Rusiyada neçə siyasi məhbus var?
ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən “Perseus Stategies” hüquq təşkilatı Rusiyada və onun işğalı altında olan Krım bölgəsində 236 siyasi məhbus qeydə aldığını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda Rusiya hakimiyyətinin müxalif siyasətçiləri və ictimai fəalları, dini, milli və seksual a...
Vladimir Zelenski rəsmən prezident elan olundu
Aprelin 30-da Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkisinin ikinci turunun nəticələrini təsdiqləyib. Novator.az-ın məlumatına görə, şoumen Vladimir Zelenski 13 milyon 541 min 528 səslə (73,2%) aprelin 21-də keçirilmiş səsvermənin qalibi elan olunub. Prezident Pyotr Poroşenkonun 4 milyon ...
Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (4)
Rafiq Hacıyev yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza ədəbi mükafatlar laureatı MİN DOQQUZUNCU GECƏ düşdükdə Dünyazad üzünü bacısına tutub buyurdu: – Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılın ardını danış.. Şəhrizad da bacısına cavabında dedi: – Şahım icazə versə, davam e...
Hərrac hesabatı
Əmlak Məsələləri Dövlət Komitəsi 30 aprel hərracının nəticələrini açıqlayıb. Rəsmi məlumata görə, özəlləşdirilən dövlət əmlaklarından biri Qusarın Gədəzeyxur kəndində yerləşən Qusar Tədarük Satış Bazasıdır. Ümumi faydalı sahəsi 3813 kvadratmetr olan kiçik dövlət müəssisəsi geniş torpaq sahəsi ilə bi...
Naxçıvanda “Biznesin qaydaları” təlimi keçirilib
“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi Naxçıvan şəhərində “Biznesin qaydaları” adlı təlim keçirib. Təlim aprelin 18-19-da “Gənclərin sahibkarlığı – iqtisadi inkişafın əsas mühərriki kimi” layihəsi çərçivəsində baş tutub. Sözügedən layihəni “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi Azərbaycan ...
126-cı imperator
Aprelin 30-da Yaponiya imperatoru Akihito taxt-tacı şahzadə oğlu Naruhitoya təhvil verib. 59 yaşlı Naruhito imperator səlahiyyətlərinə mayın 1-nə keçən gecə başlayacaq. 30 ildir imperator olan 85 yaşlı Akihito dövlət başçısı vəzifəsindən öz istəyi ilə, xüsusi qanun əsasında gedib. Bu, 1817-ci ildən ...
Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər
Seymur Kazımov Azərbaycanın dövlət qurumlarının əksəriyyətinin media və ictimaiyyətlə münasibətləri peşəkarlıqdan çox uzaqdır. Bu vəziyyəti özləri yaradıblar. Mətbuatdan qaçmaqla, jurnalistlər arasında ayrı-seçkilik etməklə, bəsit bir suala cavab verməmək üçün süründürməçiliklə məşğul olmaqla…...
Dörd ayın populyar adları
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda doğulmuş uşaqlara qoyulan populyar adların siyahısı bəlli olub. Novator.az Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya əsaslanıb bildirir ki, ən çox qoyulan oğlan adları içində Yusif birincidir. Dörd ayda 573 uşağa Yusif adı verilib. Populyar adla...
Qələndərov: ölümün və müəmmanın iki ili
Bloqçu Mehman Qələndərovun ölümündən iki il keçir. Aprelin 29-da bir qrup hüquq müdafiəçisi, jurnalist, bloqçu və ictimai fəal Mehman Qələndərovun məzarını ziyarət edib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev, “Turan” agentliyinin rəhbəri Mehman Əliyev, bloqçu Mehman Hüseynov, gənc fəallar Qiyas İbrahimo...
May havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə may ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənir. Birinci ongünlüyün ortalarında hava şəraitinin bəzi yerlər...
Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb
Aprelin 29-u Bakı Apellyasiya Məhkəməsində hakim Ramiz Bayramovun sədrliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmlinin və partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun şikayətləri üzrə ilkin baxış olub...
Kabinet birinci rübə nöqtə qoydu
Aprelin 30-da prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını keçirib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb, sonra prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzr...
Müflisləşmə və iflas: qanun necə yeniləndi?
Dövlət başçısı İlham Əliyev “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aid olur. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu yenilənir. Borclu o halda ödəmə qab...
Məzənnələrin 4 ayı
Mərkəzi Bank 2019-cu ilin dördüncü ayının son məzənnələrini açıqlayıb. Aprelin 30-da ABŞ dolları 1,7, avro 1,9020, Gürcüstan larisi 0,6289, Rusiya rublu 0,0264, Türkiyə lirəsi 0,2853 manata satılır (Tam siyahı). Novator.az valyuta kurslarının yanvar-aprel aylarında necə dəyişməsinə də nəzər salıb. A...
Qida təhlükəsizliyi: 7 illik proqramın detalları
Prezident İlham Əliyev qida təhlükəsizliyi proqramını təsdiqləyib. 2019-2025-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub. Monitorinq və qiymətləndirməni İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəz...
Köçəryan və başqalarının işi məhkəməyə getdi
Ermənistanın Baş Prokurorluğu sabiq prezident Robert Köçəryan, general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyanın cinayət işləri üzrə materialları məhkəməyə göndərib. Novator.az-ın məlumatına görə, işə paytaxt Yerevanda birinci instansiya məhkəməsi ba...
7-ci zirvə?
Azərbaycanın milli futbol çempionatı yekunlaşmaq üzrədir. Novator.az bildirir ki, yüksək liqada qələbəyə Ağdamın “Qarabağ” klubu daha yaxın görünür. “Qarabağ”ın əsası 1951-ci ildə qoyulub. 1977-ci ilədək komanda “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb. Azərbaycanın ...
“Meydan TV”nin rəhbərliyində dəyişiklik (Xəbərə düzəliş edilib)
“Meydan TV” internet televiziyasının rəhbərliyində dəyişiklik olub. Aprelin 28-də Emin Milli “Meydan TV”nin direktoru postundan istefa verdiyini bəyan edib. O, üç ay müddətinə təhvil-təslim işlərini yekunlaşdırıb postundan gedəcəyini açıqlayıb. Emin Milli deyib ki, 5 ildən çoxdur “Meydan TV”yə rəhbə...
Ramazan nə vaxt başlayır?
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura fətva yayıb. Fətvaya görə, Ramazan ayının 1-i miladi tarixlə mayın 6-na təsadüf edir, niyyət gecəsi mayın 6-na keçən gecəyə düşür. Qazılar Şurası və Elmi-Dini Şura Ramazan ayı ərzində iftar vaxtından əvvəl ehsan adı ilə açılan süfrələrd...
Orduda xüsusi təlim
Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə hissə və bölmələrinin taktiki-xüsusi təlimi keçirilib. Həyəcan siqnalı ilə qaldırılan bölmələr təyin edilmiş rayonlara çıxarılıb, şərti düşmənin hava hədəflərinin aşkar edilməsi və verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qər...