• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Daxili istehsal sərəncamında nələr var?

  • 20 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətə davamlı daxili istehsalın dəstəklənməsinə sərəncam verib. Sentyabrın 19-da imzalanan sərəncamla dövlət başçısı Nazirlər Kabinetinə rəqabət qabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” investisiya təşviqi mexanizmi; sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi; sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi; ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi; sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə; ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” mexanizmlərinin tənzimlənməsi qaydası barədə təkliflər və normativ hüquqi akt layihələri hazırlamağı tapşırıb. Bu işə üç ay müddət qoyulub.

İqtisadiyyat Nazirliyinə ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində prezidentə təqdim etmək; müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabət qabiliyyətli olan konkret məhsulların siyahısını hazırlamaq və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etmək həvalə olunub. Nazirlik həmçinin Vergilər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaratmalı; www.azexport.az və www.enterpriseazerbaijan.com internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görməlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan www.enterpriseazerbaijan.com internet portalının istifadəyə verilməsini təmin etməlidir.

Əkrəm Əylisli baş prokurora müraciət edib

  • 19 Sentyabr 2018
  • comments

Güzəştli mənzil sistemində yeni rəhbər

  • 20 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda