Sosial
Bölgələrdən mesajlar
Prezident İlham Əliyev dekabrın 2-3-də bölgələrə səfər edib. O, dekabrın 2-si Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olub. Tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident deyib ki, sos...
Məzənnələr: nə dəyişib?
Dekabrın 5-də ABŞ dollarının rəsmi kursu dəyişməyib. Mərkəzi Bank dolları ötən həftənin son iş günündə olduğu kimi 1,7339 manata təklif edir. Xarici valyutaların bir çoxu isə ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avronun kursu 1,8516 manatdan 1,8297 manata, Rusiya rublunun kursu 0,0272 manatdan ...
Bank sektoru: yeni göstəricilər
Dekabrın 1-nə Mərkəzi Bankın 4 milyard 11 milyon ABŞ dolları həcmində valyuta ehtiyatı olub. Rəsmi hesabatda həmin dövrə pul bazasının həcmi 7 milyard 702,2 milyon manat göstərilir. Novator.az bildirir ki, bir ayda valyuta ehtiyatı 5,5 milyon dollar, pul bazası 253,3 milyon manat artıb. Noyabrın 1-n...
Problemli kreditlərin həcmi açıqlanıb
Dekabrın 2-də Mərkəzi Bank kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı il noyabrın 1-nə problemli kreditlərin həcmi 1 milyard 375,6 milyon manat olub. Bunun 743,3 milyon manatı xarici valyutada olan k...
43 sahibkara 400 min manat güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabrın 2-də Balakən rayonunda işgüzar forum keçirib. Rəsmi məlumata görə, tədbirdə Şəki-Zaqatala iqtisadi rayonundan 43 sahibkara 400 min manat güzəştli kredit verilib. Kreditlərin heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, çörək, s...
Dövlət Neft Fondu noyabr ayında 301,5 milyon dollar satıb
Dövlət Neft Fondu noyabr ayında keçirilmiş valyuta hərraclarında satdığı vəsaitin məbləğini açıqlayıb. Rəsmi hesabata görə, ötən ay hərraclarda fonddan 301,5 milyon dollar məbləğində vəsait alınıb. 2 ildir manat devalvasiyaya uğrayır. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə ABŞ dollarının rəs...
Büdcə komitələrdən keçib parlamentə getdi
2017-ci ilin dövlət büdcəsi layihəsinin parlament komitələrində müzakirəsi başa çatıb, sənəd plenar iclasa təqdim olunub. Son müzakirə dekabrın 2-də gənclər və idman, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, hüquq siyasəti və dövlət quruculuğu, regional məsələlər komitələrinin birgə ic...
Yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizlik fərmanı imzalanıb
Azərbaycan prezidenti tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlərə fərman verib. Novator.az-ın məlumatına görə, dövlət başçısı Nazirlər Kabinetinə şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin mərkə...
Azərbaycan neftinin qiyməti 55 dolları ötdü
Dekabrın 2-də Azərbaycan neftinin qiyməti 55 dolları ötüb. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli ötən günlə müqayisədə 3,47 dollar bahalaşaraq 55,11 dollara qalxıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 49,03 dollara, London birjasında “Brent” markalı neftin ...
Mərkəzi Bank xarici valyutaların kursunu qaldırıb
Mərkəzi Bank dekabrın 2-də xarici valyutaların bir çoxunu bahalaşdırıb (Məzənnələr). Novator.az-ın məlumatına görə, ABŞ dolları 1,7318 manatdan 1,7339 manata, avro 1,836 manatdan 1,8516 manata, Rusiya rublu 0,027 manatdan 0,0272 manata yüksəlib. Digər valyutaların rəsmi kursu belədir: 1 gürcü larisi...
Bu il 258 Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzil alıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ucar rayonunda 6 fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib. Dekabrın 1-də yayılan rəsmi məlumatda qeyd olunur ki, dövlət başçısının 20 iyun 2014-cü il sərəncamını icra edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il 30-da...
Azərbaycanın Energetika Nazirliyi OPEK-in qərarını dəstəklədi
“Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir”. Energetika naziri Natiq Əliyev belə deyib. Novator.az bildirir ki, nazirliyin rəsmi məlumatına görə, Natiq Əliyev OPEK-in noyabrın 30-u Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdi...
Yarmarka: 41 nəfər iş tapdı
Dekabrın 1-i Ağstafa rayonunda əmək yarmarkası keçirilib. Tədbirdə 29 müəssisə və təşkilat vətəndaşlara 197 boş iş yeri təklif edib. AZƏRTAC xəbər verir ki, işəgötürən idarə və təşkilatların nümayəndələri vətəndaşlara təklif etdikləri yeni iş yerləri üçün 120 manatdan 720 manatadək əməkhaqqı veriləc...
Avro və rublun məzənnəsi dəyişib
Dekabrın 1-də ABŞ dollarının rəsmi kursu dəyişməyib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank dolları ötən gün olduğu kimi 1,7318 manata təklif edir. Avronun məzənnəsi 1,8417 manatdan 1,836 manata düşüb, Rusiya rublunun qiyməti isə 0,0266 manatdan 0,027 manata qalxıb (Məzənnələr).
Hasilatın azaldılmasına qərar verildi, neft bahalaşdı
Aparıcı neft ölkələrini birləşdirən OPEK-in Vyana konfransında hasilatın azaldılması barədə qərar qəbul olunub. Qərara görə, 2017-ci il yanvarın 1-dən gündəlik hasilat 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə düşəcək. Novator.az bildirir ki, noyabrın 30-da əldə olunan razılaşmaya əsasən, Sə...
Tarif Şurası hesablamanı necə aparmalıydı?
İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının işığın qiyməti ilə bağlı qərarını şərh edib. 2016-cı il dekabrın 1-dən elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün 7 qəpik səviyyəsində saxlanıb, aylıq istehlak həcminin...
Büdcə parlament komitələrində müzakirə olunub
Noyabrın 30-u Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda 2017-ci ilin döv...
10 ayda Ermənistanın xarici ticarəti 6,1% artıb
2016-cı ilin yanvar-oktyabr aylarında Ermənistanın xarici ticarət dövriyyəsi 2015-in eyni dövrü ilə müqayisədə 6,1% artaraq 4 milyard 67 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Milli Statistika Xidməti bildirir ki, 10 ayda Ermənistanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,8% a...
Mərkəzi Bank dollarla avronu bahalaşdırıb
Noyabrın 30-da Mərkəzi Bank ABŞ dollarını yenidən bahalaşdırıb. Novator.az-ın məlumatına görə, dolların kursu 1,7246 manatdan 1,7318 manata yüksəlib. Bu, 2016-cı ildə qeydə alınmış ən yuxarı rəsmi qiymətdir. Digər valyutaların məzənnələrinə gəlincə, ötən gün 1,8278 manata təklif olunmuş avro 1,8417 ...
İcbari tibbi sığortanın tətbiqinə başlandı
Prezident İlham Əliyev icbari tibbi sığorta sisteminin tətbiqi barədə fərman imzalayıb. Novator.az-ın məlumatına görə, noyabrın 29-da verilən fərman icbari tibbi sığortanın Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində pilot layihə olaraq tətbiqini nəzərdə tutur. Mingəçevir şəhərini...