• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oğuldərə kəndinin istedadlı şair oğlu

  • 15 May 2017
  • comments
  • Redaktor
  • Posted in Tribuna

Gənc yazar Seyid Maliki bir müddət olar tanıyıram. Köçkünlük həyatı yaşayır.

Laçının Oğuldərə kəndindən köçkün düşəndə beş yaşı vardı. O vaxtdan Biləsuvar rayonunun Arazbarı kəndində məskunlaşıblar. Taleyinə köçkünlük yazılmış bu istedadlı gənc artıq ali təhsil alıb, müəllim işləyir. Ürəyində Laçın boyda dərd yükü daşıyır.

İlk baxışdan sakit, son dərəcə mülayim təbiətli Malikin ürəyində güclü atəş varmış. Bunu Seyid Malikin bu ilin ilk aylarında işıq üzü görmüş “Sevə bilsəm ayrılığı” adlı şeirlər toplusu əlimə düşəndən sonra bildim. Şeirləri birnəfəsə oxudum, sanki Maliki yenidən kəşf etdim.

Məskunlaşdığı Arazbarı kəndindəki məktəbdə müəllim işləyən Seyid Malik poeziya ilə nəfəs alır, ürəyində gəzdirdiyi hissləri, həsrəti, incə duyğu və düşüncələrini kövrək misralarla sapa düzməyi bacarır.

Bu kitab Malikin oxucuları ilə ikinci görüşüdür. 2005-ci ildə işıq üzü görən ilk kitabını oxucular maraqla qarşılamışdı.

Malik bir şair kimi özünə qarşı çox tələbkardır. Yazdıqlarını çap etdirməyə tələsmir, amma yazmaya da bilmir. Poeziyanın sehri onu çoxdan ağuşuna alıb.

Laçın torpağı təbiətin bir möcüzəsidir. Bu torpağın suyunu içənlər, havasını udanlar şair olmaya bilmirlər. Sanki anadan şair doğulurlar. Malik də öz nəsillərinin yeganə şair oğlu deyil. Mərhum, sevilən şair, pedaqoq alim Ağa Laçınlının dost-doğmaca bacısı oğludur. Dayısı oğlu Fəxri Uğurlu da bir yazar kimi kifayət qədər tanınır, sevilir.

Yurd həsrəti ağırdır. Bu dərdə çətin dözən Malik şeirlərinin birində yazır:

Ürəyimdə yuva quran dərdlərə,
Varlığımı çulğalayan dərdlərə,
Yaxa yırtan, üzə duran dərdlərə
Mən dözürəm, dözəmməzdi daş belə.

Digər şeirində isə bu qədər dözümlülüyünə görə özünü qınayır:

Başım çiynimin üstə,
Baş deyil, başdaşıdır!

Qarabağ dərdi bu xalqın bir ziyalı övladı kimi Seyid Malikin də ağrılı yeridir. “Gedək, Qarabağa gedək” şeirində o, ürək ağrısı ilə deyir:

Bizi yıxan dərdimizin,
Malik, yerə qoyub dizin,
Yetim qalan yurdumuzun
Həyanı olmağa gedək,
Gedək, Qarabağa gedək!

Malikin heç bir yazı-pozu bilməyən atası Seyid Əjdər kişi də yurd həsrətini ağır keçirir. O, həsrətini şeir dili ilə oxuculara belə çatdırır:

Kaş Ana Vətəni bir də görəydim,
Gedib orda dövranımı sürəydim.
Orda yaşayaydım, orda öləydim,
Yağaydı daşları başıma mənim.

Seyid Malikin poetik dili çox axıcıdır. Sözlə davranmağı, ondan yerli-yerində istifadə etməyi bacarır:

Kəsməyəkmi bu savaşı,
Qəsdin nədir mənə qarşı?
Sən yenəmi qələm qaşı
Sürmələdin, ay insafsız?

Şairin məhəbbət şeirləri çox təsirlidir, ürəkdən gəldiyi üçün ürəklərədə təsir edir. Həqiqi aşiqlərə xas olan qısqanclıq hisslərini o da yaşayır:

Ayıldım könlün səsinə,
Qulaq asdım nəğməsinə.
Nəinki bir özgəsinə,
Heç səni sənə vermərəm.

Məni fağır bilmə belə,
Axır bir gün gəlləm dilə.
Lap göydən Allah da gələ,
Vermərəm, yenə vermərəm.

Gənc istedad Seyid Malikin oxucuları ilə bu görüşü çox uğurludur. Bu da onun sözə, sənətə böyük məsuliyyətlə yanaşmasından irəli gəlir. Biz də uğur olsun, deyirik!

Mirzə MÜŞFİQ
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı,
Biləsuvar rayonu

“Avroviziya”ların 27 qalibi var

  • 15 May 2017
  • comments

Sənayenin 4 aylıq durumu

  • 15 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda