Makedoniyada dekabrın 11-də keçirilmiş növbədənkənar parlament seçkisində iki rəqib partiya önə çıxıb. Novator.az-ın məlumatına görə, milli mühafizəkarları birləşdirən hakim Demokrat Partiyası 38%, müxalif Sosial Demokrat İttifaqı 36% səs yığıb. Hər iki partiyanın 123 yerlik parlamentdə 45-50 mandata sahib çıxacağı bildirilir.
Albanların birləşdiyi 4 müxtəlif partiyanın isə ümumilikdə 25 mandata sahib çıxmaq imkanı var. Seçkidə 11 partiya və koalisiya iştirak edib.
Makedoniyada parlament proporsional üsulla seçilir, seçki baryeri tətbiq olunmur.