Manata süni nəfəs
“Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb bankların dollara olan tələbatını süni şəkildə azaldır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə deyib. Ekspert düşünür ki, qurum bu yolla manata süni nəfəs verir: “Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon do...
Dubayda iqtisadi anlaşmalar oldu
Prezident İlham Əliyevin fevralın 2-si Dubayda bölgənin hakimi, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. AZƏRTAC-ın məlumatına gör...
Kənd Təsərrüfatı Nazirliyi: “101,5 kiloqramı banan məhv edilib”
Dövlət Fitosanitar Nəzarəti Xidməti ötən ay keyfiyyət göstəriciləri standartlara uyğun gəlməyən 105 min 17 kiloqram meyvə-tərəvəz məhsulunu dövriyyədən çıxararaq məhv edib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, məhv edilən məhsulun 101,5 kiloqramı banan meyvələri olub. Qurum bildirir ...
Əyriqarın qardaşı (ucqar havası)
İbrahimxəlil Xalq şairi Zəlimxan Yaqubun ölüm xəbərini mənə Kürüstündən şair Osman Əhmədoğlu xəbər verdi. O, telefonda elə ağlayırdı ki, sanki əsrlərin o üzündə Osmanlının süqutu xəbərini alan Sultan Səlim ağlayır… Amma bunu göz yaşları heç olmasa bircə yol göllənməyənlər bilməsə də olar…...
Mərkəzi Bank bir ildə 8 milyard 282 milyon 300 min dollar itirib
Fevralın 2-də Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarını açıqlayıb. Transparency.az xəbər verir ki, yanvarın 29-na olan hesabata görə, rəsmi valyuta ehtiyatları 4 milyard 398 milyon 500 min dollardır. Bu, 2015-ci il dekabrın 30-na olan hesabatla müqayisədə 618 milyon 200 min dollar azalma deməkdir. Öt...
Məhkəmədə insident: zala qaz buraxıldı VİDEO
Fevralın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist, ANN.TV-nin reportyoru Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin mühakimə prosesində insident baş verib. Nəticədə məhkəmə prosesi yarımçıq qalıb....
Parlamentdə uşaq əmizdirməyə icazə verildi
Avstraliyada qadın deputatlara parlamentdə uşaq əmizdirməyə icazə verilib. Novator.az xəbər verir ki, fevralın 2-də qəbul olunmuş yeni qaydaya görə, qadın deputatlar südəmər uşaqlarını parlamentə gətirə biləcəklər. Əvvəllər buna icazə verilmirdi. Yeni qayda siyasəti ailə mənafeyinə daha çox uyğunlaş...
Rusiyanın Ehtiyat Fondu bir ildə nə qədər əriyib?
Rusiyanın Ehtiyat Fondunda vəsait ötən illə müqayisədə 36,4% azalıb. Novator.az xəbər verir ki, Maliyyə Nazirliyinin 2 fevral hesabatında belə deyilir. 2016-cı ilin fevralın 1-nə Ehtiyat Fondunda 3 trilyon 737 milyard rubl olub. Dollarla hesablayanda illik itki 41,5% təşkil edib və fondun vəsaiti 49...
İqtisadi Azadlıq İndeksi açıqlanıb
2016-cı il üçün İqtisadi Azadlıq İndeksi açıqlanıb. İndeksi “Wall Street Journal” qəzeti və “Heritage” Fondu birgə hazırlayıb. Transparency.az xəbər verir ki, İqtisadi Azadlıq İndeksi 178 ölkəni əhatə edir. Azərbaycan bu siyahıda 91-ci yerdədir və qismən azad ölkə sayılır. İqtisadi cəhətdən ən azad ...
ABŞ-da ilkin seçkilər
ABŞ-da prezidentliyə iddiaçıların ilkin seçki yarışı Ayova ştatından başlayıb. Novator.az-ın məlumatına görə, fevralın 1-i Ayovada keçirilmiş ilkin seçkini respublikaçılardan senator Ted Kruz udub. Milyarder Donald Tramp və senator Marko Rubio ondan bir az geri qalıblar. Demokratlara gəlincə, sabiq ...
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2016-cı il planı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafikini təsdiqləyib. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevralı əha...
“WhatsApp” istifadəçilərinin sayı bir milyardı ötdü
“WhatsApp” mobil messencerinin istifadəçilərinin sayı bir milyardı ötüb. Novator.az xəbər verir ki, bunu “Facebook”un yaradıcısı Mark Suxerberq açıqlayıb. “WhatsApp” mobil messenceri “Facebook” sosial şəbəkəsinin əlavəsidir. Mark Suxerberq bildirib ki, hazırda “WhatsApp”dan bir milyard adam istifadə...
“Texnikabank”ın lisenziyası ləğv edildi
“Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. Qərarı Mərkəzi Bankın İdarə Heyəti fevralın 1-də çıxarıb. Rəsmi məlumata əsasən, “Texnikabank” məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, onun məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olub, ASC kreditorları qarşısında öhdəliklər...
Nazirliyə aparat rəhbəri təyin olunub
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev Aparat rəhbəri vəzifəsinə təyin olunub. Rəsmi təqdimatda bildirilir ki, Əli Abdullayev 1979-cu ildə anadan olub, Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib. 2001-...
Vergilər naziri şəmkirliləri dotasiyasız yaşamağa çağırıb
Vergilər naziri Fazil Məmmədov fevralın 1-i Şəmkir şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin təmsilçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştira...
Dollar ucuzlaşıb, avro bahalaşıb
Fevralın 2-də Mərkəzi Bank Azərbaycan manatının dollara məzənnəsini dəyişib. 100 ABŞ dolları 159 manat 72 qəpikdən 159 manat 40 qəpiyə düşüb. Transparency.az xəbər verir ki, 100 avro ötən günlə müqayisədə 173 manat 26 qəpikdən 174 manata qalxıb. 100 Rusiya rublu isə 2 manat 6 qəpiyə satılır.
Neftin qiyməti bir ildə nə qədər enib?
Dünya birjalarında neft yenə ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 2,18 dollar ucuzlaşaraq 30,91 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,25 dollar azalaraq 33,48 dollar olub. AZƏRTAC-ın 2 fevral məlumatına görə, “AzəriLayt” m...
İlin ən populyar adları açıqlanıb
2016-cı ilin ilk ayında Azərbaycanda doğulmuş uşaqlara ən çox hansı adların qoyulduğu bəlli olub. Transparency.az Ədliyyə Nazirliyinin saytına istinadla bildirir ki, oğlan adları içində ən populyar ad Yusif adıdır. Yanvar ayında doğulmuş 65 uşağa Yusif adı verilib. İkinci yerdə Hüseyn adı (50 uşaq),...
Ermənistana pul axını bir ildə 30 faiz azalıb
2015-ci ildə Rusiyadan Ermənistana şəxsi köçürmələr 36 faiz azalıb. Transparency.az xəbər verir ki, Ermənistanın Mərkəzi Bankı fevralın 1-də belə hesabat yayıb. İl ərzində köçürmələrin 518,29 milyon dollar azalaraq 915,9 milyon dollar olduğu bildirilir. Əvəzində Ermənistandan Rusiyaya pul vəsaiti ax...
Azadlıq təklifləri
“Azadlıq təklifləri” ilk dəfə 2007-ci ilin avqustunda “Azadlıq üçün təkliflər” adı altında işıq üzü görüb. “Azadlıq təklifləri”ndə müəllif azadlıq hüququnun genişləndirilməsi üçün imtiyazları kütləviləşdirmək, həbsdən mühakiməyə keçmək, günahların və günahlandırmaların sayını azaltmaq, qanunlara əmə...