• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qış günəşi parlaqdır, amma isitmir

  • 05 Yanvar 2017
43
SHARES
FacebookTwitterPinterest

İsveçin Linköpinq şəhərində ilin ilk günü günəşliydi. Pəncərədən baxsan, deyərdin bəs yazdır. Amma çöldə şaxta vardı. Günəşli şaxta elə bahar illüziyalı qış kimidir. Bir növ pessimist ovqatlı adamın üzündəki optimist təbəssümə oxşayır…

İsa Qəmbərin İsveçə gəldiyini eşidəndə dedim mütləq gedib görüşməliyəm. Nə vaxt azlığı, nə yolun uzaqlığı bəhanə ola bilərdi. Başqa ölkələrə baxmayın, İsveçə hər deyəndə vətəndən belə qonaq gəlmir.

Bir-iki atüstü salam-sağolu nəzərə almasam, İsa bəylə son on ildə rahat söhbətimiz olmayıb. Həm də neçə vaxtdır ölkənin, xalqın – elə dünyanın da – bu günü, sabahı barədə pessimist duyğularımı bölüşməyə (izahlar almağa) adam gəzir, fürsət axtarırdım.

Onunla ünsiyyətdə olanlar bilir, İsa Qəmbər hər mövzuya intellektual baxışı olan maraqlı həmsöhbətdir, həm də “Yaxşı olacaq!” sözünə özü inanaraq inandırmağı bacaran siyasətçidir. Hər halda onu belə tanıyıram.

İstər axşam dostumuz Sərdar Ağayevin açdığı vətən qoxulu süfrə başında, istər hotelin ağzında bir siqaretlik zaman kəsiyində, istərsə də səhər “Waynes Coffee”nin sarışın gözəlinin dəmlədiyi qəhvəni içəndə xoş ovqata köklənən söhbətlərin içində girəvələyib məni rahat buraxmayan gümanlarımdan da söz salırdım. Vətənin stress dolu həyatından gəlmiş qonağı ağır mövzularla yükləməyin yaxşı iş olmadığını bilsəm də, belə söhbətə ehtiyacım vardı.

Nə idi söhbətin mövzuları? Bir-ikisini deyim, siz də bilin.

Ac qılınca çaparsa?.. Çoxdan proqnozlaşdırılan neft mənşəli iqtisadi böhranın doğurduğu kütləvi yoxsulluq fonunda toxların harınlığı “acların qiyamı”na fürsət yaradır. Bu gün görünən mənzərə budur.

Tanrı vətəni harın toxlara qızan acların qəzəbindən qorusun – dəhşətli sonucları olur belə qəzəbin.

Deyir bir dəfə parad vaxtı hərbi texnikanın keçidindən sonra zəhmətkeşləri nəzərdə tutan Stalin tribunada yanındakılardan birinə belə deyib: “İndi qoyunlar keçəcək”.

Seçicisi qaçqınlar olsa da qaçqınların seçmədiyi bir millət vəkilimiz dolanışıq ucbatından yad ellərə səpələnən adamlara “otxod” deyirsə, daha yüksək postlu dövlət adamlarının ürəyində hansı sözlər var görən!

Ümid Allaha qalarsa?.. Özünə güvəni itirən toplum nicatı kənar qüvvədə axtarır. Aclıq və səfalət dini fanatizmin çiçəklənmə mənbəyidir.

Rifah cəmiyyətlərində din ibrətamiz söz məcmusundan başqa bir şey deyil. Bir araşdırmada oxumuşdum ki, İsveç əhalisinin 35 faizi ateistdir. Öz kor-koranə müşahidəmlə isə görürəm ki, bu ölkədə aqnostiklər, yəni dinə şübhəylə yanaşanlar lap çoxdur.

Dində vətəndaş olmur!

Bizdə iqtisadi çöküşlə mənəvi aşınma fonunda dini xurafatın çiçəyi çırtlayıb.

İstanbulun gecə barında terror qurbanı xanım soydaşımızın ölümünə sosial şəbəkələrdə sərgilənən münasibət yalançı namus-qeyrət təəssübkeşliyi kimi ötəri bir hal deyil, dini radikal fikirlərin şüurlara total təsirinin parlaq nümayişidir. Bu, tək sosial şəbəkələrdə yox, elə küçə-bazarda, yol-rizdə, evlərdə də edilən söhbətdir, şübhəniz olmasın.

Görün bir vaxtlar sekulyar, tolerant olmuş Azərbaycan toplumu indi hansı durumdadır!

Regionda başlamış qlobal yüklü olaylar dövlətçiliyimizə təhdid deyilmi?.. Rusiyanın Putinləşdiyi, Türkiyənin Ərdoğanlaşdığı, Amerikanın Tramplaşdığı, Avropanın “Brexit”ləşdiyi zamanda Azərbaycanın öz milli sekulyar zəka kəsimindən savayı bir ümid yeri varmı? Toplumda “sekulyar zəka”nın çəkisi nə qədərdir? Bu çəki dünyanın indiki iqtisadi-siyasi-mənəvi çalxalanmasından Azərbaycanı salamat çıxarmağa yetərlidirmi?

Hələ nə qədər başqa söhbətlər vardı. Mövzuların üstündən çaparaq keçdik. İsa bəyin hər mövzuya optimist baxışı beynimin pessimist dumanını dağıtmağa cəhdlər idi. Onun söylədiklərini bura yazmıram, əvəzində jurnalist dostlara ipucu verirəm, onunla bu mövzularda maraqlı müsahibə edə bilərlər.

***

Qayıdanbaş maşının güzgüsündə gördüm ki, üzümdə qəribə bir hal var – bir suyu optimist təbəssümə oxşayırdı. Bilirsiniz, maşında güzgü geridə qalan yolu ömrün yaşanmış illəri kimi göstərir, amma sən qabağa baxırsan. Mən də qabağa baxırdım, qarşıda isə səhər günəşinin şəfəqləri yerdən çıxırmış kimi düz gözümə girirdi. Sanki içimin pessimist buzunu əritmək istəyirdi.

“Sizdə bu qədər optimizmin qaynağı haradır, İsa bəy?”

“Mənbəyi birdir, elə sizin pessimistliyiniz başlayan yerdir!”

Onun dünyamıza ümid dolu baxışları xoşuma gəldi. Şaxtanı isitməyə can atan qış günəşinə bənzəsə də…

Vahid Qazi

P.S. “Qonaq qonaq istəyər, ev yiyəsi hər ikisini” – atalar inciməsin, onların sözünü balaca redaktə etdim ki, İsa Qəmbərlə, Arzu Səmədbəyliylə görüş fürsəti yaratdığı üçün dostum Sərdar bəyə təşəkkür edim.

2017-ci ilin ilk məzənnələri

  • 05 Yanvar 2017

Mərkəzi Bankın 2017-ci il üçün pul siyasəti

  • 05 Yanvar 2017

Son materiallar

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

comments
ManşetTribunaYazarlar

“Xosrov və Şirin” yeni libasda

comments
ManşetTribunaYazarlar

Hazır olmalı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Niyə Rusiya-Çin əlaqələri demokratik ölkələri narahat edir?

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

Son materiallar

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

comments
ManşetTribunaYazarlar

“Xosrov və Şirin” yeni libasda

comments
ManşetTribunaYazarlar

Hazır olmalı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Niyə Rusiya-Çin əlaqələri demokratik ölkələri narahat edir?

comments
ManşetTribunaYazarlar

Yapışmaz damğa

comments
ManşetTribunaYazarlar

Qan içməyə şərait

comments
ManşetTribunaYazarlar

Hekayəmi İstanbulda xatırladım…

comments
ManşetTribunaYazarlar

İslahat şansı

comments
ManşetTribunaYazarlar

“Gör nə günlərə qaldın”ın sözlərinin həmmüəllifi kimdir?

comments
ManşetTribunaYazarlar

Yaralı ayı

comments
ManşetTribunaYazarlar

Büdcə cərrahiyyəsi

comments
ManşetTribunaYazarlar

Turist hara gəlsin?

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Makron Ukrayna ilə riskli oyun oynayır – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Dalandan çıxış

comments
Dünyanın səsiManşetTribunaXəbərYazarlar

Rusiya yıxılıb. Amma bu hələ son deyil – “Nyu-York Tayms”

comments
TribunaYazarlar

“Ah, bu sevgi əsdi-keçdi meh kimi!” (Lorkanın şeirləri)

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“Vladimir heç vaxt bunu bacarmayıb” – Həyat yoldaşının yazısı

comments
ManşetTribunaYazarlar

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

comments
ManşetTribunaYazarlar

Savaşdan sonra

comments
ManşetTribunaYazarlar

Rusiyanı nə dayandırar?

comments
ManşetTribunaYazarlar

Könlüm kiçik Kərbəladı… (Şeirlər)

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

comments
ManşetTribunaYazarlar

Axı necə olur?

comments
ManşetTribunaYazarlar

Başqa Rusiya

comments
ManşetTribunaYazarlar

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
ManşetTribunaYazarlar

Möcüzəsiz çarə

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda