• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Media və ikili standart

  • 19 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in ManşetMediaTribunaYazarlar

Hikmət Nazim

Bir müddət əvvəl Türkiyə mətbuatında təbii fəlakətlərə dünya mediasının ikili standart tətbiq etdiyini oxumuşdum. Yazı müəllifi Amerikanın Texas ştatında 50 insanın dünyasını dəyişdiyi, 7 milyona yaxın insanın təsirləndiyi, 185 min evin qəzalı vəziyyətə düşdüyü, 9 mininin tamamilə uçduğu, 42 min insanın uzun müddət sığınacaqlarda qaldığı “Harvey” qasırğasını Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş və mindən çox insanın ölümünə, bir o qədərinin itkin düşməsinə səbəb olmuş palçıq sürüşmələri ilə müqayisə etmişdi.

Birinci hadisə baş verəndən dərhal sonra Texasın mərkəzində və cənubunda yerləşən bütün yerli televiziyalar birbaşa yayım aparmış, daha sonra ağlınıza gələ biləcək bütün beynəlxalq yazılı və görüntülü media nümayəndələri fəlakətin daha qabarıq hiss olunduğu əraziyə göndərilmiş, hava xəbərləri aparıcıları ilə birlikdə 24 saat dayanmadan “Harvey”i izləmişdilər. Bəzi kanallar insan talelərinə, xilasetmə işlərinə, bəziləri də işin siyasi tərəflərinə yönələrkən sosial media Donald Trampın həyat yoldaşının dikdaban ayaqqabılarda hadisə yerinə gəlişini müzakirə etmişdi.

Bənzər təbii fəlakət isə “Harvey” qasırğası ilə təxmini eyni zamana təsadüf edən Musson yağışlarıdır. Lakin Fritaunda baş vermiş palçıq sürüşmələri, Musson yağışları dünyada baş verənləri yaxından izləyənlərdən başqa nə xəbər istehlakçılarını, nə də dikdaban ayaqqabılarda “Harvey” qasırğasının olduğu əraziyə gələn xanım Trampı sosial medianın gündəminə çevirənləri maraqlandırmışdı. Halbuki Birləşmiş Millətlərin açıqlamalarına görə, Cənubi Asiyada meydana gələn sellər üç ölkədə – Hindistan, Banqladeş və Nepalda 41 milyondan çox insana ziyan vurmuş, 1200-dən çox insan həlak olmuşdu.

Yenə Türkiyə mətbuatında oxumuşdum ki, “Quql”un dəstəklədiyi və 100 dildə yayımlanan bütün xəbərləri izləyən GDELT layihəsinin 2017-ci ilə olan açıqlamalarına əsasən, avqust ayında yayımlanan 30 milyon xəbərin 20 mini təbii fəlakətləri əhatə edib. Bu məlumata görə, Texas xəbərləri Asiyada olan sel xəbərlərindən 160 qat çox olub.

Bu da o deməkdir ki, texnologiyanın inkişaf elədiyi, adi bir məlumatın bir düymə ilə dünyanın bu başından o başına göndərilə bildiyi 21-ci əsrdə hələ də bir coğrafiyada yaşayan insan həyatı o birində yaşayan insan həyatından daha önəmlidir.

Ola bilsin, laqeydlikdən irəli gələn məsələdir, amma içimdə bir səs bunun belə olmadığını deyir. Daha doğrusu, ölkənin özünün təbii fəlakətlərlə mübarizəyə hazırlıqsız olması, belə olan halda da bu kimi hadisələri medianın gündəmindən gizlətməyə çalışması bir toplumun faciəsinin o birindən daha az görünməsinə gətirib çıxarır.

Bəlkə də fikir vermisiniz, Azərbaycanın xəbər agentlikləri Ermənistan metrosunda baş verən oğurluq hadisələrini belə “bəh-bəh”lə yayımladıqları halda ölkə rəsmiləri Azərbaycan ordusunda, səhiyyəsində, təhsilində, yaxud eləcə də siyasi-iqtisadi sferada qeydə alınmış ən xırda neqativ halın mediaya sızmamasına çalışırlar. Müasir dünyada bu nə qədər mümkündür – o başqa söhbətin mövzusudur, amma nöqsanları gizlətməyə çalışanlar öz əməllərinə belə “don” geyindirirlər: “Düşmən bizi izləyir”. Belədə düşmənin izləməsini istəmədiyin şeydən dünyanın digər ölkələri də məhrum olur.

Sözsüz, yerindən qalxan uşağın belə internetlə iç-içə olduğu müasir dünyada heç kim çörəyi qulağına yemir. Hər şeyin “güllük-gülüstanlıq” olduğu bir ölkənin mövcud olmadığından xəbərdardırlar. Azərbaycan kimi üçüncü dünya ölkələrinin rəsmi xəbər agentliklərində göstərildiyi qədər “gül-gülüstan” olmadığını isə yeri gələndə onların vətəndaşlarından daha yaxşı bilirlər; çünki adətən bu kimi ölkələr özlərini belə aldadırlar ki, demokratiya, insan hüquq və bərabərlikləri dünyanın heç bir yerində yoxdur. Bu məntiqdən çıxış edəndə o ölkələrin xəbər istehsalçıları da avtomatik olaraq etibarsız mənbəyə çevrilirlər.

Bir filmdə deyildiyi kimi, coğrafiya insanın taleyidir. Necə ki böyük balıqlar balaca balıqları udur, hər zaman da böyük toplumlarda baş vermiş ən xırda təbii fəlakətlər dünyanı balaca toplumlarda baş vermiş ən müdhiş faciədən daha çox maraqlandıracaq; çünki birincilərin imkanları daha genişdir. Buna baxmayaraq balaca toplumların da özlərini dünya üçün maraqlı etməyinin bircə yolu var: dürüstlük.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur? 

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Pensiya sistemində yenilik

  • 16 Avqust 2019
  • comments

Valyutaların 7 ayı

  • 19 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda