• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbər: “Qələbə qaçılmazdır”

  • 29 Yanvar 2018
13
SHARES
FacebookTwitterPinterest

Yanvarın 27-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.

Bastainfo.com-un məlumatına görə, sessiyada təşkilati məsələlərə baxılıb, Müsavat Partiyasının başqanı Arif Hacılının məruzəsi dinlənib, bu il ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı qərargah yaradılıb və Müsavatın fəaliyyət planı təsdiqlənib.

Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərdir. Bu haqda qərar partiyanın 2014-cü ildə keçirilən qurultayında qəbul olunub.

İsa Qəmbər 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

Müsavat Məclisinin 2018-ci il yanvarın 27-də keçirilən sessiyasında yaradılan seçki qərargahına Gülağa Aslanlı sədrlik edəcək. Qərargahın tərkibinin formalaşdırılması Müsavat Divanına həvalə olunub.

“Amerikanın səsi”nin məlumatına görə, 27 yanvar sessiyasında çıxış edərkən İsa Qəmbər bildirib ki, yaşamaq eşqi, mübarizə aparmaq, ölkədə dəyişiklik etmək, xalqı inkişaf yoluna çıxarmaq əzmi həddindən artıq önəmlidir: “Azərbaycan üçün 20 Yanvar bitməyib. Çünki Azərbaycanı gerçək müstəqil həyatı ilə yaşamağa imkan verməyən Rusiya imperializmi mövcudluğunu davam etdirir. Bu siyasəti davam etdirən Putin hakimiyyəti mövcudluğunu davam etdirir. Vəzifə naminə, hakimiyyət naminə Moskvanın hər bir tapşırığını həyata keçirməyə hazır olan şəxslər Azərbaycanda hakimiyyətdə əyləşiblər. Sabah onlara deyilsə, SSRİ-nin bərpasına da imza atarlar, rus ordusunun Azərbaycana gəlməsinə də imza atarlar. Yenə də şöhrət naminə populizmə hazır olan, vəzifə naminə, karyera yüksəlişi naminə hər cür avantürizmə hazır olan insanlar Azərbaycan siyasətində at oynatmaqda davam edirlər. 20 Yanvarı doğuran şərtlər bu gün bütün gücü ilə ortadadır“.

İsa Qəmbər əmindir ki, Müsavat Partiyası 2018-ci ilin prezident seçkisində uğur qazanacaq: “Təqvimimizdə 20 Yanvar yer aldığı kimi, 31 yanvar günü də var – Məhəmməd Əmin Rəsulzadənin dünyaya gəldiyi bir gün. Bu böyük şəxsiyyətin öz dostları, silahdaşları ilə birgə Azərbaycana bəxş etdiyi yol, ideologiya var – müsavatçılıq yolu, müsavatçılıq ideologiyası. Bu yol haqq-ədalət yoludur. Bu yolla gedənlərin qələbəsi qaçılmazdır. O qələbənin ili, ayı, günü sual ola bilər. Amma qələbənin olması qaçılmazdır, mütləq olacaq. Bir daha bəyan edirəm ki, bu yolu birgə gedəcəyik, bu yolu sonadək gedəcəyik. Tanrı bizə nə qədər sağlamlıq, ömür ayırıbsa, o qədər gedəcəyik və bir yerdə də qalib gələcəyik. Sizin simanızda bütün Azərbaycan xalqına 2018-ci ildə, cümhuriyyətimizin 100-cü ildönümündə qələbələr qazanmaq, uğurlar qazanmaq arzulayıram”.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatır. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməlidir. Bu, Seçki Məcəlləsinin tələbidir.

2018-ci il yanvarın 11-də prezident İlham Əliyev Seçki Məcəlləsinə 15 dekabr 2017-ci ildə edilmiş dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, qüvvəyə minən əsas yeniliklərdən biri konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə müvafiq olaraq prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkisinin keçirilməsi haqdadır. Növbədənkənar prezident seçkisi elan ediləndən 60 gün müddətində keçirilməlidir.

2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.

Seçki Məcəlləsinin əvvəlki normasına görə, vaxtından əvvəl prezident seçkisi prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda keçirilə bilərdi.

Sürüşmə zonasında 103 ev var

  • 29 Yanvar 2018

Hansı gündə doğulmağın nə fərqi var? (13)

  • 29 Yanvar 2018

Son materiallar

comments
ManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments
Xəbər

“Neftçi” ələndi

Rəylər

Do not miss

comments
ManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

Son materiallar

comments
ManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments
Xəbər

“Neftçi” ələndi

comments
Xəbər

Pozuntular, 1892 qərar

comments
Xəbər

Publik hüquqi şəxs

comments
Xəbər

Superkubok statistikası

comments
Xəbər

Başçı sərəncamı

comments

Yeni Laçın yolu

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
Xəbər

Turizm və Menecment Universitetinin statusu yeniləndi

comments
Xəbər

3194 aktiv xəstə var

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haralardan gəlirlər?

comments
Xəbər

Yarım ilin qəzası

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

comments
ManşetXəbər

Bakıda maaş, başqa göstəricilər

comments
Xəbər

Ünvanlı yardımın orta məbləği

comments
Xəbər

İxrac hesabatı

comments
Xəbər

Hasilat statistikası

comments
ManşetXəbər

Müsavatçı həbsdə qalır

comments
AktualDünyanın səsiManşetŞərh

Koronavirusun universal peyvəndi gəlir? – ABC

comments
Xəbər

Qərbi Azərbaycan İcmasının ünvanı

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
AktualDünyanın səsiManşetŞərh

Saxta xəbərin geniş meydanı – “Forbes”

comments
AktualManşetXəbər

Parlament sədrinə müraciət

comments
Xəbər

Azərbaycan nefti nə qədər ucuzlaşıb?

comments
AktualManşetŞərh

22 milyon manatlıq itkinin hesabı

comments
AktualManşetXəbər

Narahatlıq, təklif

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda