• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Biz deməsək…

  • 20 Aprel 2019
0
SHARES
FacebookTwitterPinterest

Sabir Rüstəmxanlı

İslam aləmində bir vəqf anlayışı var. Əgər müsəlmanıqsa mənasını bilməliyik. Məqsədi, çox qısa şəkildə desək, Allah yolunda insanlara yardım etməkdir.

İmkanlılar könüllü şəkildə, etiqadı və təmiz niyyəti ilə öz malından-mülkündən imtina edib onun xeyriyyəçilik, təhsilin, elmin inkişafı, xalqın müdafiə gücünün artırılması, haqqın-ədalətin qorunması, vətənin abadlaşması yolunda sərf olunmasını istərlər.

Bizdə vəqflər yoxdur, fondlar var. Vəqf yaradan yoxdursa, deməli, onun böyük dini-mənəvi, insani və ictimai dəyərini anlayan da yoxdur.

Fondlarımız daha çox rəsmi şəkildə maliyyələşir, yardım edir, amma kimsənin hətta ölümqabağı malını-mülkünü hər hansı xeyirxah iş üçün bir xeyriyyə təşkilatına vəsiyyət etdiyini və ya öz sərvəti ilə Allah yolunda imkansızlara yardım üçün bir fond və ya vəqf qurduğunu görən olmayıb… Olubsa da yəqin məhəlli əhəmiyyətli olub, xəbərsizliyimi mənə bağışlasınlar.

Qoy çürüsün, xarici banklarda batsın, öz nəslinin vecsizlərini qudurtsun, amma toplumun, millətin xeyir işlərinə sərf olunmasın. Vəqfçilik insanın insanlığını göstərən çox böyük mənəvi məktəbdir. Hələ çoxallahlıq zamanlarından başlanır.

İslamda ilk vəqfi Həzrəti Məhəmməd özü qurub. Qardaş Türkiyədə böyük vəqflər gələnəyi var. Vəqflər bankı, vəqflər idarəsi çalışmaqdadır. Vəqflərın çoxu xeyirxah insanların ümumi səyi ilə qurulub, lazım olanda dövlət də yardımını əsirgəmir. Vəqflərın geniş nəşriyyat, mətbuat, təhsil şəbəkəsi var. Bütün türk dünyasını əhatə edən işlər görür, dövlətin əli yetməyən yerlərə əl yetirir. Belə bir işi yüz illər boyu təşkilatlanmış şəkildə erməni kilsəsi ğörür öz milləti üçün.

Bizim məscidlərdə belə bir işi təşkil etmək mümkündürmü? Əlbəttə, inam və təşkilatlanma, qarşılıqlı yardımlaşma vərdişi olmadığından məscidlərin gəliri kilsələrə yığılan pullarla müqayisəyə gəlməz. Paris Notrdam kilsəsinin bərpası üçün bir neçə gündə necə bir fantastik məbləğ yığıldığını gördük. Bizdə imkanı olan da belə bir işə qorxusundan ciddi yardım edə bilməz. Bizdə din və millət yolunda malını, mülkünü sərf etmək ənənəsi formalaşmayıb. Geri qalmağımızın səbəblərindən biri də budur. Xaricdə yaşayan zənginlərdən kimsə köməyə gəlsə məmur öncə öz payını istəyəcək…

Azərbaycandakı böyük ziyarətgahlar niyə öz fondlarını və ya vəqflərini yaratmasın? Ola bilməz millətin sədəqəsi ancaq bir ailənin, bir varislər qrupunun cibinə axsın. Bu pullar Allah naminə yığılırsa, poçtla Allaha göndərilmir ki, kimlərinsə cibinə gedir. Halbuki Allaha xoş gedən bu nəzirin cəmiyyət üçün, kasıblar üçün və halallıqla xərclənməsidir. Yoxsa ola biıməz ki, bir dərgahda səhərdən-axşama qurbanlar kəsilsin, nəzirlər toplansın, ondan millətə heç bir xeyir gəlməsin.

Niyə bizdə heç olmasa ümumi bir ziyarətgahlar vəqfi yaradılmasın və bu vəqf ildə 10-15 gəncin xaricdə təhsilini maliyyələşdirməsin, yetim evlərinə kömək etməsin? Yaxud kasıb tələbələr üçün İmamzada, Əli Ağa, Fatimeyi Zəhra, Beşbarmaq, yaxud Mir Mövsüm Ağa təqaüdləri kəsilməsin?

Ünvanı bəlli olmayan nəzir və qurbanlarda halallıq ola biıməz, yığılandan insana qayıdış yoxdursa Allah bunu qəbul etməz və bu, haramdır. Mən burda statistika ilə məşgul olmayacağam. Lakin hər şey xalqın gözünün qabağındadır. İnanmıram ki, insanlarımızın ruhu quruyub, heç kim Allah və millət yolunda pul xərcləmək istəmir. Lakin burda şəffaflıq olmalıdır və yardım edən yardımının dibdiz quyuya atılmadığını, xeyirxah əməlinin nəticəsini görməlidir. Onda mənzərə dəyişilər. Buna görə də topluma xidmət edən, dövlətlə münasibətləri düzgün nizamlanan vəqflərın qurulması zəruridir. Bu, cəmiyyətdə qarşılıqlı yardımlaşma və milli birlik duyğusunu gücləndirər.

Yazdıqlarım kimdəsə qıcıq doğura bilər, lakin mən yeni bir şey demirəm, unudulmuş dəyərlərimizi yada salıram…

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nizam...

  • 19 Aprel 2019

Cəhənnəmdən keçmiş mələk (118)

  • 20 Aprel 2019

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

Rəylər

Do not miss

comments
ManşetXəbər

26 iyun səfəri

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda