Bu dağ yanar
AZƏRTAC “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fotolarını yayıb. Abşeron rayonunun Məmmədli kəndində yerləşən qoruq əsaslı şəkildə təmir və bərpa olunandan sonra iyunun 12-də açılıb. Mərasimə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qatılıb. Dövlət Turizm Agentliyinin...
Rusiya: doğulandan çox ölən var
Rusiyanın Federal Statistika Xidməti 2018-ci il üzrə demoqrafik hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, 2018-ci ildə ölkədə 1 milyon 600 min uşaq doğulub, 1 milyon 800 min nəfər vəfat edib. Ən çox doğumun paytaxt Moskvada qeydə alındığı bildirilir: 132 min 100 nəfər...
Avropadan seçki islahatı çağırışı
Avropa Şurası Nazirlər Komitəsinin 4-6 iyun iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı seçki hüquqlarının pozuntusu yönündə qəbul etdiyi qərarların icra vəziyyətini müzakirəyə çıxarıb. 1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirləri...
5 ayın bahalıq statistikası
Dövlət Statistika Komitəsi inflyasiya hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2019-cu ilin yanvar-may aylarında istehlak məhsulları və xidmətlər 2018-ci ilin eyni dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,3 faiz, qeyri-ərz...
Reportyorlar (27)
Firuzə Davudqızı *** …Qüssədən yerlə-yeksan olan Roza fikri darmadağın halda mənzilinə çatdı. Həyatdan küskün ifadə ilə ayaqlarını dalınca sürüyə-sürüyə salona daxil oldu. İşığı yandırmasıyla diksinib divara qısıldı. Çığırmamaq üçün özünü güclə ələ aldı. Bir vaxtlar məşuqəsi olduğu Həmidin qa...
“Yanardağ” yenilənib
İyunun 12-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışında iştirak ediblər. Xəbəri AZƏRTAC yayıb. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Abşeron rayonu ərazisindədir. Novato...
Birgə təlimin mükafatları
İyunun 7-dən Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçirilib. Mod.gov.az bildirir ki, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi...
Seçmə turnirdə nə var, nə yox?
Avropa futbol çempionatının seçmə mərhələsində növbəti tur arxada qalıb. Novator.az-ın məlumatına görə, E qrupunda yarışan Azərbaycan milli komandası iyunun 11-i Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olub. Macarıstan evdə Uelsi 1 cavabsız topla yenib. Əvvəlki oyunlarda da (səfərdə Xorvatiyaya 1:2...
12 iyun məzənnələri
Mərkəzi Bank iyunun 12-də ABŞ dolları (1,7 manat), BƏƏ dirhəmi (0,4628 manat), Çin yuanı (0,2458 manat) və Rusiya rublunun (0,0263 manat) məzənnələrini sabit saxlayıb. Novator.az-ın məlumatına görə, dəyər artıran avro banklara 1,9268, Gürcüstan larisi 0,6235, İngiltərə funt sterlinqi 2,1626 manata t...
İdxal-ixrac əməliyyatlarına nəzarət mexanizmi rəsmiləşdi
İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi qaydaları təsdiq edilib. Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı fərmana əsasən, Dövlət Gömrük Komitəsi faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin ris...
Elmi dərəcə və ad: yeni qaydalar təsdiqləndi
Prezident İlham Əliyev iyunun 11-də fərman imzalayaraq elmi dərəcələr verilməsi qaydası və elmi adlar verilməsi qaydası haqqında əsasnamələri təsdiqləyib. Nazirlər Kabinetinə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların, dosent və professor elmi adları barədə attestatların fo...
Səhiyyə işçiləri təltif olundu
İyunun 11-də sərəncamlar imzalayan prezident İlham Əliyev bir qrup səhiyyə işçisini mükafatlandırıb. Camalova Təranə Paşa qızı, Dadaşov Ədalət İmamcan oğlu, Eybətova Cəmilə Bəylər qızı, Əhmədov Hüseyn Məcid oğlu, Hacıyev Məcid Mahmud oğlu, Həsənova Nəzakət Cabbar qızı, İbrahimov Elman İsmayıl oğlu, ...
Cəbhəçiyə söyüş ittihamı, 100 manat cərimə
AXCP üzvü Bəşir Tarıverdiyev iyunun 11-i Nәsimi Rayon Mәhkәmәsinin qәrarı ilә 100 manat cәrimәlәnib. O, xırda xuliqanlıqda tәqsirli bilinib. “Azadlıq” radiosuna danışan Bəşir Tarıverdiyev deyib ki, onu iyunun 10-u günorta saatlarında Bakıda mülki geyimli şәxslәr saxlayaraq Binəqədi Rayon Polis İdarә...
Qarabağ rejimində istefa
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Bako Saakyan iyunun 11-də Vitali Balasanyanı “Təhlükəsizlik Şurasının katibi” postundan azad edib. Novator.az-ın məlumatına görə, qərar Vitali Balasanyanın öz istəyi əsasında qəbul olunub. Vitali Balasanyan 1959-cu ildə Əsgəranda anada...
Erməni diplomat BMT baş katibinin müavini oldu
Erməni diplomat Movses Abelyan BMT baş katibinin Baş Məclis və konferension idarəçilik üzrə müavini təyin olunub. Sərəncamı baş katib Antonio Quttereş iyunun 10-da imzalayıb. Portuqaliyalı Antonio Quttereş 2017-ci ildən BMT-nin baş katibidir. Novator.az bildirir ki, Movses Abelyan 1963-cü ildə Ermən...
Rəqabətdə üstün şəhərlər
“AT Kearney” beynəlxalq konsaltinq agentliyi rəqabət qabiliyyətində üstün şəhərlərin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, “Global Cities Report 2019” reytinqinin tərtibatçıları dünyanın 135 şəhərini 27 meyar üzrə araşdırıblar. Meyarlar işgüzar fəallıq, insan kapitalı, informasiya mübad...
Neft: hasilat statistikası, qiymətlər
2019-cu ilin may ayında Azərbaycanın gündəlik neft hasilatı 776 min barrel olub. Novator.az bildirir ki, Energetika Nazirliyinin hesabatına görə, gündəlik 494 min barrel xam neft, 75 min barrel kondensat, 14 min barrel neft məhsulları ixrac edilib. Yanvarda gündəlik hasilat 793 min barrel, fevralda ...
Moldova: hərənin öz fərmanı var
Moldovada ikihakimiyyətlilik davam edir. Novator.az-ın məlumatına görə, iyunun 11-də prezident İqor Dodon parlamentin buraxılması barədə fərmanı ləğv edib. İyunun 8-dən ölkədə yeni hökumət məsələsinə fərqli yanaşmalar səbəbindən siyasi böhran yaranıb. Fevralın 24-də keçirilmiş parlament seçkisində R...
Sultanlığa etirazlar
Qazaxıstanda iyunun 9-u və 10-da keçirilmiş etiraz aksiyalarında tutulanların sayı açıqlanıb. Aksiyalar Qazaxıstanın Demokratik Seçimi təşkilatının çağırışı ilə keçirilib. Bu qurumun lideri Muxtar Ablyazov Fransada yaşayır. Təşkilat 9 iyun prezident seçkisini boykota çağırmışdı və onun nəticələrini ...
Gömrük daxilolmaları 30,8 faiz artıb
2019-cu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 733,4 milyon manat vergi və rüsum daxil olub. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 faiz çoxdur. Vergiler.az bildirir ki, son bir ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği 18,3 faiz, ...