• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhv olan ömür

  • 16 Mart 2016
  • comments
  • Redaktor
  • Posted in Tribuna

Dekabrın amansız soyuq küləyi onun yenicə ağarmağa başlamış saçlarını üzünə dağıdır, işini görməyə mane olurdu. “Çörək ağacı”ndan möhkəmcə yapışıb, buzun üstündəki zir-zibili ehmalca bir yerə toplayırdı. Ayağındakı ayaqqabı, nazik paltosu yeni olsa da, şaxtanın malı deyildi.

Elə uzaqdan tamaşa edirdim. Yaxınlaşmaq istəyir, lakin cəsarət tapa bilmirdim.

Birdən özü məni gördü. Gülümsədi… Üzündə ümid və qüssə qarışıq bir ifadə məskunlaşmışdı. Mənə doğru yaxınlaşsa da, heç nə demədi. Gülümsəyirdi…

Əslində, mən onu tanıyırdım. Otuz səkkiz yaşı var idi və dörd il əvvəl ərini itirib, iki övladı ilə dul qalmışdı. Bir neçə yerdə xadimə işləyirdi ki, uşaqlarına bir tikə çörək apara bilsin. Qayınatası, qayınanası da onunla birgə yaşayırdı. Bildiyimə görə, təhsil almağa həvəssiz deyildi. Lakin niyə oxumamışdı?!

Belə qadınları çox görmüşəm. Baxırsan, siyasətdən başı çıxır, mədəniyyətə dair, cüzi də olsa, biliyi var, bir neçə roman oxuyub, di gəl ki, belə… Gör, oxusa, nə olardı…

Sonralar mənə məlum oldu ki, orta məktəbi bitirən kimi sənədlərini ali təhsil müəssisələrindən birinə verib, özü də qəbul olunubmuş. Atası qızının təhsil almasına etirazını bildirməsə də, özündən iki yaş böyük qardaşı buna etiraz edib. Deyib ki: “Bacım paytaxta gedib oxuyacaqsa, onda gərək mən ölüm. Adamların üzünə necə baxaram? Nə oxumaqdı?!”

Məni bir şey maraqlandırır. Həmin o qardaş, görəsən, indi neyləyir? Bacısı onun-bunun ayağının altını süpürəndə, özündən mənəviyyatca çox-çox aşağı insanların evini silib-təmizləyəndə ölmür?!

Gülara Səlim

Ekspert Dövlət Neft Fondunun büdcəsini dəyişməyə ç...

  • 16 Mart 2016
  • comments

Neft üzüyuxarı getdi

  • 17 Mart 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda