Avro yenə bahalaşdı
- 10 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Mərkəzi Bank oktyabrın 10-da ABŞ dollarının və Rusiya rublunun məzənnələrini dəyişməyib. Novator.az-ın məlumatına görə, dollar 1,7002 manata, rubl 0,0292 manata satılır.
Avro isə yenə bahalaşıb. Ötən gün banklara 1,9953 manata təklif olunmuş avroya indi 2,0011manat qiymət qoyulub.
Gürcü larisinin rəsmi kursu 0,6872 manat, türk lirəsinin qiyməti 0,4608 manatdır (Məzənnələr).
2017-ci ildə dollar 1,7707 manatla start götürüb. Ən yuxarı rəsmi qiymət yanvarda 1,9165, fevralda 1,92, martda 1,7563, apreldə 1,7244, mayda 1,7026, iyunda 1,7023, iyulda 1,7022, avqust və sentyabrda 1,701 manat olub.