• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Cingiz Huseynov

Çingiz Hüseynov “Məhəmməd” romanından danışdı

  • 24 Avqust 2017
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərhTribuna

Sentyabrda Moskvada kitab yarmarkasında Аzərbaycan yazıçısı Çingiz Hüseynovun Məhəmməd peyğəmbərin həyat və fəaliyyətinə həsr olunmuş yeni “Məhəmməd” romanının təqdimatı keçiriləcək.

Avqustun əvvəlində “Molodaya Qvardiya” nəşriyyatında çap olunmuş kitab geniş oxucu dairələrində əks-səda doğurub. Bununla əlaqədar “Turan” agentliyi məşhur yazıçıdan müsahibə alıb. Müsahibəni Novator.az oxucularının da diqqətinə çatdırırıq.

– Siz peyğəmbər haqqında üç kitab yazmısınız: “Yıxılmış səhəngdən su dağılmasın gərək” (“Не дать воде пролиться из опрокинутого кувшина”, 2003), “Merac” (“Мерадж”, 2008), “Məhəmməd” (“Мухаммед”, 2017). Bu, trilogiya, təkrar nəşr, yoxsa tamamilə müxtəlif əsərlərdir?

– Xeyr, əsərlər müxtəlif janrlıdır. Onlardan birincisi “Qurani hekayələr”dir, yəni peyğəmbərlik fenomenini anlamaq cəhdi ilə “Quran” stilistikasında (“şüur axını”, assosiativlik) yazılmış əsərdir. İkincisi – bəli, bu, bütünlüklə Məhəmmədin Məkkədən Qüdsə möcüzəli gedişi (uçuşu) və özündən əvvəlki peyğəmbərlərlə görüşü (isra və merac) süjeti üzərində qurulmuş romandır. Üçüncüsü isə Məhəmmədin tərcümeyi-halı, onun “Quran” mətninin bizə çatdırılmasında rolu, İlahi Kitabın quruluşunda insan amili (insan əli!) və peyğəmbər və dövlət xadimi kimi Məhəmməd haqqında dini-dünyəvi üslubda yazılmış analitik tədqiqatdır.

Əlbəttə, GAH (Görkəmli Adamların Həyatı – red.) seriyasından nəşrdə eyni bir mənzərə və epizodlar var və az deyil, lakin hər dəfə onlar janrın kontekstinə daxil edilib. Odur ki, bu, trilogiya və ya təkrar nəşr deyil, yeni kitabdır.

– Siz nədən mütəmadi şəkildə “Quran” və Məhəmməd mövzusuna qayıdırsınız?

– Bunun üçün hər dəfə yeni səbəb yaranırdı: birinci halda bu, Siyasi Büronu (SSRİ dövründə hakim Kommunist Partiyası Mərkəzi Komitəsinin ali orqanı – red.) öz tərəfinə çəkmək üçün ona yaltaqlanan erməni ekstremistlərinin Qarabağ münaqişəsində “barbarlar”ın onları, guya mütərəqqi xristianları məhv etdiklərini ucadan elan edən zaman öz soydaşlarımın simasında islamın ümumbəşəri sivilizasiya kimi qorunması zərurəti idi. İkinci halda bu, Azərbaycana, Bakıya sırf maarifçilik ideyalarını, məqsədlərini çatdırmaq arzusu idi. Üçüncü halda isə bu, “Quran”ı, onun onu digər dinlərlə yaxınlaşdıran etik məğzini, əsasını təkidli xilas etmək vəzifəsi oldu. Fəqət “Quran” müasir islamçı ekstremistlər tərəfindən qətl alətinə çevrilib, dünya terroru islam adı ilə bağlayır, bax, dəyişən budur.

– Birinci nəşrdən sonra nə dəyişib? Sizin tərəfdarlarınızın sayı artdı, yoxsa əleyhdarlarınız çox oldu?

– Çoxsaylı tərəfdarlarım var, bu ideyalarla mən hətta Bakıda (2002-ci ildə), həmçinin Almaniyada türklərin qarşısında, İstanbulda (2006) “Quran” və elm” konfransda çıxış etmişəm. Amma mənim əleyhimə olanlar da var və bunun səbəbi isə cəhalət, “Quran”ın mətninə bələd olmamaq, indiyə kimi dəyişməz qalmış IX-X əsr təfsirlərinə (onlara əsasən, müsəlmanlara ruhən yaxın olan yəhudi və xristianlar kafir elan edilib, onların kitabları isə “ləğv olunmuş” sayılır) qul bağlılığı, sağlam düşüncəyə əməl etmək istəməməkdir.

– Nə etmək lazımdır ki, islam və ekstremizm, dözümsüzlük barədə təsəvvürlər arasında daha əlaqə yaranmasın?

– Fəqət, gəlin etiraf edək, bu danılmaz faktdır ki, dünyada nifaqın olmasında digər ibrahimi etiqadlar da, xüsusilə xristianlıq, müqəssirdir (XI-XIII əsrlərdəki səlib yürüşləri, antisemitizm və s.). Amma bunlar uzaq keçmişdir, bu gün isə yalnız islamın adı ilə qan tökülür və şərin zirvəsi İŞİD-in nəzəriyyə və təcrübəsi oldu. Əgər bu olmasaydı, diskussiya, ziddiyyətlərin aydınlaşdırılması və başqa formalarla kifayətlənmək mümkün olardı. Nə etməli? Bir tərəfdən terrorçuları məhv etmək, zira müharibə gedir, digər tərəfdən isə əlində “Quran”ı tutaraq, onun etikasını, əxlaqını inkişaf etdirərək, cahiliyyəyə, cəhalətə qarşı mübarizə aparmaq, digər ibrahimi dinlərlə yaxınlaşma nöqtələrini axtarmağa çalışmaq qalır. Bəli, sizinlə razıyam, sizin sualınızı təsdiq sırasına keçirirəm.

– Sizə elə gəlmirmi ki, ibrahimi dinlər bəşəriyyətin Vahid Allah ideyası ətrafında birləşdirilməsi missiyasından uzaqlaşıb və bu gün ixtiyari, bilərəkdən və ya qeyri-iradi olaraq bəşəriyyəti bölünməyə, düşmənçiliyə, dözümsüzlüyə gətirib çıxarıblar?

– Bəli, gəlir, buna görə də, demək olar ki, mənim təşəbbüsümlə Qüdsdə “Dinlərin trialoqu” Diskussiya Klubu təsis edilib, amma etiraf edim ki, bütün bunlar – elə mənim kitablarım da – öz səmərəliliyinə görə, nəticə etibarilə hələlik sıfra bərabərdir və ya başqa sözlə, Sizif əməyidir. Amma susmaq da olmaz.

– İslamın davamı necə ola bilər? O, İntibah dövrünün xristian dirçəlişi yolunu keçə bilərmi?

– İslamın orta əsrlərdə olduğu kimi həqiqətən çiçəklənəcəyinə, əsl tərəqqi, yüksəliş dövrü yaşayacağına, yuxarıda dediklərimizdən qurtulacağına, təmizlənəcəyinə və İntibah yoluna qədəm qoyacağına ümid edirik (ümid bəsləyən təkcə gənclər deyil)!

Parad

Ukraynada hərbi parad

  • 24 Avqust 2017
  • comments

“Qarabağ”ın Qurbanı

  • 24 Avqust 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Din
  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda