• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əkrəm Əylisli baş prokurora müraciət edib

  • 19 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Yazıçı Əkrəm Əylisli baş prokuror Zakir Qaralova açıq məktub ünvanlayıb. Contact.az-ın məlumatına görə, müraciətdə bunlar qeyd olunur: “2016-cı ilin mart ayında İtaliyanın Venesiya şəhərində keçiriləcək beynəlxalq ədəbi forumda iştirak etməyə gedərkən hava limanında əsassız olaraq saxlandıqdan sonra mənə qarşı qaldırılan cinayət işinin prokurorluğa göndərildiyi vaxtdan artıq 2 ildən çox keçir.

Artıq 2 ildən çoxdur mən ölkədən çıxmaq hüququndan məhrum edilmişəm. Hətta ölkə daxilində də azad hərəkət etməyə hüquqi ixtiyarım yoxdur. Şəxsiyyət vəsiqəm prokurorluqda saxlandığından bir sıra məişət çətinlikləri ilə üz-üzə qalmışam.

Mən 81 yaşın içindəyəm. Bu yaşda öz sağlamlığı ilə öyünmək, təəssüf ki, yalnız nadir adamlara nəsib olur. Kəskin xroniki bronxitdən, ürək və qaraciyər çatışmazlığından ciddi əziyyət çəkirəm. Ölkədən çıxmağıma qadağa qoyulması səhhətimin mümkün kritik məqamında hər hansı ölkəyə getməyimi bəri başdan əngəlləyir və xüsusən yay aylarında sağlamlıq durumumu ağır sınaqlar qarşısında qoyur.

Tərkibində heç bir ağlabatan cinayət faktı olmayan bu absurd “cinayət işi”nin gizlin motivlərini bir daha açıb-ağartmağı lazım bilmirəm. Hava limanının polis idarəsinin sərhəd xidməti əməkdaşının şikayəti əsasında tərtib etdiyi və hazırda Bakı Şəhər Prokurorluğunun sərəncamında olan istintaq materiallarına nəzər yetirsəniz, burada mənə qarşı irəli sürülən ittihamın nə dərəcədə əsassız, məntiqsiz və məzmunsuz olduğuna yəqin ki, özünüz də inanarsınız.

Bu müxtəsər məktubla Sizə müraciət etməklə yaşımı, sağlamlıq durumumu və barəmdə qaldırılan cinayət işinin obyektiv hüquqi bazası olmadığını nəzərə alıb, bu işə xitam verilməsi barədə təsirli tədbir görməyinizi xahiş edirəm”.

2016-cı il martın 30-da sərhədçilər paytaxt Bakının hava limanında Əkrəm Əylislini, həmçinin oğlu İlyası saxlayıblar. Əkrəm Əylisli Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsinə aparılıb. 15 saat saxlandıqdan sonra o, sərbəst buraxılıb.

Əkrəm Əylisli mediaya bildirib ki, sərhədçilər onu pasport nəzarətinə buraxmayıblar, çıxışına qadağa qoyulduğunu deyiblər, sonra gömrükçülər əl yükünü yoxlayıb onu polisə təhvil veriblər.

Rəsmi versiyaya görə isə Əkrəm Əylisli hava limanında ictimai qaydanı pozub, söyüş söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovu vurub.

Yazıçı Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə ittiham edilib, Hava Nəqliyyatında Polis İdarəsi işi Bakı Şəhər Prokurorluğuna göndərib. 315.1-ci maddəyə görə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2013-cü ildə Əkrəm Əylisli “Daş yuxular” romanına görə ciddi tənqidlərlə üzləşib, prezident İlham Əliyevin sərəncamları ilə “Xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edilib.

Vergi orqanlarına müraciətlər 10,5% azalıb

  • 19 Sentyabr 2018
  • comments

Daxili istehsal sərəncamında nələr var?

  • 20 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Hüquq
  • Nəsr

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda