• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Azərbaycan televiziyalarının seçki reallıqları

  • 16 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetMediaTribunaYazarlar

Seymur KAZIMOV

Bir anlıq təsəvvür edək ki, seçki məsələsi bütün TV kanallarının ana mövzusudur və hər gün bu mövzuda ictimai müzakirələr, debatlar təşkil olunur. Namizədlər və onların səlahiyyətli nümayəndələri bütün görüşlərə qatılır, fikirlərini geniş ictimaiyyətlə bölüşürlər.

TV kanalları namizədlər arasında ayrı-seçkilik etmir, hər birinin tədbirini, seçki kampaniyasını bərabər işıqlandırır və bəzi görüşlərini, mitinqlərini efirə canlı verir.

Namizədlər hər gün TV-lərdə birbaşa yayımda saatlarla müsahibələr verir və platformalarını açıqlayırlar. Onların səlahiyyətli nümayəndələri də talk-şoulara qatılır, qızğın müzakirələr keçirilir, vətəndaşlar studiyaya zəng edib suallarını verirlər və s.

TV-nin bütün kollektivi, əsasən xəbər və analitik departamenti seçki mövzusuna səfərbər olur və ölkə gündəminin dəyişilməməsi üçün çalışırlar.

Reklamçılar, biznes mərkəzləri TV-ləri izləyir və auditoriyanın nəbzini tutan, daha peşəkar kanala vəsait qoymaq haqqında düşünürlər.

Nəticədə hamı məmnundur. Vətəndaşlar çox rahatlıqla seçkiyə gedib səs verəcəklər. Çünki bütün namizədləri tanıyırlar və onların görəcəyi işlərdən xəbərdardırlar. Namizədlər də çox rahat görünürlər – TV kanalları ayrı-seçkilik qoymadan onların hər birinə bərabər imkanlar yaradıb və seçki kampaniyalarını işıqlandırıb. Reklamçılar və biznes dairələri növbəti məhsullarını hansı mediada tanıdacaqlarını artıq müəyyən ediblər. Elə TV rəhbərliyi və əməkdaşları da məmnundur – çünki auditoriya da, namizədlər də razı qalıb, reklam şirkətləri yeni və sərfəli müqavilələr imzalamaq üçün şirkət binasına daxil olurlar…

Seçkilər başa çatır və yenə də analitik proqramlar, fikir mübadilələri keçirilir, proqnozlar verilir, seçilmiş dövlət başçısının fəaliyyəti müzakirə olunur.

Əslində, yuxarıda yazılanlarda qeyri-adi bir şey yoxdur. Normalda media necə fəaliyyət göstərməlidir, nə etməlidir, jurnalistlər necə davranmalıdır… bunlar qeyd olunub. Amma bütün bu normal məsələlər Azərbaycanda mövcud deyil.

Seçkilərdən söz düşmüşkən, qəzet və internet mediasından danışmaqla ən yaxşı halda özümüzü aldada bilərik. Orta statistik azərbaycanlı hələ də TV kanallarına baxır və ona inanır. Bu gün televiziya sözün əsl mənasında kütləvi informasiya vasitəsidir. Qəzet və saytı oxumamaq mümkündür, amma TV-yə baxmaqdan imtina etmək bir çox insan üçün qeyri-mümkündür.

Seçkini daha həyəcanlı edən, gözəlləşdirən mübarizənin açıq və şəffaf keçirilməsidir. Necə deyərlər, oyun qaydaları hər iki qapı üçün eynidir. Bu qaydaların da bütün ölkənin gözü qarşısında təcəssüm etməsi qələbəni sorğulamağa yer qoymur. Məşhurlardan biri deyib ki, televiziya özünün ən eybəcər və yonulmamış formasında demokratiyadır. Çünki seçki prosesi eyni zamanda psixoloji hadisədir. Vətəndaş gün ərzində fərqli informasiya axınına məruz qalır və onun müdafiə refleksi yaranır. Digər tərəfdən vətəndaş dərk edir ki, seçki gününə qədər qərarını qətiləşdirmək üçün çoxsaylı informasiya içərisində doğru bildiyini seçməlidir. Bunun da yeganə rolu TV-dir. Demokratiya müzakirədir, demokratiya həm də opponentə danışmaq üçün imkan yaratmaqdır. Demokratik olub-olmamasından asılı olmayaraq, dünyanın hər bir ölkəsində siyasətçilər insanlarla media vasitəsilə ünsiyyətdə olurlar. Unutmaq olmaz ki, insanlar siyasi partiyalarla özü arasında məsafə saxlayan mediaya daha çox üstünlük verirlər.

Bu il Azərbaycanda prezident seçkisidir. Televiziya kanalları isə bu prosesdən könüllü qaydada kənarda qalıb. Müstəqil proqram siyasəti və maliyyə müstəqilliyi olmayan medianın bu addımı bəlkə də anlaşılandır. Seçki kimi vacib bir prosesdən kənarda qalmaq, reklam və auditoriya cəlb etmək kimi dərdi olmayan bir media quruluşunun davranışı necə qiymətləndirilməlidir ki?!

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Şəhər və rayonlar üzrə əhalinin sayı

  • 16 Fevral 2018
  • comments

Niderland parlamenti qondarma erməni soyqırımını t...

  • 16 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda