• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Harinin ikinci intiharı

  • 02 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Və ya Stanislav Lemin “Solyaris” müəmması haqqında

Mətləb Ağa

Nə zamansa, keçmişimizdə bizimlə bağlı və ya bizim sə­bəb olduğumuz elə hadisələr baş verib ki, onlar özümüzdən asılı olmayaraq heç vaxt gözlərimizin qabağından çəkil­mir, bey­ni­mizi dinc qoymur, ürəyimizi narahatlıqla döyündürür, bizə əzab verir və bütün bunlar azmış kimi, hətta bizi utandırır da.

Çox istəyirik ki, həmin keç­mi­şin qara kölgəsini biryolluq özümüzdən uzaqlaş­dıraq, bir daha xatırlamaq belə istəmə­diyimiz o ağrılı, utanc­ve­ri­ci xatirələri unudaq, ancaq nəticədə tam əksiylə qarşıla­şı­rıq, nə qədər o əzablarla üzülüşməyə can atırıqsa, onlar o qədər güclü təkanla üzərimizə şığıyıb nəfəs almağa, göz açmağa macal vermir…

Fəlsəfi, sosial və mənəvi sualları psixoloji aspektdən cavablandırmağa cəhd edən “Solyaris” romanı (1961) yəhu­du mən­şəli Polşa yazıçısı Stanislav Lemin yaradıcılığının “mag­num opus”udur desəm, yanılmaram…

Psixoloq Kris Kelvin, o, anadan olandan təxminən yüz il əvvəl tapılmış, iki-qırmızı və mavi günəşli, bir neçə kiçik adanı çıxmaq şərtiylə səthi büsbütün plazma Okeanın­dan ibarət Sol­yaris planetini tədqiq etməkdən ötrü oradakı Yer Stansiyasına gəlir.

(Baxmayaraq ki, Kelvin doğulandan əvvəlki yüz otuz illik dövr ərzində Solyarisə dair konkret yekun fikir əldə edilməyib).

Solyarisdəki Stansiyada məskunlaşan insanlar psixolo­qu soyuq qarşılayır, söhbət zamanı Kelvin Snautdan öyrənir ki, Stansiyadakı üç nəfərdən biri – Qibaryan elə bu gün intihar edib, meyiti soyuducu anbardadır, digər əmək­daş Sartorius öz otağında guşənişindir və ətrafla ünsiy­yət­dən qaçır, Snautun özü Kelvinlə qaraqabaq, şübhəli davra­nır, qapalı, çəkingən ünsiyyət qurur, Kelvin sonradan bilir ki, Snaut psixoloqun da Solyarisin Stan­siyaya yolladığı “qonaqlardan” (Kelvingil onları “F varlıq­ları” adlandırır) olmasından qorxurmuş.

Kris Stansiyaya təşrif buyurduğu dəqiqədən etibarən sanki qarabasmalar aləminə düşür və bir müddət sonra dəqiq­ləş­dirir ki, baş verənlər tək onunla əlaqədar deyil, çoxdan başlan­mış hadisələrin davamıdır…

İntihar etmiş Qibaryanın soyuducu anbardakı meyitini yoluxan Kelvin orada, Qibaryanın meyitinin böyründə uzanmış, az əvvəl dəhlizdə təsadüf etdiyi zənci qadınla – psixoloqun təbirincə, “qara Afrodita”yla da rastlaşır.

Tezliklə Snautun qaraqabaqlığının və Sartoriusun guşəni­şinliyinin daha bir səbəbi Kelvinə məlum olur, Yer­dəki keçmiş sevgilisi Harinin öz kayutunda zühurundan son­ra psixoloq anlayır ki, Stansiyadakı digər iki nəfərin də belə qonaqları var və ən əsası, Qibaryanın özünü öldürməsi də yəqin ki, elə qonağı olmuş zənci qadınla əlaqəlidir.

(Bu barədə aşağıda bir də qeydlərim olacaq).

Hari psixoloqla sevgili olub, onunla birlikdə yaşayıb, Kelvi­nin təqsiri ucundan zəhərli iynəylə intihar edib və bu, Kelvinin ən ağrılı yeri, ona əzab verən ən dəhşətli xatirəsidir, elə bir şeydir ki, Kelvin xatırlamaqdan belə qorxur…

Kelvin baş verənlərə yavaş-yavaş adaptasiya olduqca dərk edir ki, süni Harini yanına Okean göndərib, Kelvinin ən əzablı xatirəsiylə “oynayan” – Hari əhvalatını “düzüb-qo­şan” (Kelvin bu prosesi, süni Hari əhvalatını “insanın bütün yad­da­şını ölçmək və onun ən ağrılı yerini tapmaq” adlandırır) Odur – Okeandır.

(Artıq kitabın son səhifələrində Kelvin və yoldaşları birmənalı o qənaətdədirlər ki, Okean özlüyündə canlı varlıq, bütövlükdə düşünən nəhəng bir beyindir).

Okean bütün bunları nə məqsədlə edir?

(Şübhəsiz ki, o, istə­sə Stansiyanı göz açıb-yumunca dar­ma­dağın edə və ya oradakı insanları su içimi kimi asanlıqla öldürə bilərdi).

Odur ki, bəlkə Okeanın insanlara münasibətinin mənasını Snautun Kelvinə sərxoş vəziyyətdə dediklərində axtarmaq lazımdır:

 “Qulaq as, Kelvin, bəlkə o (Okean), bizə xeyirxahlıq arzu­layır? Bəlkə bizi xoşbəxt eləmək istəyir, amma necə eləyəcəyini bilmir? O, bizim beynimizdən arzularımızı oxuyur, axı əsəb proseslərinin cəmi iki faizi şüurludur. Buna görə də o, bizi bizim özümüzdən yaxşı tanıyır. Demək, ona qulaq asmaq lazımdır. Onunla razılaşmaq lazımdır”.

Snautun dediklərində həqiqət payı olmamış deyil.

Bəlkə Okean Stansiyadakı insanlara qarşı münasibətiy­lə onu demək istəyirdi ki, məsələn, konkret olaraq sən, Kris Kelvin, özünü, şüurundakıları dərk etmək qabiliy­yə­tinə sahib deyilsənsə, əgər sənin öz ürəyindəkiləri anlamaq gücün yox­dur­sa, onda başqa bir Şüuru, bütöv bir Planeti, Kainatı necə dərk edə bilərsən? Və ən mühümü, öz şüuru­nun çağırışını “eşitmə­yən” kimsə özgəsini başa düşə bilər­mi? Və daha ən əsası, əgər sən, Kris Kelvin, sevdiyin qadının – Harinin ölümündə təqsirkar­san­sa və bunu düz on il özündən belə gizlətməyə çalışmısansa, bunu özünə belə etiraf etməyi bacarmırsansa, onda mənimlə nə işin var, hansı haqla Okeanı anlamaq, onu mənimsəmək ambisi­ya­sına düşmüsən, get öz dərdini çək…

 (Kelvin Hariyə onu da düz demirdimi ki, insanlar belə planetlə (Solyarislə) qarşılaşacaqlarını, belə tapmaca üzərində baş sındıracaqlarını təsəvvür belə etmirdilər, Yer sakinlərinin düşüncəsinə görə, qarşılacaqları dünyalar­da­kıla­rı ya əsarətə altına alacaq, ya özləri əsarət altına düşəcək, ya da onlarla sadəcə ünsiyyət quracaqdılar, ayrı yol yoxdu).

Başqa sözlə, Okeanın bizimlə “oyunu” alt şüurumuzdakı xatirələrimizə, keçmişimizə cavab reaksiyasıdır, dünə­ni­miz­dəki qeyri-insani davranışlarımıza təpki mexa­niz­midir, həm də belə görünür ki, Okean insanları ümumiy­yətlə heç vecinə almır, Onu ancaq narahat edən­də, “əl-ayağına dolaşanda” öz əlimizlə özümüzü cəza­lan­dırır, keçmişimizdəki ən ağır günah­larımızı mad­di­ləşdirib yanımıza göndərməklə bizə nələrisə xatırladır…

Maraqlıdır ki, (bunu Kelvin də təsdiq edir) Okean Stan­siya sakinlərinin beyinlərindəki, alt şüurlarındakı ən ağrılı, onlara ən çox əzab verən nöqtələri yuxuda olduqları vaxt aşkar­layır, ardından bu xatirələrin obyektini (insanı) olduqca dəqiq maddiləşdirib surətini çıxarır;

(Snaut: “Madam ki, qonaq həmişə oyanma anında gəlir, on­da o, istehsal reseptini biz yuxuda olarkən bizdən götürür. Bi­zim ən mühüm vəziyyətimizin məhz yuxu olduğunu güman eləyir”).

Bu yöndən, “Solyaris” digər məşhur yəhudinin – Ziq­mund Freydin düşüncələrinin Stanislav Lem qələmində özünəməxsus reinkarnasiyasıdır desəm, məncə, səhv etmə­rəm. Odur ki, ”Solyaris”i başa düşmək üçün Freyd fəlsə­fəsindən də xəbərdar olmaq lazımdır…

Freyd insanın altşüurunun onun psixologiyasına təsir gü­cü­nü israr edir, elə Freyd yaradıcılığının ən mühüm to­tem­lə­rin­dən biri də məhz “altşüur”dur.

Filosof yazırdı ki, hazırda ifadə edə bilmədiyimiz emosi­ya­larımız ölmür, onlar diri-diri basdırılır və haçansa təzədən doğulur.

Bundan başqa, Freydin fikrincə, yuxular şüurun “bilmə­di­yi” duyğuları, ha­disələri “görür” və bu da şüuraltının möv­cud­luğunun isbatıdır. 

Freyd iddia edir ki, yuxular (xır­da istisnalar müm­kündür) reallaşmamış, özümüzdən belə gizlətdiyimiz istəkləri­mizin ifa­də­sidir. O, eyni zamanda yuxuların yalnız bugünkü arzuların yox, həyata keçməyən uşaqlıq xəyallarının da əksi ola bildiyini xatırladır…

Kelvin də romanın elə “Yuxular” fəslində sanki Freydin fikirlərinə dəstək verir:

“…Stansiyadakı hər şey, mənimlə Hari arasında baş verən­lər dəhşətli dayanıqsız tarazlıq vəziyyətindədir və onun po­zul­ması hər şeyi xara­ba­zarlığa döndərə bilər. Niyə? Bil­mirəm… Hərçənd başqa bir anlaşılmazlıq da var idi: yuxular… bu yuxularda bila­va­sitə mənim ətrafım bütün dəqiqliyinə və maddiliyinə görə ayıqlıq təəssüratını geridə buraxırdı. Mən yuxudan inanıl­maz hisslərlə oyanır, bu qənaətə gəlirdim ki, gerçəklik, həqi­qi gerçəklik məhz yuxudur, gözümü açarkən gör­dük­lə­rim isə yalnız hansısa… kölgələrdir… Elə yuxular olurdu ki, …özümü işgüzar, ləng tədqiqatların obyekti kimi hiss edirdim; …bu, …tam boşluğa qədər məhv olmaq idi. Bu… işgəncələrin sərhədi, sonu yox idi; bir neçə gündən sonra belə, bircə dəfə xatırlayanda ürəyimin döyüntüləri güc­lənirdi…”

Psixoloq keçmiş səhvini “düzəltmək”, hətta yeri gəlsə, mümkün olmayacağını bilsə də süni Hariylə birlikdə Yerə qayıtmaq arzusundadır. Lakin süni Hari də öz əslinin taleyini təkrarlayır (daha doğrusu, Sartorius və Snautun onu “yoxa çıxarmasıyla” könüllü razılaşır), bu dəfəsə günah­kar Kelvin deyil, bu ikinci intihar əslində Kelvinin xilasıdır, süni Hari onu dəhşətli yuxulardan, qızın gələcə­yiylə bağlı qeyri-müəyyən­lik­dən qurtuluşu naminə bu addı­mı atır, ancaq Kel­vin, Harinin yenidən bir gün onun yanına dönəcəyinə ümidini heç itirmir…

Bəlkə Qibaryanın intiharının səbəbini də Freydin bu düşüncələrində axtarmalıyıq:

“Qəribə deyil? Xatirələr xoşbəxtlik mənbəyidir, amma bəzən xatırlamaq… intihar səbəbi belə ola bilər…”

Yəni Qibaryanın yəqin ki, meyitin­dən belə əl çəkməyən zənci qadınla bağlı hansısa acı bir xatirəsi vardı və Okeanın “qara Afrodita”nı şüuraltından “oyandırıb” yenidən Qibar­yanla üz-üzə gətirməsi astro­nav­tın iradəsini sarsıdıb onu intihara sürükləmiş, onun əsəbləri Kelvin­dən fərqli olaraq bu görüşə dözməmişdi…

…Yeri gəlmişkən, 1972-ci ildə “Solyaris”in əsasında məşhur rus rejissoru A.Tarkovski eyni adlı film də çəkib və bu film həmin il Kann festivalında Qran-pri mükafatını qa­za­nıb, 2002-ci ildəsə ABŞ rejissoru Stiven Soderberq kitabı təzədən ekranlaşdırıb.

Tarkovsi özü “Solyaris”i səhnələşdirməsinin səbəbini belə açıqlayırdı:

“Nə olur olsun, son ana qədər mübarizə aparan bir qəh­rə­mana hörmətim var. Çünki ancaq belə bir insan qələbə qazan­dığını iddia edə bilər”.

Stanislav Lem, Tarkovskinin (həm də Soderberqin) fil­mini mənfi qiymətləndirir, Tarkovskini onda qınayırdı ki, o öz düşüncələrini ifadə etmək üçün “Solyaris”dən bir bəhanə kimi faydalanıb…

…Bir daha yeri gəlmişkən, mən ancaq Stanislav Lemin “Solyaris”indən danışırdım…

Başqa yazılar:

Korolenkonun Nəcib Məhfuza cavabı

Sevgi haqqında demaqogiya

Mətləb Ağanın yeni kitabı işıq üzü görüb

Boyunbağı əhvalatları

Əmanət: Bakıda 7,8 milyard manat, bölgələrdə…...

  • 02 Oktyabr 2019
  • comments

Taleh Bağırovun yoldaşı ilə bağlı yeni qərar veril...

  • 02 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda