Müsavat seçki müzakirəsi təşkil edir
Müsavat Partiyası siyasətçi və ictimai xadimləri dəyirmi masa ətrafında toplayır. Novator.az-ın məlumatına görə, dekabrın 3-ü Müsavatın Bakıdakı mərkəzi qərargahında keçiriləcək tədbirə bu partiyanın başqanı Arif Hacılının, AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üz...
Prezident Administrasiyasında yeni şöbə müdiri
Dekabrın 1-də prezident İlham Əliyev Gündüz Kərimovu Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edib. Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazaxda anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində və ABŞ-ın İ...
Rusiya: harada çox maaş verilir?
Rusiyanın ən yüksək əməkhaqqı verilən bölgələri məlum olub. Novator.az bildirir ki, “RİA Novosti” agentliyinin tərtib etdiyi reytinqə əsasən, 6 bölgədə hər 5 sakindən biri ayda 100 min rubldan (2640 manat) çox pul qazanır. Ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinin 20 min rubldan 52 min rubla qədər d...
Döyüş atışlı təlimlər
Ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir. Müdafiə Nazirliyinin 2 dekabr məlumatına görə, təlimlər Raket və Artilleriya Qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, takti...
Parlamentin buraxılması üçün prezidentə müraciət olundu
Dekabrın 2-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkisinin təyin olunması üçün prezidentə müraciət edilməsi məsələsi müzakirəyə çıxarılıb. Deputatların əksəri gündəliyə çıxarılan məsələni dəstəkləyib və Milli Məclisin buraxılması, ...
Qarabağ görüşünün yeri və vaxtı açıqlandı
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb. Qeyd olunur ki, xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla növbəti görüşü dekabrın 4-nə, Slovakiyanın paytaxtı Bratislavaya təyin olunub. Görüşə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusi...
Dilarə Seyidzadəyə prezidentin fərdi təqaüdü kəsildi
Dilarə Bağır qızı Seyidzadəyə prezidentin fərdi təqaüdü kəsilib. Sərəncamı dövlət başçısı İlham Əliyev dekabrın 2-də imzalayıb və bunu Dilarə Seyidzadənin dövlət qulluğunda göstərdiyi xidmətlərlə əsaslandırıb. Prezidentin fərdi təqaüdünün aylıq məbləği 1450 manatdır. Novator.az bildirir ki, 1939-cu ...
Bölgələr üzrə kredit statistikası
Novator.az bölgələr üzrə kredit göstəricilərini təqdim edir. Mərkəzi Bankın hesabatına görə, paytaxt Bakıda 11 milyard 249 milyon manatlıq kredit rəsmiləşib. İqtisadi rayonlar üzrə statistika belədir: Aran – 729,6 milyon manat Gəncə-Qazax – 588,6 milyon manat Abşeron – 525,9 milyon manat Lənkəran – ...
Milli çempionatlarda
İngiltərə milli futbol çempionatında 14-cü tur başa çatıb. Novator.az-ın məlumatına görə, turnir cədvəlinə 40 xalla “Liverpul” başçılıq edir. “Lester” 32, “Mançester Siti” 29, “Çelsi” 26 xal götürüb. İspaniya çempionatında “Barselona” və “Real” 14 oyuna 31 xalla öndə dururlar. 15 oyun keçirən “Sevil...
Kredit və əmanət hesabatları
Mərkəzi Bank yeni hesabatlar yayıb. Novator.az-ın məlumatına görə, noyabrın 1-nə kreditlərin məbləği 14 milyard 75 milyon manat, əmanətlərin həcmi 8 milyard 811,1 milyon manat göstərilir. Başqa bir hesabata əsasən, noyabrın 1-nə 1 milyard 384,9 milyon manatlıq ödəniş vaxtı keçmiş kredit qeydə alınıb...
Son ayın start qiyməti
Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 2019-cu ilin son ayına 66,21 dollarla start verib. Xəbəri dekabrın 2-də AZƏRTAC yayıb. 2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt”ın bir barreli yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82, maya 75,55, iyuna...
Paytaxtda orta maaş 833 manatı ötüb
Bakı Şəhər Statistika İdarəsi yeni göstəricilər açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında paytaxtda 32,6 milyard manatlıq sənaye malı və istehsal olunub və xidmət göstərilib. Sənayedə qeyri-dövlət sektorunun payı 83,8 faiz göstərilir. Qeyd olunur k...
Dekabr siftəsi
Mərkəzi Bank dekabrın 2-də avronun məzənnəsini 1,8731 manata qaldırıb. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,5731 manat) və Türkiyə lirəsi də (0,2956 manat) bahalaşıb. ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində qalıb, dəyər itirən Rusiya rublu isə banklara 0,0264 manata təklif olunur...
Milli Şuranın şərti var
Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması məsələsini müzakirə edəcək. Təklifi prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası irəli sürüb. Azərbaycanda növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də olmalıdır. Konstitusiyaya görə, prezident Milli Məclisi buraxa bilər. ...
“Bu layihə ölkələr arasında körpülər yaradacaq”
“Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür”. Noyabrın 30-u Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində, Trans-Anadolu (TANAP) qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TA...