Prezident İlham Əliyev oktyabrın 10-da Türkmənistana işgüzar səfərə gedib. O, Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitinə – Dövlət Başçıları Şurasının iclasına qatılacaq.
AZƏRTAC-ın məlumatına görə, Aşqabad beynəlxalq hava limanında İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.
Novator.az bildirir ki, MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub.
21 dekabr 1991-ci ildə keçmiş SSRİ-nin daha 8 respublikası – Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.
Azərbaycanın MDB-yə qoşulması 20 sentyabr 1993-cü ildə rəsmiləşib. 1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə daxil olub.
Sonralar Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan və Ukrayna MDB-dən ayrılıblar.