• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qurdların qurbanı əsgər (Hekayə)

  • 31 May 2017
  • comments
  • Redaktor
  • Posted in TribunaYazarlar

Oqtay QORÇU

1945-ci ilin 12 iyununda evə buraxılan, üç gün sonra qatarla Bakıya yetişib bir neçə gün paytaxtda dincələn, sənədləri ilə bağlı bəzi işlərini həll edən, sinəsi qırmızı ulduzlu əsgər paltarından hələ də mərmi qoxusu getməyən, üst-başına palçıq qarışmış qan ləkələri hopan, yorğun-arğın canını, ney təki sızlayan, sərçə təki ürkək ürəyini gəmirən, iri gövdəsi təki dağ havasından ətir almış ruhu da sınıxan, müharibənin göz acışdıran tüstüsündən gözləri qan çəkən Məhərrəm oğlu Əsgər qaranəfəs özünü Yevlaxa çatdırıb, oradan da Şuşaya qalxanda yol boyu pıçıldadığı “Allah, bircə sağ-salamat gedib çatsam…”  kəlmələrini yenə təkrar edə-edə kövrəldi.

Laçının havası vurdu onu. Berlindən bu yerə qədər sağ-salamat gəlib çıxmaq ondan ötrü bir möcüzə idi. Qalanın mərd zirvəsində özünü onu oddan xilas edən qızılı qanadlı Simurq quşunun yuvasındakı kimi hiss edirdi.

Durmadan hey yol getdi, az getdi, çox getdi, tanıdığı hər cığırın, hər daşın, hər ağacın gözündən öpdü, dizini yerə qoyub şükür edə-edə bulaq suyu içdi, doymadan dönə-dönə içdi, çəmənliyə sərilib azca yuxusunu aldı və şər qarışana yaxın gəlib çatdı Laçının mərkəzinə.

Əvvəl şəhəri dolanmaq, tanış-bilişdən xəbər tutmaq istədi, sonra döndü fikrindən, kəndini, daxmasını, onu gözləyən, müharibə başlayandan bəri kişisiz ev dolandıran dörd qadını, anasını, iki bacısını, arvadını, bir oğlunu görməyə tələsdi. Yerişinə haram qatıb kəsə yola, meşənin içinə endi ki, gecəyədək evə çata bilsin.

Yol meşənin içindən keçirdi. Əsgər isə qızdırmalı adamlar təki elə hey deyirdi: “Allah, bircə sağ-salamat gedib çatsam…” Gecənin vahiməsindən qəfil üstünə atılan kəmfürsət Əsgəri elə cəldliklə qamarlayıb altına basdı ki, yazığın heç ac qurda yalvarmağa macalı da olmadı…

Çayın o tayında bir komanın çırağı qaraldı…

 


Müəllifin başqa yazılarına bax:  • Kamanın babası   • 81-ci dairə   • Köhnə kişinin hikkəsi   • Qara daş ustası   • Sil-süpür zamanı  • Rusiyaya qarşı savaşan Nobel   • Qanını verənlərin tarixi   • İçərişəhərin rəngi   • Toyda ehsan   • Dili bəlaya çevirənlərin növbəti qurbanı   • Tabuta kim girməlidir?!   • Qada-balasını yerə tökən adamlar   • Kişinin oğlu başdan-ayağa Hikmətdir…  • “Başsız” Məhəmməd qandı ki, öləcək… (Hekayə)   • İmperiyaya cavab zərbəsi   • Alim öldü…   • Üçüncü imperiya   • Ağlımızın dekorativ çiçəklənmə dövrü (Birinci yazı)   • Ağlımızın dekorativ çiçəklənmə dövrü (İkinci yazı)   • Ağlımızın dekorativ çiçəklənmə dövrü (Üçüncü yazı)   • Ağlımızın dekorativ çiçəklənmə dövrü (Dördüncü yazı)   • Məhəmməd Əli: döyən-döyülən və atəş açmayan   • Min qəbirdən biri… Ata qəbri…

“Yeganə yeni mənbə Azərbaycandır”

  • 31 May 2017
  • comments

Prezidentlik başladı

  • 31 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda