![Nazarbayev]({"full":{"0":"2017\/10\/Nazarbayev.jpg","1":751,"2":496,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2017\/10\/Nazarbayev.jpg"}})
Yeni əlifbaya nöqtə qoyuldu
- 27 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin latın qrafikası əsasında yeni əlifbaya keçidi ilə bağlı fərman imzalayıb. Novator.az-ın məlumatına görə, dövlət başçısının fərmanı ölkənin 2025-ci ilədək mərhələ-mərhələ yeni əlifbaya keçidini nəzərdə tutur.
Sənədin icrası Prezident Administrasiyasına tapşırılıb, hökumət isə yeni əlifbanın tətbiqi üçün milli komissiya yaratmalıdır.
Qazaxıstan hazırda kiril əlifbasından istifadə edir. Latın qrafikasını keçidi 2017-ci ilin aprelində Nursultan Nazarbayev təklif edib. 32 hərfdən ibarət yeni əlifba layihəsi ictimai müzakirələrdən keçərək təsdiqlənib.
1929-cu ilədək Qazaxıstan ərəb əlifbasından, 1929-1940-cı illərdə latın əlifbasından istifadə edib.