Rusiyadan ildə bir dəfədən çox xaricə dincəlməyə gedənlərin sayı son iki ildə 50% azalıb. Novator.az-ın məlumatına görə, Rusiya Turizm Sənayesi İttifaqının hesabatında belə deyilir.
Hesabatda bəzi şirkətlərin rəqəmlərinə istinad olunub. “Onlayn Tur” şirkəti bəyan edir ki, 2014-cü ilin sonunda, rublun devalvasiyasına qədər ən azı iki dəfə xaricə dincəlməyə gedən müştərilərinin sayı 40% idisə, indi bu rəqəm 20%-ə enib.
“Qoryaçıye turı” şəbəkəsi də oxşar bilgi verib: iki il ərzində tez-tez səyahət edənlərin sayı 30-50% azalıb.
“Level.Travel” şirkəti isə elə də ciddi enişin olmadığını iddia edir: “2014-cü ildə iki dəfə xaricə üz tutan müştərilər 14% olub, 2016-cı ildə 11%-ə enib”.
Səyahət edən rusiyalıların sayının azalmasını turizm operatorları da vurğulayır. “Delfin” şirkəti bildirir ki, ildə bir neçə dəfə səyahət edən müştərilərinin sayı böhran dövründə 30-50% azalıb.