asan yarılır. Beləliklə, dəstənin sinxron halda hərəkəti ümumi harmoniya yaradır və sanki qabaqda gedən arxadan gələni dartıb aparır.

Ard-arda düzülüş quşların enerji sərfini azaltmaqla yanaşı onların sürətini də artırır. Sən demə, birgə uçuş təklikdə uçuşla müqayisədə sürəti 71 faizədək yüksəldirmiş. Bu minvalla, yəni bir-birinə yardım edə-edə quşlar uzaq yerlərə (hədəfə) daha tez çatırlar.

Son vaxtlaracan belə izah olunurdu ki, köçəri quşları böyük səfər zamanı başçı quş (quşbaşı) idarə edir. Elə deyilmiş. Quşların vahid lideri yoxdur. Sadəcə, yolun ağırlığı ona düşdüyündən ən başda gedən quş tez yorulur. Tamam əldən düşməmiş sürünün arxasına keçib yerini özündən sonra gələnə verir. Beləcə liderlik vaxtaşırı dəyişir.

Dəstədə haray salan, qışqırışan arxadakı quşlardır. Onlar bununla öndə gedənləri irəliyə həvəsləndirir, ruhlandırırlar. Qabaqda gedən liderini alqışlayan kütlə kimi.

Bunları niyə yazıram?

Parlament seçkisi haqda son günlər sosial şəbəkələrdə açılan saysız müzakirələrə qoşulmağa bir iynə gözü belə həvəsin olmayanda ən canqurtaran iş elə balaca bir yazı yazmaqdır.

***

Başqaları ilə eyni istiqaməti hədəfləyib çiyin-çiyinə addımlayan adamları irəli aparan qüvvə bir-birinə bəslədikləri güvən hissidir. Məhz hərəkət anındakı birgəlik insanlarda belə bir duyğu yaradır. İlk dəfə bu cür xoş həyəcanı 1988-ci ilin mitinqlərində yaşamışam – eyni murada birgə can atan yüz minlərin insan selində kosmik fəza yüngüllüyü duymuşam.

Sonra bu “yüngüllük” “ağırlıq”la əvəzləndi, çünki səfimiz perik salındı, ümumi hədəfdən yayındıq, yarı yolda qaldıq.

Hazırlıqsız cəmiyyət lider bolluğunda pərən düşüb yolu azdığı kimi taleyini bir nəfərin iradəsinə bağlayan toplumların da hədəfdən yayınmaq riski böyükdür. Əlbəttə, söhbət bəlli hədəfi olanlardan gedir, Allah ümidinə yaşayanlardan yox.

Demokratik ənənələrin oturuşduğu ölkələrdə özünüidarə üsulu üfüqün o üzünü qəsd etmiş quş qatarının hərəkət mexanizminə bənzəyir.

Belə cəmiyyətlərdə hər kəs uzaq uçan quşlar təki ümumi davranış qaydalarına tabedir. Hamının iştirakı və məsuliyyəti bərabərdir deyə belə toplumlarda “ağ atlı oğlan”, “ümummilli lider” ağla gəlmir.

Yaşadığım İsveçdən deyim. Uzaq XVI əsrdə Stokholmu danimarkalılardan azad etməklə qəhrəmana çevrilmiş Qustav Vasadan sonra adamların kimisə “öndər” gördükləri haqda bir yazı oxumamışam. Neçə əsrdir krallarını belə sıravi vətəndaş kimi yaşamağa vadar ediblər.

Avtoritar rejimlərdə isə belə deyil!

Kəsəsi, köçəri quşların bəlli hədəf yolunda sərgilədiyi birgə hərəkət mexanizmi təbiətin insanlara verdiyi yaşam örnəklərindən biridir. Bu təbiət qanununu öz həyatında tətbiq edib uğur qazanan xalqlara yox, özümüzə baxaq. Heç 100 il əvvələ də getməyək, elə son 30 ilə nəzər salaq.

Konkret məqsəd naminə hər yola çıxdığımızda öz halaypozanlarımız səfimizi dağıdıb! 1990, 1992, 1993, 1998, 2003, 2005 və sairə illərdə baş verənlərin hər biri haqda yekə-yekə yazılar yazmaq olar, amma tarixi qurdalamağa gərək yoxdur, onsuz da aydın olmayan daha heç nə qalmayıb.

Bəs 2020-ci ilə necə gedirik? Hədəfimiz haradır? Səfimiz düzülübmü? Bunu siz məndən yaxşı bilərsiniz.

Mənim bildiyimsə budur: hədəf vektorunu üzü Qarabağ və ədalətli cəmiyyətə doğru çevirib hərəkət mexanizmini işə salsaq, Azərbaycan tarixinə cümhuriyyətçi atalardan sonra ən uğurlu nəsil kimi düşərik. Yerdə qalan bütün işlər özünü aldatmaqdan başqa bir şey deyil.

Şükür yaradana, öyrənmək üçün canlı varlıqlarının simasında bizə gözəl örnək də verib. Uzaq hədəfləri birgə uçuşlarıyla yaxın edən durnaları, qazları, ördəkləri, leyləkləri… deyirəm.

Dekabr, 2019

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

70-dən yuxarı…

  • 13 Dekabr 2019
  • comments

Uçot dərəcəsi dəyişdi

  • 13 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda