Ermənistan iqtisadiyyatı 7,5% böyüyüb
- 01 Mart 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Ermənistan Milli Statistika Xidmətinin hesabatına əsasən, 2017-ci ildə ölkədə ümumi daxili məhsulun həcmi 7,5% artıb. Novator.az-ın məlumatına görə, hesabatda ötən il Ermənistanda ümumi daxili məhsulun həcminin 5,6 trilyon dram təşkil etdiyi bildirilir.
2017-ci ildə adambaşına düşən ümumi daxili məhsul 1 milyon 873 min dram (3 min 880 dollar) olub. Bu, 2016-cı illə müqayisədə 10% artım deməkdir və son 10 ildə ən yüksək göstəricidir.
2017-ci ildə Azərbaycanda əvvəlki illə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 7205 manata (4 min 238 dollar) bərabər olub.