“Qanun” Nəşrlər Evi yeni kitabların dərcini, eyni zamanda dərc etdiyi bütün kitabların satış qiymətinə endirim kampaniyasını davam etdirir.
Əlisəfa Azayev “Fədakarlıq anı”
Yazıçı bu əsəri ilə sanki oxucuya bu fikri təlqin etmək istəyir ki, vəzifə, zər-zinətin parıltısı nə qədər cazibədar olsa da, onların aldadıcı rənginə uymayın, həyatda öz yolunuz, əqidəniz olsun.
Kökə, ata-baba adət-ənənələrinə sadiq olun.
Müasir dövrün sürətli inkişafı sizi yanlış yola salmasın.
Dövlətçiliyə bağlı olun, ailə-övlad münasibətlərini qoruyun.
Maddi dəyərlərin mənəvi dəyərlərimizi üstələməsinə yol verməyin!
Bir millət, azərbaycanlı olmağımızla fəxr edək ki, qismətimizə belə bir gözəl məkan – güllü-çiçəkli, bərəkətli torpaq düşüb – onun qədrini bilək.
Şin Qyonq-Suq “Anam sənə əmanət”
Şin Qyonq-Suqun “Anam sənə əmanət” əsərini yazıçının ən uğurlu romanı hesab etmək olar.
Göz yaşları içində oxuyacağınız ailə sevgisindən bəhs edən romanda Şin Qyonq-Suq müasir yazıçıların belə çətinlik çəkdikləri vəzifənin öhdəsindən məharətlə gəlib.
Kənddən gələn ananın Seul metro stansiyasında itkin düşməsi ilə başlanan hekayə sona qədər oxucunu həyəcanda saxlamağı bacarır.
Bütün ömrünü ərinə və övladlarına həsr edən ananı itirdikdən sonrakı peşmançılıq…
Kitabın satış qiyməti 9.49 manat, 20% endirimlə 7.60 manatdır.
Rik Riordan “Persi Cekson və ildırım oğrusu”
Rik Riordanın bu gün ən məşhur olan əsəri uşaqlar üçün nəzərdə tutulan Persi Cekson silsiləsindən olan romanlarıdır.
2005-ci ildə onun bu silsilədən olan ilk əsəri – “Persi Cekson və ildırım oğrusu” dərc olunur. Əsərin əsas qəhrəmanı günlərin birində qədim yunan tanrılarından biri olduğunu anlayan, disleksiyadan əziyyət çəkən on iki yaşlı oğlandır. Qəhrəmanın başına gələn fantastik hadisələrin hamısı yunan mifologiyasından məlum olan əsatirlərə uyğunlaşdırılıb.
Persi Ceksonla bağlı ilk kitabı işıq üzü görən gündən yazıçının hər yeni çıxan əsəri “New York Times”ın bestsellerləri arasında ilk sıralarda yer alır.
Ənənəvi marketinq daha işləmir… Keçmişdə mükəmməl işləyən “reklam – distribüterlərə paylama – satış – reklam…” qapalı dövrəsi artıq işə yaramır. Nə etməli? Reklam eləməyi dayandır, innovasiya tətbiq etməyə başla. Sənin etməli olduğun – öz brendini qeyri-adi məhsula və ya xidmətə çevirməkdir.
Kitabın satış qiyməti 10.50 manat, 20% endirimlə 8.40 manatdır.
Set Qodin “Bənövşəyi inək”
Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin “Bənövşəyi inək” kitabı çox sadə bir mesaj verir: qeyri-adi ol.
“Bənövşəyi inək” iddia edir ki, əmtəələrin və reklamın bugünkü hiperqarmaqarışıqlığı şəraitində vəziyyətdən qurtulmağın yeganə yolu yeni bir şey, innovasiya, unikallıq və müstəsnalıqdır – bənövşəyi inək kimi bir fenomen.
Set Qodinin bu çağırışı biznes yazıçıları, marketinq mütəxəssisləri, reklamçılar, sahibkarlar, istehsal menecerləri – bir sözlə, dünyaya deməyə sözü olan hər kəs üçün heç vaxt bu qədər yerində və uyğun olmayıb.
Set Qodin innovasiya vasitəsilə brendinizin “xariqüladələşməsi” üçün praktiki ipucu verir və bunu tamamilə konkret, real və məşhur şirkətlərin misallarında göstərir.
Kitabın satış qiyməti 9.99 manat, 20% endirimlə 7.99 manatdır.
Riçard Branson “Dayanma, başla”
Dünya səviyyəli iş adamı, “Virgin” Şirkətlər Qrupunun təsisçisi Riçard Bransonun qələmə aldığı “Dayanma, başla” kitabını avtobioqrafiya da adlandırmaq olar.
Yaxın çevrəsində “Doktor Bəli” kimi tanınan Branson bu kitabda keçdiyi həyat yoluna nəzər salır, qazandığı uğurların sirlərini ən xırda detallarına qədər oxucu ilə bölüşür.
İlk biznesindən gələcək ideyalarına qədər bütün mərhələləri təfsilatı ilə oxucuya çatdıran müəllif özünü iş dünyasında görən, hədəfləri olan insanlar üçün bələdçilik etməyə, yol göstərməyə çalışır.
Həyata, biznesə, iş dünayasına baxışlarını ayrı-ayrı fəsillərdə, müxtəlif başlıqlar altında sadə, anlaşıqlı və ən əsası səmimi dillə ifadə edən iş adamı oxucunu öz daxili aləmi, ruh halı ilə də tanış edir, ailə, dostluq, yaxşılıq kimi anlayışların həyatında oynadığı rola toxunur.
Kitabın satış qiyməti 9.99 manat, 20% endirimlə 7.99 manatdır.
Qeyd edək ki, “Qanun” Nəşrlər Evi bir müddətdir endirim kampaniyası keçirir. Nəşriyyatın mağazasında yeni nəşrlər də endirimlə satılır.
“Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı).
Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar.
Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.