Nazir ön xətdə
Müdafiə naziri Zakir Həsənov cəbhə zonasında yerləşən hərbi hissələrə baş çəkib. Mod.gov.az-ın 29 yanvar məlumatına görə, ön xətt bölmələrində olan nazir üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzələr edilib. Bild...
Azərbaycan və Ermənistan eyni qrupda
Yanvarın 29-u Portuqaliyanın paytaxtı Lissabonda “Avroviziya 2018” mahnı müsabiqəsinin püşkü atılıb, yarımfinalların tərkibi müəyyənləşib. Azərbaycanla Ermənistan eyni qrupa düşüb. Novator.az bildirir ki, 1-ci yarımfinalda Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Erməni...
Rusiyada ölüm göstəricisi doğumu üstələyib
Rusiya Statistika Xidməti 2017-ci il üzrə demoqrafik hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, 2016-cı illə müqayisədə doğum 10,9%, ölüm halı 3,9% azalıb. 2017-ci ildə Rusiyada 1 milyon 689 min 900 uşaq doğulub. Bu, 2016-cı illə müqayisədə 203 min 400 nəfər azdır. 201...
Qara siyahıda artım olacaq
Avropa Parlamentinin üzvü Lars Adaktussonun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib: “Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi onun təca...
Məhbus jurnalistlə açıq görüşə icazə verilmir
Məhbus jurnalist Əziz Orucovun ailə üzvləri ilə açıq görüşməsinə icazə verilmir. Bunu Novator.az-a jurnalistin xanımı Lamiyə Orucova deyib. O bildirib: “Məhkəmənin Əzizə hökm oxumasından ay yarım ötür. Bu müddətdə bir neçə dəfə görüşmüşük. Amma bütün görüşlər şüşə arakəsmə arxasında keçib. Cəhd etsə...
Əlillik təyinatında 31 faiz azalma var
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərə həsr olunmuş kollegiya iclası keçirilib. Yanvarın 29-da yayılan rəsmi məlumata görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov d...
Maliyyə yoxlamalarında nələr üzə çıxıb?
Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2017-ci il tədbirlərinin nəticələri haqqında məlumat yayıb. Rəsmi hesabata görə, Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzi...
Ədliyyə Nazirliyindən yeni rəqəmlər
Ölkədə dövlət qeydiyyatına alınan 4 min 180 qeyri-kommersiya təşkilatı, 5 min 200-ə qədər KİV fəaliyyət göstərir. Ədliyyə Nazirliyinin 2017-ci il hesabatında belə məlumat yer alır. Bildirilir ki, ötən il 2016-cı illə müqayisədə 23% çox – 1400-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, ic...
Gələnlər haradan gəlir?
2017-ci ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 696,7 min və ya ötən illə müqayisədə 19,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, gələnlərin əksəriyyəti turizm məqsədilə səfər edib. Onların 31,7 faizi Rusiya...
Hansı gündə doğulmağın nə fərqi var? (13)
Novator.az “Doğum günü insanı necə nişan verir?” silsiləsinin təqdimatını davam etdirir. Ayın 25-də doğulan 25-in həyatını qeyri-adi bacarıq və peyğəmbərlik həddində olan intuisiya idarə edir. Onun təbiətində bir mistika var. Ayın 25-də doğulan insan inanılmaz dərəcədə həssasdır, onun fikirlərinə he...
İsa Qəmbər: “Qələbə qaçılmazdır”
Yanvarın 27-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Bastainfo.com-un məlumatına görə, sessiyada təşkilati məsələlərə baxılıb, Müsavat Partiyasının başqanı Arif Hacılının məruzəsi dinlənib, bu il ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı qərargah yaradılıb və Müsavatın fəaliyyət pla...
Sürüşmə zonasında 103 ev var
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığında yaranmış sürüşmə təhlükəsi ilə bağlı yeni açıqlama yayılıb. Səbail Rayon İcra Hakimiyyəti bildirir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib: “Müəyyən olunub ki, burada tikil...
Milli çempionatlarda vəziyyət
Avropanın milli futbol çempionatlarında növbəti turlar keçirilib. Novator.az-ın məlumatına görə, İspaniya çempionatının lideri “Barselona” 21-ci turda xal sayını 57-yə çatdırıb. Onu 46 xalla “Atletiko” təqib edir. “Valensiya”nın 40 xalı var. Bir oyun az keçirən “Real” 38 xal toplayıb. Almaniya çempi...
Vəkillik: ilk sınaqdan 607 nəfər keçib
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasına üzvlük üçün keçirilmiş test imtahanının nəticələrini açıqlayıb. Yanvarın 28-də Vəkillər Kollegiyası ilə birgə təşkil olunan imtahanda 607 nəfər uğur qazanıb. Rəsmi məlumata görə, Vəkillər Kollegiyasına üzv olmaq üçün 1966 namizəd qeydiyyatdan keçib, 93 n...
Eşq və xəyanət (15)
Aynur MƏSİMOVA (TƏMKİN) Kamilə qələbəsindən əmindi. Özü də çox əmindi. O, səbirlə addım-addım oğlana yaxınlaşıb şeytan kimi onun qəlbinə girməyi bacarmışdı. Onların birgə keçirtdikləri saatların, günlərin sayı artmışdı. Hər yerə bir gedib, bir gəlməyə başlamışdılar. Gələn mühüm qonaqları Rauf gəzdir...
Məzənnələrin yönü
Mərkəzi Bank yanvarın 29-da avro, Rusiya rublu və türk lirəsini ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, avro 2,1104 manata, rubl 0,0302 manata, lirə 0,4523 manata düşüb. Dəyəri artan gürcü larisi banklara 0,6883 manata satılır. ABŞ dollarının kursu isə sabit qalıb: 1,7001 manat (Rəsmi məzənnələ...
Dördüncü ilə nöqtə qoyulur
Yanvarın 29-u Bakıdakı Heydər Əliyev Mərkəzində regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev konfransda nitq söyləyib, sonra Lənkəran Şəhər İcra Hakimi...
Seçkinin ilk turunda prezident önə çıxdı
Kiprdə yanvarın 28-də keçirilmiş prezident seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 9 namizədin iştirak etdiyi ilk turda indiki prezident Nikos Anastasiadis 35,5% səslə önə çıxıb. Müxalif namizəd Stavros Malas 30,25% səslə ikinci olub. Əsas namizədlərdən Nikolas Papadopulosun ...
Prokurorluğun illik hesabatı
2017-ci ildə 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Rəsmi məlumata görə, yanvarın 26-sı Baş Prokurorluqda keçirilmiş kollegiya iclasında belə deyilib. Hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov qeyd edib ki, 2017-ci ildə qeyri-aşkar şəraitdə törədilmiş, ağır v...
Qida Təhlükəsizliyi Agentliyi gücləndirilir
Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirən sərəncam imzalanıb. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin imzaladığı sənəd bəzi obyektlərin İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin balansından agentliyin balansına verilməs...
- 1
- 2