• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Amerikalı yazıçının kitabları azərbaycanca işıq üzü görüb

  • 12 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Məşhur Amerika yazıçısı Tomas Vulfun “Ölüm – məğrur qardaş” povesti azərbaycanca işıq üzü görüb.

Əsər kitab şəklində “Qanun” nəşriyyatında çap olunub.

Povesti dilimizə yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı çevirib.

“Ölüm – məğrur qardaş” povestində heyrətamiz enerji, nəfəs kəsən təhkiyə, Vulf qələminə məxsus gözlənilməz dönüşlər diqqəti çəkir.

Povest ömründə dörd insanın ölümünü görmüş qəhrəmanın yaşantılarını oxucuya çatdırır. Sən demə, həyatda miskin, təsadüfi, lüzumsuz və məğrur ölümlər də varmış, insan qismətinə hansı ölümün düşəcəyini bilmir.

“Böyük şəhərdə ölümün üzünü artıq üç dəfə görmüşdüm, ötən yaz yenidən görməli oldum. Bir dəfə gecə – həmin il zülmətin nəhəng küçəsiylə sürünə-sürünə yaşadığım dəlisov, sərxoş, heydən düşmüş gecələrin səhərdən-axşamacan, axşamdan-səhərəcən sürən dəyişikliyində – metroda insanın necə öldüyünü gördüm…”

Bu il “Qanun” nəşriyyatı Tomas Vulfun “Evinə bax, Mələk” romanını da çap edib.

“Evinə bax, Mələk”də cərəyan edən hadisələr yazıçının həyatına çox yaxın olduğundan bu romanı avtobioqrafik də adlandırmaq olar.

Əsər sadəcə Tomas Vulfun tərcümeyi-halıyla bağlı hadisələr zənciri deyil, həm də onun duyğularının, ruhi yaşantılarının, sevgi və nifrətinin, vətənə bağlılığının və ondan qaçmasının, ən nəhayət, yazıçının yaradıcılıq əzablarının ifadəsidir.

Ədəbi tənqidin yüksək qiymət verdiyi “Evinə bax, Mələk” romanı  Vulfun vətənində qalmaqala səbəb olmuşdu, çünki əsərdə öz prototiplərini görən Eşvill sakinləri bunu özlərinə həqarət kimi qəbul etmişdilər.

“Evinə bax, Mələk” romanını tərcüməçi, yazar Nadir Qocabəyli dilimizə çevirib.

Hər iki kitab – “Ölüm – məğrur qardaş” və “Evinə bax, Mələk” artıq satışdadır.

Boş direktor postlarına 2037 nəfər iddia edir

  • 12 Noyabr 2018
  • comments

Elektron Hökumətin İnkişafı Mərkəzinin binası açıl...

  • 12 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda