• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Gozel Bayramli

Məhkəmə Əli Kərimlinin dindirilməsinə razılaşmayıb

  • 01 Mart 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının apellyasiya şikayəti üzrə ilkin baxış olub.

Gözəl Bayramlı 2017-ci il mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda tutulub. Rəsmi məlumata görə, siyasətçinin üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb. Gözəl Bayramlı isə bu pulun sərhəd-buraxılış məntəqəsində onun çantasına atıldığını söyləyir.

Qaçaqmalçılıqda ittiham olunan Gözəl Bayramlıya cinayət işini Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi qaldırıb, sonradan istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

İşə Qazax Rayon Məhkəməsində baxılıb. 2018-ci il yanvarın 23-də məhkəmə Gözəl Bayramlını 3 il müddətinə azadlıqdan məhrum edib. Onun çantasından çıxdığı iddia olunan 12 min dolların dövlətə keçirilməsi haqda qərar qəbul olunub.

Gözəl Bayramlı hazırda Gəncə İstintaq Təcridxanasında saxlanır.

Qazax Rayon Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun icraatındadır.

“Amerikanın səsi” xəbər verir ki, fevralın 28-i ilkin baxış zamanı vəkil Elçin Sadıqov Gözəl Bayramlının ev dustaqlığına buraxılması, sərhəd-buraxılış məntəqəsindəki müşahidə kameralarının görüntülərinin alınması və məhkəmədə həmin görüntülərə baxış keçirilməsi, hal şahidlərinin apellyasiya məhkəməsində dindirilməsi barədə vəsatətlər qaldırıb.

Vəkil AXCP sədri Əli Kərimlinin, AXCP-nin Qadınlar Şurasının sədri Solmaz Hüseynovanın, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin əlavə şahid qismində dindirilməsi barədə də vəsatət verib. Elçin Sadıqov bu vəsatətini belə əsaslandırıb ki, Gözəl Bayramlı 2017-ci il mayın 25-i axşam Qazaxda sərhəd-buraxılış məntəqəsindən Əli Kərimli, Solmaz Hüseynova və Gültəkin Hacıbəyliyə zəng edərək çantasına nəsə atıldığını söyləyib.

Gözəl Bayramlı vəkilinin vəsatətlərini dəstəkləyib.

Dövlət ittihamçısı Qalib Rizvanov vəsatətlərin əleyhinə çıxıb. Hakim vəsatətlərin heç birini təmin etməyib.

İş üzrə məhkəmə baxışı martın 12-nə təyin olunub.

İlk agentliyin ad günü

  • 01 Mart 2018
  • comments

Silahlı Qüvvələrə Yardım Fondunun hesabatı

  • 01 Mart 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0
comments
Xəbər

Büdcə statistikası

GLOBALS:0
comments
Xəbər

Məşğulluq, işsizlik, əməkhaqqı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0
comments
Xəbər

Büdcə statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda