Prezident İlham Əliyev mayın 2-si Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak edib. AZƏRTAC-ın arayışına görə, doqquzmərtəbəli 12 binada ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil var, kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub.
Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim edildiyi bildirilir.
Həmin gün dövlət başçısı Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışına da qatılıb.