Sosial
5 aprel qiyməti
Energetika Nazirliyinin 5 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 112,44 dollara satılır. Bu, büdcə qiymətindən 62,44 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, mar...
Azərbaycan banklarına sanksiya kölgəsi
Ukraynada işğalçı müharibə aparan Rusiya dünya birliyinin ağır iqtisadi sanksiyaları ilə üzləşib, o cümlədən ölkənin bir çox bankı asan vəsait köçürülməsi sistemindən (SWİFT) çıxarılıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, Rusiyanın bank-maliyyə sektoruna sanksiyaların, x...
İnflyasiyaya qarşı subsidiya
Nazirlər Kabinetinin 4 aprel qərarına görə, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan mikro, kiçik və orta sahibkarlar 2022-ci ildə verilmiş kreditlər üzrə faiz subsidiyası alacaq. Subsidiya 12 aydan çox olmayan müddətdə ödənmiş və ya ...
Maaşda dib, qiymətdə zirvə
Dövlət Statistika Komitəsinin hesabatına əsaslanan London İqtisadiyyat Məktəbinin professoru, ADR Partiyasının sədri Qubad İbadoğlu yaxın ölkələrin sosial durumunu müqayisə edib. Novator.az-ın məlumatına görə, o yazır ki, Azərbaycan maaş artımında autsayder, qiymət artımında liderlərdəndir. Rəsmi st...
Manatın xərci
Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-mart aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 624,4 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarın hərraclarında fonddan 727 milyon dollar, fevralın hərraclarında 371,2 milyon dollar, m...
Pul bazası necə dəyişib?
Mərkəzi Bank aprelin 1-nə pul bazasını 14 milyard 359,6 milyon manat göstərib. Novator.az bildirir ki, bu, yanvarın 1-i ilə müqayisədə 3 milyard 578 milyon manat azdır. 2022-ci il 17 milyard 937,6 milyon manatla başlamışdı. Pul bazasına dövriyyədəki pul vəsaitləri, habelə kommersiya banklarının Mərk...
Sərmayə qanunu gəlir
Milli Məclisə “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi daxil olub. Novator.az bildirir ki, prezidentin imzası ilə göndərilən layihəyə görə, qanun yerli və xarici investorların Azərbaycanda həyata keçirdiyi investisiya fəaliyyətinə şamil edilir. İnvestisiya fəaliyyəti sahəsində dövlət tənziml...
Nə qədər valyuta ehtiyatı var?
Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, aprelin 1-nə ehtiyatın həcmi 7 milyard 136,5 milyon dollar olub. 2022-ci il 7 milyard 75,4 milyon dollarla başlayıb. 2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, ilin...
Aprelin siftəsi, kvotası
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli aprel ayına 112,33 dollarla start verib. Bu, büdcə qiymətindən 62,33 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30 dollarla başlayıb. Nov...
Neftsiz ixracın üç lider məhsulu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmi hesabatına görə, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 461,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu göndərilib, ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz artıb. İxrac məhsullarının ilk üçlüyündə...
Qarabağın pulu hara gedir?
London İqtisadiyyat Məktəbinin professoru, ADR Partiyasının sədri Qubad İbadoğlu işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitlə bağlı şərh yayıb. Novator.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2021-ci il hesabatına əsaslanan Qubad İbadoğlu yazır ki, ərazilərin yenidən qurulması və ...
Valyutaların halı
Novator.az xarici valyutaların rəsmi məzənnələri üzrə arayışı diqqətə çatdırır. Mərkəzi Bank 2022-ci ilin ilk iş günü avroya 1,9191 manat qiymət qoyub, yanvarda ən yüksək kurs 1,9506 manat, fevralda 1,9494 manat, martda 1,9039 manat olub. Gürcüstan larisi 2022-ci ilə 0,5493 manatla başlayıb, yanvard...
Bakıda orta maaş və…
2022-ci il fevralın 1-nə Azərbaycan paytaxtında muzdlu işçılərin orta aylıq nominal əməkhaqqı 974,7 manat olub. Hesabatı Bakı Şəhər Statistika İdarəsi yayıb. Novator.az bildirir ki, rəsmi məlumat 2022-ci ilin yanvar-fevral aylarında paytaxt sənayesində istehsal və xidmətlərin həcmini 11,2 milyard ma...
Təbii qaz ehtiyatı üzrə lider ölkələr
Rəsmi statistikaya əsasən, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyard kubmetr təbii qaz çıxarılıb, 3,9 milyard kubmetr ixrac qeydə alınıb. Ölkənin isbat edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr göstərilir. Novator.az ABŞ-ın Enerji İnformasiyası Agentliyinə istinadla bildirir k...
Ukrayna müharibəsi dünyada qida çatışmazlığına gətirə bilər
Rusiyanın Ukraynada apardığı müharibə dünyada 13 milyona yaxın adamı qida çatışmazlığı problemi ilə üz-üzə qoya bilər. Novator.az-ın məlumatına görə, ABŞ dövlət katibinin müavini Vendi Şerman BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məruzəsinə istinad edərək belə deyib. Vendi Şerman bildirib k...
Azərbaycanın Avropa İttifaqına ixracı
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Avropa İttifaqına 3,8 milyard dollarlıq məhsul ixrac olunub. Novator.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadla bildirir ki, Danimarka, Xorvatiya, Slovakiya və Sloveniyaya hər hansı ixrac qeydə alınmayıb. İtaliya Azərbaycandan 3 milyard 73, 2...
30 mart qiyməti
Energetika Nazirliyinin 30 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 112,88 dollara satılır. Bu, büdcə qiymətindən 62,88 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, mar...
Neft bazarında durum, mümkün təhlükə
İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu neft bazarındakı durumu şərh edib. Novator.az-ın məlumatına görə, o yazır ki, martın 28-də Çinin kommersiya paytaxtı Şanxayda koronavirus pandemiyası ilə əlaqədar sərt karantin elan edildiyi üçün dünya bazarında neft 5 faizə qədər ucuzlaşıb. Çini...
Beynəlxalq yardım komissiyasının əsasnaməsi
Martın 28-də fərman imzalayan prezident İlham Əliyev Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında əsasnaməni təsdiqləyib. Nazirlər Kabinetinə Azərbaycan ərazisinə daxil olan humanitar yüklərin qəbulu, uçotu, təyinat yerinə çatdırılması, saxlanması, mühafizəsi və bölgüsü qaydalarını d...
Aylar üzrə ixrac-idxal
Novator.az Dövlət Gömrük Komitəsinin 2022-ci il üzrə ixrac və idxal hesabatına nəzər salıb. Yanvarda 3 milyard 86,6 milyon dollar, fevralda 2 milyard 881 milyon dollar dəyərində ixrac rəsmiləşib. İdxal göstəriciləri belədir: yanvar – 974,8 milyon dollar fevral – 997,6 milyon dollar.