• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kitablar

  • 26 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

“Qanun” Nəşrlər Evi bir sıra nəşrlərini oxuculara təqdim edir:

“Əmir Teymurun vəsiyyətləri” ümumtürk mədə­niy­yəti xəzinəsində “Tüzüki-Teymuri” (“Tey­mu­run qanun kitabı”) adı ilə məşhur olub. Əsər dünya tarixində böyük cahangirlərdən biri kimi şöhrət qazanmış Əmir Teymurun dövlət qu­ruculuğuna və hərb sənətinə dair mülahizə­lə­rini, Xeyir və Şər, Ədalət və Vicdan, Azadlıq və Zəfər haqqında təsəvvürlərini əks etdirir.

Əmir Tey­murun vəsiyyətləri indiyədək dünyanın bir çox dillərində nəşr edilib.

Əsər oxucularda Əmir Tey­mu­run şəxsiyyəti, tarixdəki mövqeyi, hərbi yü­rüş­ləri haqqında obyektiv fikir yaratmağa kömək edir.

“Əmir Teymurun vəsiyyətləri”ni azər­baycancaya Məti Osmanoğlu tərcümə edib.

“Kitab oxuma kitabı” kitab oxumağa təşviq layihəsi kimi nəşr olunub, kitab oxumağın faydalarından, kitab oxuma vərdişinin qazanılması yollarından və ən əsası kitab oxuma vərdişinin uşaqlara qazandırılması yollarından bəhs edir.

Bu kitab əsasən kitab oxumaqda çətinlik çəkənlər üçün olduğuna görə kiçik, asan dillə yazılmış kitabça şəklindədir.

Əsərin müəllifi Şəhla Ramazanovadır.

Daron Əcəmoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” kitabı son dövrlərin ən mühüm siyasi-iqtisadi bestsellerlərindən biridir və öz əhəmiyyətinə görə Semyuel Hantinqtonun, Kared Daymondun və Frensis Fukuyamanın tədqiqatlarına bərabər tutulur.

Müəlliflər əsrlər boyunca tarixçiləri, iqtisadçıları və filosofları narahat edən bir suala cavab axtarırlar: dünyadakı ədalətsizliyin kökü nədədir? Niyə dünyamızın zənginliyi və sərvətləri ayrı-ayrı ölkələr və regionlara görə bərabər paylanmayıb? Bu suala bütün dövrlərə aid və qeyri-adi dərəcədə geniş tarixi materiallardan istifadə edilərək cavab verilir. Bu kitabı siyasi-iqtisadi fikirlərin əsl ensiklopediyası saymaq olar.

Niyə bəzi ölkələr inkişaf edərək zəngin olur, digərləri isə daim tənəzzül və yoxsulluq içində çırpınır? Bu nədən asılıdır? Görəsən, Afrikanın yoxsul ölkələri bir gün, məsələn, İngiltərəni müstəmləkəyə çevirə bilərmi? Gücün, hakimiyyətin və inkişafın sirri nədədir? Bu suala müxtəlif cavablar verilir. Bəziləri zənginlik və yoxsulluğun meydana gəlməsində coğrafi şəraiti və iqlimi, digərləri milli, dini və kultural xüsusiyyətləri əsas amil sayır. Lakin eyni iqlim qurşağında yerləşsələr də, inkişaf səviyyəsi müxtəlif olan ölkələr çoxdur. Bəs nə üçün eyni mədəniyyətə, eyni dəyərlərə sahib olan, lakin həyat standartlarına görə kəskin fərqlənən ölkələr mövcuddur? Deməli, məsələyə başqa cür yanaşmaq lazımdır.

Daron Əcəmoğlu və Ceyms Robinson “Niyə bəzi ölkələr zəngin, digərləri yoxsuldur?” şək­lin­də bir sual irəli sürüb, quldar cəmiyyətlər, feodalizm, müstəm­ləkəçilik, kapitalizm və sosializm haqqında geniş məlumatlar verərək maraqlı və düşündürücü bir tədqiqata başlayırlar.

Sənaye inqilabı niyə Bolqarıstanda deyil, İngiltərədə başladı?

“Qara ölüm” adlanan vəba krallara, mülkədarlara, təhkimli kəndlilərə necə təsir etdi?

Cəmiyyətlərdə elita ilə aşağı təbəqələr arasında dəyişən və dəyiş­məyən əlaqələr hansılardır?

“Millətlər niyə tənəzzül edir” kitabında bu suallara cavab axtarılır. Kitab oxucunun dünyaya baxışını dəyişmək gücündədir.

Kitabı azərbaycancaya Ziya Zeynalov tərcümə edib.

“O qurbağanı ye!” kitabının müəllifi Brayan Treysidir.

Görməli olduğunuz bütün işləri görmək üçün heç zaman kifayət qədər vaxt olmur. Siz şəxsi və işlə bağlı öhdəliklər, cavabınızı gözləyən saysız elektron məktublar, sosial media, layihələr, imkan tapan kimi oxumağı planlaşdırdığınız jurnallar və kitabların məngənəsində sıxılmısınız. Və bütün məsələ ondadır ki, siz heç zaman imkan tapa bilməyəcəksiniz. Heç zaman işlərinizin öhdəsindən gələ bilməyəcəksiniz. Arzuladığınız kitabları, jurnalları oxumağa, elektron mək­tubları cavablandırmağa və əyləncəyə sərf etməyə boş vaxtınız olmayacaq.

Vaxt problemini daha məhsuldar olmaqla həll edəcəyinizə ümid bəsləməyin. Fərdi məh­suldarlığa dair nə qədər metoda yiyələnməyinizin əhə­miy­yəti yoxdur, həmişə görməli olduğunuz işlər görə bilə­cəyinizdən çox olacaq. Vaxtınıza və həyatınıza nəzarət etməyə yalnız düşüncə tərzinizi, işə yanaşmanızı və sonsuz öhdəliklərə münasibətinizi dəyişməklə nail ola bilərsiniz. Tapşırıq və işlərinizə, müəyyən işlərdən imtina və daha dəyərli işlərə daha çox diqqət ayırdığınız qədər nəzarət edə bilərsiniz.

Bu kitab sizin iş bacarığınıza və əldə edə biləcəyiniz nəticələrə güclü təsir edəcək. ”O qurbağanı ye!” iş üsulunuzu imtahana çəkəcək, uğur qazanmaq üçün mütləq olan daxili intizamı izah edir və insanların yubatmaya yol verməklərinin səbəbini araşdırır. Sonra isə məhsuldarlığınızı necə artıra biləcəyinizi sadə dildə izah edir.

Kitabı Aqil Hacıyev tərcümə edib.

Avropa son dəfə qış vaxtına keçir

  • 26 Oktyabr 2018
  • comments

Vaxtı ötmüş kreditlərin məbləği 122 milyon manat a...

  • 26 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Tarix
  • Təhsil

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda