• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Halbuki…

  • 11 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetMediaTribuna

Hikmət Nazim

Son dövrlər telekanallara qarşı yumşalma hiss olunur. Bəlkə də cümləni belə qurmalıydıq: xalqın televiziyalara qarşı münasibətində yumşalma var. Bir neçə il, hətta ay qabağa kimi əksəriyyət yalan informasiya yayan aparıcıları tənqid etməklə məşğul idi. İndi təzəcə peyda olmuş bir-iki verilişi görüb müəyyən kəsimin Azərbaycana da “söz azadlığı”nın ayaq açacağına dair ümidləri cücərib.

Əslində nə baş verir?

“Space TV” Hafiz Hacıyevi “Sadə həqiqətlər” verilişinə çağırıb efirdə ezop dilində hansısa “sadə həqiqətləri” danışdırıb. Sosial şəbəkələrdə də yayılmış o videoya baxmış olarsınız: Hafiz müəllim qol saatını göstərib qaraçılardan 32 manata aldığını deyir. Sonra da əlavə edir ki, başqalarının oğlu 2 milyon yarımlıq saat taxır, başına döydürüb əllərindən aldırır…

“Başqalarının oğlu”… Kimdir? Bəlli deyil.

Görünən odur insanlar azad sözə o qədər acdırlar ki, üstüörtülü deyilmiş söz belə canlarına yağ kimi yayılır.

Hətta o qədər acdırlar, aparıcının Hafiz müəllim haqqında dediyi “partiya lideri” ironiyasını belə anlamayıblar. Aparıcının bunu bilərəkdən dediyi şübhə doğurandır, amma istəyir bilərəkdən, istəyir bilməyərəkdən desin, o dəqiqə adamın üzündə gülüş doğurur.

Elə götürək İctimai Televiziyanın efirində təzə-təzə yayımlanmağa başlayan “3D” layihəsini. Yerli jurnalistlərdən biri verilişin aparıcısı qismində efirdə görünən “kukla” haqqında belə bir status yazıb: “Dadaş Dadaşlinski fenomeni saqqız kimi şeydir. Hələ ki, şişirdirsiniz. Şişirdin, şişirdin, bir az da, bir balaca da və çox çəkməz paaarrrttt… İndi gedin üz-gözünüzü təmizləyin”.

Olduqca haqlıdır.

İlk yayımlanan verilişdən son verilişə qədər izləyin, görəcəksiniz ki, qonaqların hamısı loyal, tənqidlərin hamısı ehtiyatlı, sualların hamısı icazəlidir.

Sualların icazəli, hətta tənqidlərin ehtiyatlı olması belə başa düşüləndir. İllərdir ən azı xəbərlər proqramını nə ümidlə izlədiyimiz kanaldır, yaxşı bilirik ki, İctimai Televiziyanın birdən-birə yüz səksən dərəcə dəyişməsi mümkün deyil; çünki heç vaxt eşitmək istədiyimiz xəbəri deməyib. Lakin verilişə dəvət olunan qonaqların belə “xüsusi standartlar”a cavab verməsi bunu deyir ki, tələsməyin.

Yadınızdadırsa, bir zamanlar azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist, əməkdar incəsənət xadimi, xülasə bir sıra keyfiyyətləri özündə birləşdirən “köhnə azərbaycanlı” Orxan Fikrətoğlu ANS-də “Zorxana” adlı publisistik veriliş aparırdı. Yerindən qalxan uşağın belə heç kimə gücü çatmayanda haqqında iki cümlə yazıb tənqid edə bildiyi Hacıbala Abutalıbov kimi üzüyola məmurları bizləyirdi, heç olmasa bunu edirdi. O danışanda atam deyirdi zalım oğlunun ağzından qızıl tökülür. Çox inandırıcı danışırdı, elə bilirdin həqiqətən köhnə azərbaycanlıdır. Sonra məlum oldu ki, sən demə, “yeni azərbaycanlı” imiş. Özü də İctimai Televiziyada veriliş aparır. Adı da belədir: “Halbuki…”

“3D” layihəsinin yaratdığı Dadaş Dadaşlinski fenomeni də belədir; elə bilirsən, nəsə deyir, amma Orxan Fikrətoğlu demiş, halbuki heç nə demir. Yəni topumun yararına bir şey demir. Bir neçə deputatı, yaxud loyal siyasi fəalı çağırıb onlarla məzələnmək o demək deyil ki, İctimai Televiziyaya da demokratiya gəlib. Bütün bunlar göz pərdələməkdən və həmin deputatların, siyasi fəalların beş-on rəqibini sevindirməkdən özgə şeyə xidmət etmir.

Ümumiyyətlə, media hər təbəqədən insana xitab etdiyi kimi hər təbəqədən insana da tribuna verməlidir. Xüsusilə də İctimai Televiziya; çünki “İctimai televiziya və radio yayımı haqqında” qanunda ictimai yayımçının vəzifələrindən biri məhz belə qeyd olunub: ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi…

Lakin Azərbaycanda İctimai Televiziyanı izləyən şəxsin ölkədə keçirilən mitinqdən, hər hansı bir neqativ haldan xəbəri olmur, ya da ona çatdırılan xəbərin əsli təhrif olunur. Qanunun diktə etdiyi şəkildə desək, “vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququ” pozulur…

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur?

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Media və ikili standart

“Zombiləşmiş” müxbir

Əminənin qətlində türk seriallarının payı

Yüksək oxu sayına güvənmək olarmı?

Ezop dili və yayınan hədəf

Yuxudan oyananda nə edirsiniz?

Elektron kitablar və virtual müsahibələr…

Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması

  • 11 Dekabr 2019
  • comments

Paşinyan səs itirir, amma yenə birincidir

  • 11 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda