• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Manipulyasiya – jurnalistikanın gizli funksiyası

  • 02 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in ManşetMediaTribunaYazarlar

Seymur Kazımov

Pis jurnalistika təkcə saxtakarlıqla məşğul olmur, həm də insanların duyğu və hissləri ilə manipulyasiya edir. Məlumat birtərəfli verilir, yalnız müsbət tərəflər təqdim olunur, eyni məhsul təkrar-təkrar dərc edilir, “inkişafı” xarakterizə edən bol və nəhəng rəqəmli infoqrafikalar baş alıb gedir, yalnız uğurlar haqqında danışılır, bəzi məqamlarda yalan cəmiyyətin hörmət etdiyi insanların dili ilə deyilir, materialı analiz etdikdə isə onun informativ xarakter daşımadığı anlaşılır və manipulyasiya baş verir. O, düşüncələrə deyil, emosiyaya söykənir.

Sloveniyalı yazıçı Jarko Petan deyib ki, parlaq gələcək siyasətçilərin, keçmiş tarixçilərin, indiki zaman isə jurnalistlərin işidir. Siyasətə qarışmasa da, jurnalistika həm də tarix yazır. Bu gün jurnalistin qələmindən çıxan istənilən məhsul illər sonra həmin dövrü araşdıranlar üçün mənbə rolunu oynayacaq. Jurnalist yalan yazsa, bütöv bir dövrün tarixi saxtalaşdırılacaq.

Söz azadlığının boğulduğu dövlətlərdə manipulyasiya hər zaman informasiyaya qalib gəlir. İnformasiya ötürülür və iş bununla da bitir. Manipulyasiya isə informasiya verilən auditoriyanı onun gerçəkliyinə əmin etdirir, inandırır, insanların beyninə nüfuz etməsi üçün çalışır ki, bu da həmsöhbətə və dinləyiciyə gizli psixoloji təzyiq vasitəsidir. Məqsədi insanın məxsus olduğu, hətta sitayiş etdiyi dəyərlər sistemini dəyişməkdir.

İnternetin inkişafından sonra ikinci reallıq – subyektivlik yaranır, bunun da təsiri obyektiv reallıqdan az deyil. İnternet sərhədsiz manipulyasiya elementlərinə sahibdir. Burada peşəsindən asılı olmayaraq hər kəs xəbər istehsalçısıdır. Yalan, saxta məlumatlar, foto və video materiallar yaymaq asan və əlçatandır. Hələ trollar da var. Onların da məqsədi konflikt yaratmaq, müzakirənin istiqamətini dəyişmək və həmsöhbəti özündən çıxarmaqdır. İnternet ənənəvi medianı modifikasiya edir, ənənəvi media da internetin bir parçasına çevrilir. Necə deyərlər, sosiologiya jurnalistikaya müsahibə və sorğu metodunu gətiribsə, internet də ona trolluğu “hədiyyə edib”. Trolun mövcudluğu isə o ifşa olunana qədərdir.

KİV insanları müxtəlif formada cəlb edir. Media korporasiyaları sponsorlardan asılı olaraq öz maraqlarını auditoriyanın maraqlarından üstün tuturlar. Bu halda KİV ictimai marağı əks etdirmir, onu özü yaradır. ABŞ və SSRİ-də kitab çapı, informasiyanın paylanması da manipulyativ xarakter daşıyırdı. SSRİ-də əsas məqsəd insanları əməyə cəlb etmək, onları istismar etmək idisə, ABŞ-da bu metoddan məhsulların dünya bazarına çıxarılmasında və dünyaya ağalıq etmək üçün istifadə olunurdu. Sovet İttifaqında manipulyasiya həm də miflərə əsaslanırdı. Faşist Almaniyasının Polşadakı ölüm düşərgəsi Auşvitsin də qapısına bu sözlər yazılmışdı: “İşləmək azadlıq gətirir”.

Azərbaycanın televiziya kanalları müasir dövrdə manipulyasiyanın bütün metodlarından istifadə edirlər: əyləncəli verilişlərin sayı intellektual verilişlərdən çoxdur. Son 8 ildə geniş yayılmış ailə-məişət verilişləri də manipulyasiya metodlarından biridir. İnsanları ictimai-siyasi proseslərdən uzaq tutmaq üçün stereotiplərin əsirinə çevirirlər. Və bu verilişlərə intellektual, nüfuzlu şəxslərin ekspert kimi dəvət olunması da manipulyasiyaya rəng qatır. Mütləq psixoloqlar da cəlb olunur. Zərərçəkənlərin qeyri-peşəkar aktyor oyunu da hər şeyi tamamlayır. Nəticədə ən böyük və təkzib olunmayan yalan tamaşaçıda hansısa şübhələri oyatmır.

Xəbər və informasiya buraxılışlarında da manipulyasiya elementləri yüksəkdir. Eyni məzmunlu informasiya hər gün müxtəlif formalarda gündəmə gəlir, proses bəzən bir gündə bir neçə dəfə təkrar edilir. Bu da öz növbəsində insan şüurunun əlavə məlumatları qəbul etmək istəməməsi ilə yekunlaşır.

Amerikalı media tənqidçilərinə görə, manipulyasiyanın əsas “sütun”larından biri ekranlarda göstərilən müxtəlif qrafikalar, cədvəllərdir. Çünki bu zaman rəqəmlər bol informasiya axınının əsasını təşkil edir və insanların göz və qulaq yaddaşında bu rəqəmlər böyük təsirə səbəb olur. Rəqəmlər çox zaman kiminsə yadında qalmır, sürətlə ekranlarda görünür, sürətlə də yoxa çıxır. Bununla da manipulyasiyalar illüziyalara çevrilir. Bəzən insanlar medianın yalan danışdığını dərk edir, ona qarşı etiraz səsini də ucaldır, amma bunun manipulyasiya olduğundan xəbərsiz qalır. Manipulyasiya azad sözə təhdid olsa da, insanları nəyəsə məcbur etmir, onlara seçim azadlığı verir, amma düşüncələrini dəyişdikdən sonra. “Albalı yığımı”, yəni faktların selektiv təqdimatı metodunda olduğu kimi, problemdən 10 çıxış yolu varsa, yalnız ikisini həll yolu kimi təqdim edir və bunların yeganə variant olduğunu deyir.

“Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri” sərlövhəli məqalədə bu məsələyə və bundan çıxış yollarına geniş toxunulduğundan üzərində çox dayanmırıq. Əhalinin media savadlılğı artırılmasa, manipulyasiya cəmiyyəti kütləyə çevirəcək.

Ümumiyyətlə, hansı daha yaxşıdır: manipulyator olmaq, yoxsa manipulyasiyaya uğramaq?

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Məsuliyyətsiz jurnalistika

Vətəndaşın “informasiya aclığı” problemi

KİV-lə işin düzgün qurulması təlimatı

Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri

Natamam jurnalistika, məlumatlı əhali

İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə

ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?

Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi

KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı

Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik

Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər

Mətbuat günümüz və bu günün reallığı

Bakının makroiqtisadi göstəriciləri

  • 02 Avqust 2019
  • comments

Cəhənnəmdən keçmiş mələk (133)

  • 03 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda