• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qanun”da yeni nə var?

  • 19 İyul 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evində Qrant Keneddinin “Sosial media marketinq” və Oşonun “Kişilərin kitabı” əsərləri çapdan çıxıb.

Nəşriyyatın “Sosial media marketinq” kitabı ilə bağlı açıqlamasında deyilir: “XXI əsrdə texnologiyanın və xüsusilə internetin inkişaf etməsi ilə bazar və marketinq anlayışları fərqli forma almağa başlayıb. Artıq bizneslər həm strateji, həm də marketinq planlaşdırmasında fərqli yanaşmalar tətbiq edir və internetin verdiyi imkanlardan daha geniş istifadə edirlər. Dinamik inkişaf edən və innovasiyalarla zəngin olan yeni, daha rəqabətli bazarda uğur qazanmaq istəyən hər kəs internetin verdiyi imkanlardan maksimum dərəcədə istifadə etmək məcburiyyətindədir.

Məhsulunuzu reklam etməyin ən yaxşı üsulu sosial mediadan istifadə etməkdir. İnternetdən milyardlarla insan isti­fa­də edir və siz sadəcə müxtəlif sosial media vasi­tələrindən istifadə etməklə onlara özünüz haqda mə­lumat verə bilərsiniz.

Qrant Keneddinin “Sosial media marketinq” kitabında müxtəlif sosial media platformalarından istifadə edərək öz marketinq hədəflərinizə necə çata biləcəyinizdən bəhs olunur. Kitabda hər bir sosial media platforması ayrılıqda müzakirə edilir və onların nədən sizin şirkətiniz üçün yaxşı seçim ola biləcəyi aydınlaşdırılır. Əsas məqsəd rəqiblərinizi qabaqlamaq və öndə getmək olacaq”.

“Qanun” Nəşrlər Evinin təkrar çap etdiyi “Kişilərin kitabı”nda böyük hind filosofu, dünyanın bütün ölkələrində mühazirələri əsasında kitabları yayılan qüdrətli fikir adamı Oşonun (Bxaqvan Şri Racniş) müxtəlif zamanlarda “insanın qurtuluşu” mövzusunda olan çıxışlarından toplanmış zəngin materiallar sistemli şəkildə oxucuya təqdim olunur. Sözsüz ki, Oşonun saysız-hesabsız fikirlərini bir kitab şəklinə salmaq mümkün deyil. Kitabda mühazirələrin müəyyən hissəsi yer alıb, mövzunu tam izah etmək üçün bəzi prototiplər təqdim olunub: Adəm, robot, diqqət dəlisi, məşuq, siyasətçi, oyunçu, yaradıcı-qurucu və s.

Bu prototiplər konkret xarakter, tip, şəxsiyyət kimi qəbul olunmalı deyil. Bunlar, sadəcə, hər birimizə aid ola biləcək bəzi tendensiyaların, düşüncə və davranışların, həyat tərzinin təsviri üçün seçilən köməkçi vasitələrdir.

Oşo reallığın əslində bütün nəzəriyyə və qərarların arxasında qaldığına işarə edir. Reallıqda hər şeyin başqa cür olduğunu izah etməyə çalışır. Bu personajlardan ona görə istifadə edir ki, ilk növbədə insan öz ağlının quruluşunu müəyyən edə bilsin. Daha sonra ağıldan və yaşantılardan kənara çıxıb reallığa ayıq gözlə baxsın, öz gerçək kimliyini görsün.  

“Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı). Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.

Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar. Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.

Bir müddətdir “Qanun” Nəşrlər Evi paytaxtda açıq səma altında kitab yarmarkaları da təşkil edib. Elmlər Akademiyası və Nərimanov parklarında təşkil olunan bu yarmarkalar hazırda fəaliyyətini davam etdirir. Yarmarkalarda kitablar alıcılara endirimli qiymətlərlə təklif edilir.

“Sosial media marketinq” kitabının satış qiyməti 3 manat, “Kişilərin kitabı”nın satış qiyməti 6 manat 99 qəpikdir. Hər iki kitabı, eyni zamanda bir çox kitabları yarmarkalardan 20 faiz endirimlə əldə etmək olar.

Cəhənnəmdən keçmiş mələk (131)

  • 19 İyul 2019
  • comments

Seçkidə prezident partiyası önə çıxdı

  • 22 İyul 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Elm
  • Ədəbiyyat
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda