Prezident İlham Əliyevin 12 avqust 2020-ci il sərəncamı ölkənin 24 yaşayış məntəqəsində əkin sahələrinin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı, əhalinin içməli suya tələbatının ödənməsi üçün 24 subartezian quyusunun qazılmasını nəzərdə tutub, dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.
Siyahıda Beyləqan rayonunun Mil, Milabad, Yeni Mil qəsəbələri də olub. Novator.az-ın məlumatına görə, həmin sərəncamı xatırladan iqtisadçı Rövşən Ağayev yazır ki, Mil, Milabad, Yeni Mil qəsəbələrindəki subartezian quyularının 200 min manata başa gəldiyi bildirilir: “Quyular 2020-ci ilin sonlarında vurulsa da, sakinlər onun suyunu hələ də görməyib. Təsəvvür edin ki, məktəb tikirsən, içərisində oxuyan yoxdur, yol çəkirsən, kimsə oradan faydalana bilmir. Çox qəribə idarəçilikdir. Adamlar yerli icra hakimiyyətlərindən əllərini çoxdan üzüblər. Görünür, heç Prezident Administrasiyasında da o binadan çıxan sərəncamların nəticələri izlənmir”.