İkisindən biri siftə
- 10 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Avropadan daha iki milli komanda dünya futbol çempionatının final mərhələsinə vəsiqə əldə edib. Novator.az-ın məlumatına görə, seçmə raundun 9 oktyabr oyunlarından sonra Serbiya D qrupunu, İslandiya İ qrupunu zirvədə tamamlayaraq Rusiyaya getmək haqqı qazanıblar.
Serbiya keçmiş Yuqoslaviya ilə Serbiya və Çernoqoriyanın göstəricilərini çıxmaqla ikinci dəfə dünya çempionatında oynayacaq, İslandiya isə debütantdır.
2018-ci ildə Rusiyada keçiriləcək çempionata Avropadan Almaniya, İngiltərə, Belçika, İspaniya, Polşa, Afrikadan Nigeriya, Misir, Şimali və Mərkəzi Amerikadan Meksika, Kosta Rika, Cənubi Amerikadan Braziliya, Asiyadan Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, İran daha əvvəl vəsiqə alıb.