• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Zombiləşmiş” müxbirlər

  • 23 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in ManşetMediaTribunaYazarlar

Hikmət Nazim

Baş redaktorun yası düşdü – xəbər.

Müxbirin yaxın qohumunun dayısı qızının eltisinin anası öldü – xəbər.

Sayt rəhbərinin uzaq qohumunun dayısı nəvəsinin sinif yoldaşının xalası vəfat etdi – xəbər…

Yəqin fikir vermisiniz, son dövr saytlar ancaq qohum-əqrəbaya işləyir. İndi dəqiq yadımda deyil, hansısa yazımda yazmışdım, yenə təkrar edim, dünyada əksər media qurumlarının oğurluq, bıçaqlanma və bu kimi başqa hadisələri yazmaqdan imtina etdiyi bir dövrdə Azərbaycan saytları biri-birinin ardınca başsağlıqları yazır.

Razıyam, bu tip yazılar sovet vaxtı da yazılıb; qəzetin son səhifəsində, yaxud hansısa səhifənin boş qalan hissəsində. Mərhum əvvəllər tanınmış xadim və ya böyük çinli məmur olanda hətta onun fotosu da verilirdi. Lakin bir şeyi xüsusi vurğulamaq lazımdır ki, o vaxt bu kimi başsağlığı bildirişləri (nekroloqlar) əsasən ödənişli çap edilib. O da mərhumun özünün, ya da yaxınının aid olduğu hansısa idarə və müəssisənin adından yazılırdı ki, hadisə barədə məlumatı olmayanlar da oxuyub xəbər tutsunlar. Elə indi də ödənişli nekroloqlar dərc olunsa, media qurumlarının əlavə qazanc mənbəyi ola bilər.

Yadımdadır, nənəm rəhmətə gedəndə mobil telefonlar hələ bu qədər geniş yayılmamışdı, ev telefonları da hər evdə yox idi. Atam Rusiyada yaşayan əmimə xəbər vermək üçün şəhərə getməli olmuşdu… İndi ev telefonlarının üzünə belə baxan yoxdur, hər şey ovuc içinə köçürülüb. Dediyim odur ki, indi telefon, telefon olmayanda “WhatsApp”, “WhatsApp” olmayanda “Telegram”, “Telegram” olmayanda “Messenger” kimi bir sürü əlaqə vasitəsi var, hansısa baş redaktora, idarə müdirinə başsağlığı vermək üçün xəbər yazmağa ehtiyac yoxdur. Yuxarıda dediyimiz kimi, mərhumun yaxınları müraciət edərsə, qəzetlərin son səhifəsində, yaxud saytların xüsusi hissəsində ödənişli nekroloq yayımlamaq kifayət edər.

***

“Xeyirlə şər qardaşdır” deyiblər. Bir də bunun toyu, nişanı var. Deməli, bir neçə həftə bundan qabaq bir dostumuz nişanlandı. Əməkdaşı olduğu sayt rəhbəri də bunu götürüb xəbər elədi: “Əməkdaşımız nişanlanıb…”. Başlığı oxuyan kimi “Ac həriflər” televiziya tamaşasında qəzet oxuyub, hər cümlənin sonunda “Hə, noolsun?” deyən obrazı xatırladım. Özümdən asılı olmayaraq o ironik cümləni təkrarladım: “Hə, nə olsun?”

Fikrimcə bu, oxucunu ələ salmaqdan başqa bir şey deyil, amma oxucu da sağ olsun, baş redaktorun sosial mediada paylaşdığı linkə aşağıdakı kimi bir şərh yazıb onları qabaqlamışdı: “Xınayaxdıdan, ciyəraxşamından da xəbərlər gözləyirik, inşallah!”

Bəlkə də deyə bilərsiniz, burada oxucunun da günahı var, bu cür başlıqları görüb üzərindən keçə, linkə daxil olmaya bilər. “Filan televiziyanın (radionun, saytın, qəzetin) əməkdaşı evləndi” tipli başlıqları “Quql”da axtarışa verib yazıların “oxu sayı”na baxsanız, görərsiniz ki, insanlar elə sizin dediyiniz kimi də edirlər. Buna baxmayaraq o yazılar, yaxud yazı başlıqları yenə də oxucunun vaxtını alır; ya baxıb təəssüf hissiylə gülümsünür, ya da əsəbiləşir – daha ciddi işlərlə məşğul olmaq əvəzinə gün ərzində istər-istəməz beynini heç kimə lazım olmayan söz yığnağı, “lenta” sayı ilə məşğul edir.

Elədir ki var. Çox zaman ön səhifə dolsun deyə yazılan bu yazılar sadəcə müxbirin qarşısına qoyulan tələbi ödəməyə yarayır. Bəzən də gün boyu sayta yerləşdirilmiş saysız-hesabsız materialın içində heç nəzərə də çarpmır. Yəni yazılmasa da olardı, amma ay sonunda bu qədər iş görmüşəm deyə hesabat verəndə adamın əlindən tutur.

Əslində bəlkə bu yazıları daha maraqlı üslubda təqdim eləmək də olar. Misal üçün, Azərbaycanın elə bölgələri var ki, bir kəndin toyu, yası o birindən fərqli olur. Hansısa məşhurun toy və ya yas mərasimindən adət-ənənələrin üzə çıxarılması kontekstində reportajlar, araşdırma yazılar hazırlamaq olar. Təəssüflər olsun ki, sayt rəhbərlərinin dörd divara məhkum etdiyi və “zombiləşmiş” müxbirlər bu cür təşəbbüslərə açıq deyil.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur? 

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Media və ikili standart

Reportyorlar (36)

  • 21 Avqust 2019
  • comments

Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni veril...

  • 26 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda