• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Anım

  • 12 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dekabrın 12-də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıdakı Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimə baş nazir Əli Əsədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri də qatılıb.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, həmçinin Sankt-Peterburqda dövlət təhlükəsizliyi üzrə xüsusi ali təhsil alıb.

1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində çalışıb.

1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına keçən Heydər Əliyev 1965-ci ildən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsini tutub.

1969-cu il iyulun 14-dən Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – respublika rəhbəri, 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub.

1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postunu tutub.

1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib.

2003-cü il dekabrın 12-də vəfat edib.

Müasir Azərbaycanda türkçülüyün problemlərinə dair...

  • 12 Dekabr 2019
  • comments

Avropa Məhkəməsindən Mövsüm Səmədov qərarı

  • 12 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Anım

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda