“MSK-ya hücum edib qeydiyyatdan keçəsi deyilik ki”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Mərkəzi Seçki Komissiyasına müraciətinə cavab ala bilmir. 11 aprel növbədənkənar prezident seçkisində iştirak üçün MSK-ya üz tutan təşkilat sədri martın 1-də Novator.az saytına danışıb. O, namizədlik sənədlərini MSK-ya fevralın 19-da təqdim etdiyini deyib...
“Kütləvi çıxarış” Sumqayıtda
Əmlak Məsələləri Dövlət Komitəsi martın 1-i Sumqayıt şəhərində “Kütləvi çıxarış” kampaniyası keçirib. Tədbir yeni yaşayış komplekslərini əhatə edib. 150 sakinə öz ünvanlarında çıxarışlar verilib. Digər sakinlərdən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. ...
Qaçmaq – stresdən və huşsuzluqdan
Fiziki fəallıq, əsasən də qaçmaq stress vəziyyətində olan adamın yaddaş mexanizmini qorumağa kömək edir. Novator.az-ın məlumatına görə, ABŞ-ın Briqam Yanq Universitetinin tədqiqatçıları bu qənaətdədirlər. Alimlərin “Neuroscience” jurnalında dərc etdirdikləri müştərək məqalədə deyilir ki, insan beyni...
Putin ən yaxın rəqibi 60%-dən çox qabaqlayır
Rusiya prezidentliyinə namizədlərin yeni reytinqi açıqlanıb. Novator.az-ın məlumatına görə, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğuda müstəqil namizəd, prezident Vladimir Putin önə çıxıb. Respondentlərin 69,1%-i ona səs vermək niyyətində olduğunu bəyan edib. Prezident seçkisi mart...
Paytaxt: 15426 nikah, 4906 boşanma qeydə alınıb
Bakı Şəhər Statistika İdarəsi demoqrafik göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, ötən il paytaxt əhalisinin sayı 0,7 faiz artaraq 2018-ci il yanvarın 1-nə 2 milyon 262 min 560 nəfərə çatıb. Əhalinin 49,7 faizi kişilər, 50,3 faizi qadınlardır. 2017-ci ildə Ədliyyə Nazirl...
Ali Məhkəmə Nardaran işi üzrə qərar verdi
Martın 1-i Ali Məhkəmədə “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərləri barəsində hökmdən kassasiya şikayəti üzrə proses başa çatıb. APA-nın məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclas şikayətin təmin edilməməsi bar...
Neçə müəllimin maaşı artır?
Təhsil Nazirliyi prezidentin 28 fevral sərəncamı ilə bağlı açıqlama yayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlik bildirir ki...
İki ayın populyar adları
2018-ci ilin ilk iki ayında Azərbaycanda doğulmuş uşaqlara qoyulan populyar adlar bəlli olub. Novator.az bildirir ki, populyar qız adları içində Zəhra birincidir: 231 uşaq. Nuray (171) ikinci, Zeynəb (152) üçüncü yerdə dayanır. Aylin adı yanvar və fevral aylarında 150, Məryəm adı 149 uşağa verilib. ...
Bakının orta maaşı artıb, sərmayəsi azalıb
2017-ci ildə paytaxtda işçilərin orta aylıq nominal əməkhaqqı 6,1 faiz artaraq 785,8 manat olub. Novator.az-ın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsi belə hesabat yayıb. Rəsmi hesabata əsasən, 2018-ci ilin yanvar ayında sənayedə istehsalın və xidmətlərin həcmi əvvəlki ilin müvafiq ayı ilə mü...
Sərkisyan yeganə namizəddir
Martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçəcək. Novator.az-ın məlumatına görə, yeganə namizəd Armen Sərkisyandır. Onu hakim fraksiya namizəd irəli sürüb. Fraksiyaya Respublika Partiyası (105 mandatdan 58-nə sahibdir) və Daşnaksütun Partiyası (7 mandatı var) daxildir. 31 mandatı ...
Ermənistan iqtisadiyyatı 7,5% böyüyüb
Ermənistan Milli Statistika Xidmətinin hesabatına əsasən, 2017-ci ildə ölkədə ümumi daxili məhsulun həcmi 7,5% artıb. Novator.az-ın məlumatına görə, hesabatda ötən il Ermənistanda ümumi daxili məhsulun həcminin 5,6 trilyon dram təşkil etdiyi bildirilir. 2017-ci ildə adambaşına düşən ümumi daxili məh...
Həsrətindəyəm (8)
Romanın əvvəli: 1 2 3 4 5 6 7 Firuzə DAVUDQIZI 4-cü bölüm GÜNLƏR SONRA… Cümə günü, axşamçağı idi. Darıxırdım. Həyətə enib skamyada əyləşmişdim. Bir qədər keçmişdi ki, darvazanın önündə maşın dayandığını hiss etdim. Açılan qapı səsinə başımı qaldırdım. Gələn Elşad idi. Yenə ...
Silahlı Qüvvələrə Yardım Fondunun hesabatı
Silahlı Qüvvələrə Yardım Fondunun rəsmi hesabatı yayılıb. Müdafiə Nazirliyi bildirir ki, 1 mart 2018-ci ilə fonda 89 milyon 31,6 min manat, 213 min ABŞ dolları, 10,4 min avro və 5 min rubl vəsait daxil olub. Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycanın ə...
Məhkəmə Əli Kərimlinin dindirilməsinə razılaşmayıb
AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının apellyasiya şikayəti üzrə ilkin baxış olub. Gözəl Bayramlı 2017-ci il mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda tutulub. Rəsmi məlumata görə, siyasətçinin üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb. Gözəl Bayramlı is...
İlk agentliyin ad günü
Martın 1-i Azərbaycanın ilk milli xəbər agentliyi AZƏRTAC-ın yarandığı gündür. Ad günündə AZƏRTAC agentlikdə bir iş gününü əks etdirən fotoreportaj yayıb. Novator.az bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan Teleqraf Agentliyi 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. Həmin...
1 mart məzənnələri
Martın 1-də gürcü larisi (0,6887 manat) və türk lirəsi (0,4472 manat) bahalaşıb. ABŞ dollarının (1,7001 manat) və Rusiya rublunun (0,0302 manat) rəsmi məzənnələri sabit qalıb. Avro isə ucuzlaşaraq 2,073 manata düşüb (Məzənnələr). Novator.az xatırladır ki, Mərkəzi Bank dolların indiki kursunu 2017-ci...
Vətəndaşlıq qanununa dəyişiklik qüvvəyə mindi
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər prezident İlham Əliyevin imzası ilə qüvvəyə minib. Novator.az-ın məlumatına görə, qanunun 14-cü maddəsinə (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ) yeni hissə əlavə olunub: “2006-cı il yanvarın 1-dək Azərbaycan Respubl...
Dağınıq sklerozla mübarizə proqramı
Dövlət başçısı İlham Əliyev dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirləri proqramını təsdiq edib. 2018-2022-ci illər üçün dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək Səhiyyə Nazirliyinə tapşırılıb. Novator.az-ın məlumatına...
Xalçaçılıq sərəncamları, yeni proqram
Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi proqramı təsdiq edilib. 2018-2022-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulan tədbirləri əlaqələndirmək İqtisadiyyat Nazirliyinə həvalə olunub. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin 28 fevral sərəncamı ilə rə...
İki istiqamətdə maaşlar artdı
Prezident İlham Əliyev sosial müdafiə xarakterli iki sərəncam imzalayıb. Novator.az-ın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılır. Eyni cür ...