Hikmət Nazim
Avropa Şurasının mətbuat azadlığına dair hesabatında Türkiyə də daxil 8 ölkədə söz azadlığına ciddi təhdid yaradan qanunların qəbul edildiyi bildirilib. Avropa Şurasının təsis etdiyi Mətbuatın Qorunması və Jurnalistlərin Təhlükəsizliyi Platfomasını dəstəkləyən 12 beynəlxalq media qurumu tərəfindən tərtib olunan hesabatda jurnalistlərin ictimaiyyətin xeyrinə hazırladıqları xəbərlərin və apardıqları araşdırmaların getdikcə daha çox maneə, düşmənçilik və şiddətlə qarşılandığı göstərilib.
Platforma 2018-ci ildə Avropa Şurasına üzv olan 32 ölkədə 140 pozuntu müəyyənləşdirib. Builki hesabatda Türkiyə, Macarıstan, İtaliya və Rusiya kimi ölkələrdə müşahidə olunan pozuntular xüsusi başlıqlar altında araşdırılıb.
Türkiyə ilə bağlı aşağıdakı faktlar diqqət çəkir:
Adları sadalanan digər ölkələrdə də vəziyyət Türkiyədəkindən fərqli deyil:
Hesabatda jurnalistlərə qarşı təhdidlərin ikiqat artdığı, polisin törədilən cinayətləri araşdırıb hüquqi qiymət vermədiyi və bunun nəticəsində cinayətkarların əməllərinin cəzasız qaldığı, media nümayəndələrinin təsadüfi, eyni zamanda haqsız şəkildə saxlanıldığı və həbs edildiyi də qeyd olunub.
Bundan əlavə, araşdırmalar zamanı 130 jurnalistin azadlıqdan məhrum edildiyi də müəyyən olunub. Bu rəqəm Türkiyədə 110, Azərbaycanda 11, Rusiyada 5, Ukraynada 4 media nümayəndəsini əhatə edir.
Məlum hesabatın 11-liyi kimləri nəzər tutub – o haqda məlumatım yoxdur. Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun fevralın 20-də açıqladığı siyahı 9 jurnalist və bloqçudan – Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli və bugünlərdə həbs müddətini başa çatdırıb azadlığa çıxan Mehman Hüseynovdan ibarətdir.
Bu siyahı ABŞ-ın Jurnalistləri Müdafiə Komitəsinin 2018-ci il dekabrın 13-də məhbus jurnalistlərlə bağlı açıqladığı hesabatla üst-üstə düşür. Cəmi bir fərq var ki, Müdafiə Komitəsinin hesabatında xuliqanlıqda ittiham olunaraq 2,5 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Əfqan Sadıqovun da məhbus jurnalist olduğu bildirilmişdi.
Mətbuatda dərc olunan xəbərlərdən də məlumdur ki, bu şəxslərin heç biri Türkiyədə və digər ölkələrdəki jurnalistlər kimi birbaşa yazdığı xəbərə, hazırladığı reportaja görə həbs olunmayıb. Yəni azərbaycanlı jurnalistlərin heç birinin saxlanılmasına və ya həbs olunmasına səbəb kimi yazdığı xəbər, reportaj, çəkdiyi foto, video göstərilməyib. Kimisi “tanımadığı adamı döyməkdə”, kimisi “hədə-qorxu ilə pul tələb etməkdə”, kimisi “dini ədavət və dini düşmənçilik yaratmaqda”, kimisi “narkotik maddələrin satışında”, kimisi də Əfqan Sadıqov kimi “xuliqanlıqda” ittiham olunaraq azadlıqdan məhrum olunub.
Ölkədə siyasi məhbusların sayında yaranan fikir azadlığı da həmişə məhz buradan qaynaqlanıb; hakimiyyət birmənalı olaraq ölkədə siyasi məhbus olmadığını iddia edib, müxalifət isə söz azadlığının məhdudlaşdırıldığını düşündüyü jurnalistlərin də adının qeyd olunduğu siyahılar təqdim edərək onun sözünü yalanlamağa çalışıb.
Bəlkə də məhz elə buna görə Azərbaycan 2018-ci ildə mövzuya dair – müxtəlif hadisələri çıxmaq şərtiylə – Mətbuatın Qorunması və Jurnalistlərin Təhlükəsizliyi Platfoması tərəfindən ona bildirilən hadisələrin heç birinə lazımi cavab verməyən Bosniya və Herseqovina, İtaliya, Rusiya və Türkiyə kimi ölkələrin sırasındadır; çünki Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin birinci və ikinci bəndi hər kəsin fikir və söz azadlığının olduğunu, heç kəsin öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilmədiyini, 48-ci maddəsinin birinci bəndi isə hər kəsin vicdan azadlığının olduğunu deyir. Buradan da belə anlaşılır ki, yuxarıda adıçəkilən qurumun “mətbuat və söz azadlığına ciddi təhdid yaradan qanunlar”ın qəbuluna dair araşdırmasının Azərbaycana birbaşa dəxli yoxdur.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər