• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Adi baxışlar

  • 09 Oktyabr 2015
  • comments
  • Redaktor
  • Posted in Tribuna

Adi yanaşmada çox böyük həyatilik olur.

Adi yanaşma ən realist yanaşmadı, ona görə də həyat duruş gətirə bilmək üçün belə yanaşmaya həmişə ehtiyac duyur. Həyat – adi yanaşmaların üstündə duruş gətirir. Qeyri-adi yanaşmalara həyat həmişə ehtiyatla, şübhəylə, çəkinə-çəkinə baxır, adi baxışlarısa özününkü kimi, doğması kimi qəbul eləyir.

Ancaq qeyri-adi baxışın bir sirri var: o, nə vaxtsa özünü həyata qəbul elətdirib kütləviləşə, yəni adiləşə bilər. Bugünkü adi baxışların arasında nə vaxtsa qeyri-adi olmuş baxışlar var. Adiləşməyi onların uğurudu, çünki adiləşməyi, kütləviləşməyi həyatın onları qəbul elədiyini göstərir. Qeyri-adi qalsaydılar, bu, həyatın onları qəbul eləyə bilmədiyini, onların həyata uyğun gəlmədiyini göstərərdi.

Qeyri-adi baxışın heç vaxt adiləşməməyi onu səhv baxış saymağa əsas verir. Burda bir başqa proses də var: adi baxış da nə vaxtsa səhv çıxa bilər. Onda həmin adi baxış qeyri-adiləşir. Qeyri-adinin adiləşməyi onun uğuru, adinin qeyri-adiləşməyi uğursuzluğudu.

Amma bütün hallarda adi yanaşma – adi olduğu vaxt uğur qazanmış sayılmalıdı.

Hansısa yanaşma qeyri-adi olduğu vaxt qalib deyil, adi olduğu vaxt qalibdi. Bütün adi yanaşmalar qalibdi. Hansısa yanaşma qeyri-adidisə, bu o deməkdi ki, həmin yanaşma adi yanaşmalarla mübarizə aparır; udsa, adiləşəcək, uduzsa, qeyri-adi qalacaq. Udsa, hansısa yanaşmanı qeyri-adiləşdirə biləcək və hansısa yanaşmanı qeyri-adiləşdirə bilməyi onun uğuru demək olacaq.

Bugünkü adi yanaşmalar nə vaxtsa qeyri-adiləşə bilər.

Bugünkü qeyri-adi yanaşmalar nə vaxtsa adiləşə bilər.

Adiləşib (qeyri-adi yanaşma) nə vaxtsa yenidən qeyri-adiləşə bilər.

Qeyri-adiləşib (adi yanaşma) nə vaxtsa yenidən adiləşə bilər.

Xoşbəxt o yanaşmadı ki, həmişə adi qalır.

Xoşbəxt o yanaşmadı ki, başlanğıcda qeyri-adi yanaşma kimi ortaya çıxır, tezcənə, həm də ağrı-acısız, qan-qadasız adiləşir və həmişəlik adi qalır.

Adiləşməyi qeyri-adinin xoşbəxtliyidi. Heç vaxt qeyri-adiləşməməyi adinin xoşbəxtliyidi.

Nə vaxtsa birdəfəlik adiləşəcək qeyri-adi yanaşmalar və heç vaxt qeyri-adiləşməyəcək adi yanaşmalar müdrik (dahiyanə) yanaşmalardı.

Nə vaxtsa qeyri-adi olmuş, indi adiləşmiş, bir də heç vaxt qeyri-adiləşməyəcək yanaşmalar düzgün yanaşmalardı.

Facebook-da yeni düymələr

  • 09 Oktyabr 2015
  • comments

Quba və Qusarın ucqar məntəqələrinə qar yağıb

  • 09 Oktyabr 2015
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda