“Qanun” Nəşrlər Evi ən yeni nəşrlərini təqdim edir.
Bunlar Paulo Kuelyonun “Hippi” və “Kimyagər”, Corc Oruellin “Keşiş qız”, Han Kanqın “Vegetarian”, Şin Qyonq-Suqun “Anam sənə əmanət”, Mario Varqas Lyosanın “Yaramaz qızın sərgüzəştləri”, Leyla Slimaninin “Dayə”, Çak Palanikin “Həzz markası” və Aka Morçiladzenin “Yetim” əsərləridir.
Kitabların hər biri nəşriyyatın mağazasında 20 faiz endirimlə satılır.
“Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı). Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar. Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.