Gömrük daxilolmaları 30,8 faiz artıb
- 11 İyun 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
2019-cu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 733,4 milyon manat vergi və rüsum daxil olub. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 faiz çoxdur.
Vergiler.az bildirir ki, son bir ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği 18,3 faiz, ƏDV üzrə daxilolmaların məbləği 31,2 faiz, aksizlər üzrə daxilolmaların məbləği iki dəfə, yol vergisi üzrə daxilolmaların məbləği isə 17,8 faiz artıb.