Sosial
Ötən il Azərbaycana nə qədər turist gəlib?
Mədəniyyət və Turizm Nazirliyi turizm statistikası açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artaraq 2 milyon 691 min 998 nəfər olub. Turistlərin 853 min 82 nəfəri Rusiya, 537 min 710...
Bankların nə qədər pulu var?
Maliyyə Bazarlarına Nəzarət Palatası yeni göstəricilər açıqlayıb. Hesabata görə, 30 noyabr 2017-ci ilə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26 milyard 393,9 milyon manat, cəmi öhdəlikləri isə 23 milyard 255 milyon manat olub. Əhalinin əmanətləri 7 milyard 346,6 milyon manat göstə...
Peşə hazırlığı: illik hesabat yayılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci ildə əvvəlki illə müqayisədə 5,6 faiz çox olmaqla 3911 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Rəsmi hesabata görə, 3561 nəfər (o cümlədən əlilliyi olan 82 şəxs) üçün Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə...
Həm yüksəliş, həm eniş, həm sabitlik
Mərkəzi Bank yanvarın 8-də Rusiya rublunun məzənnəsini 0,0299 manata qaldırıb. Gürcü larisi (0,6566 manat) və türk lirəsi də (0,455) bahalaşıb. Novator.az-ın məlumatına görə, avro 2,0445 manata düşüb. ABŞ dolları isə yenə banklara 1,7001 manata təklif olunur. Bu rəsmi kurs 2017-ci il dekabrın 13-dən...
Nazirliyə müraciət statistikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 çağrı mərkəzləri 2017-ci ilin dekabr ayında 17362 müraciəti cavablandırıb. Müraciətlər sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya siste...
Azərbaycan nefti üçillik rekordu təzələyib
Azərbaycan neftinin qiyməti son üç ilin maksimumuna çatıb. AZƏRTAC belə xəbər verir. Yanvarın 5-də “AzəriLayt” markalı neftin bir barreli 70,54 dollara satılır. Bu, son 3 il 1 ayda qeydə alınan ən yüksək göstəricidir. “AzəriLayt”ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 5-də 70,60 dollara satı...
Məzənnə yenilikləri
Yanvarın 5-də bir çox xarici valyuta bahalaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronu 2,0527 manata, Rusiya rublunu 0,0298 manata, türk lirəsini 0,4534 manata qaldırıb. Gürcü larisinin rəsmi kursu 0,6564 manata düşüb. ABŞ dolları isə yenə 1,7001 manata satılır. Bu rəsmi məzənnə 2017-ci ...
Nazirliyin illik hesabatı
Kənd Təsərrüfatı Nazirliyi 2017-ci ilin bitkiçilik nailiyyətləri ilə bağlı rəsmi məlumat yayıb. Açıqlamada qeyd olunur ki, 2017-ci ilin məhsulu üçün 1665,7 min hektar (çoxillik əkmələrsiz) sahə əkin altında istifadə edilib: “Əkin sahələrinin 58,6 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bit...
Neft büdcə qiymətindən nə qədər baha satılır?
Azərbaycan nefti yenə bahalaşıb. AZƏRTAC-ın 5 yanvar məlumatına görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 70,54 dollara yüksəlib. London birjasında “Brent” markalı neftin bir barreli 68,01 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 61,95 dollara satılır. Azərbaycanı...
Ermənistanda illik inflyasiya 0,8%-dir
Ermənistanın iqtisadi göstəriciləri açıqlanıb. Novator.az-ın məlumatına görə, Milli Statistika Xidməti 2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatının 2016-cı ilin 11 ayı ilə müqayisədə 7,3% yüksəldiyini bəyan edib. Artımın əsasən ticarət, xidmət sahələri və sənaye məhsulu istehsalı hesab...
Ötən il 5214 sabiq məhbus müavinət alıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci ildə penitensiar müəssisələrdən azad edilmiş 5214 nəfərə birdəfəlik müavinət ödəyib. Bu təbəqədən olan şəxslərə minimum əməkhaqqının 4 misli qədər birdəfəlik müavinət verilir. Minimum aylıq əməkhaqqının 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən e...
2018-ci ilin ilk məzənnələri
Mərkəzi Bank 2018-ci ilin ilk məzənnələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, yanvarın 4-də ABŞ dolları 1,7001 manata təklif olunur. Bu rəsmi məzənnə 2017-ci il dekabrın 13-dən qüvvədədir. Türk lirəsinin banklara satış qiyməti 0,4495 manata enib. Digər valyutalar isə bahalaşıb. Avro 2,0431 m...
Neft 70 dolların qapısını döyür
Yanvarın 4-də “AzəriLayt” markalı neftin bir barreli 1,30 dollar bahalaşaraq 69,89 dollara qalxıb. AZƏRTAC xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barreli 68,17 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 62,15 dollara satılır. Azərbaycanın 2018-ci il büdcəsin...
“Dəmirbank”dakı əmanətlər nə vaxt qaytarılacaq?
Əmanətlərin Sığortalanması Fondu açıqlama yayıb. Qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il qərarı ilə “Dəmirbank” ASC-nin lisenziyası ləğv edilib: “Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə ...
Ən zəngin ölkələr
Beynəlxalq Valyuta Fondu adambaşına ümumi daxili məhsula (ÜDM) görə reytinq açıqlayıb. “Turan” xəbər verir ki, 2017-ci il üzrə hesabatda Qətər liderdir. Bu ölkədə adambaşına ÜDM 124 min 930 dollardır. Lüksemburq adambaşına ÜDM reytinqində 109 min 190 dollarla ikinci yeri tutur. Sinqapur üçüncüdür: 9...
“Yanardağ”da tapşırıq
Prezident İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib. 21 min nəfər əhalinin yaşadığı yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-...
Rusiyada ən aşağı maaş 280 manat olur
Rusiya prezidenti minimum əməkhaqqı ilə bağlı qanun imzalayıb. Novator.az-ın məlumatına görə, qanun 2018-ci il yanvarın 1-dən minimum əməkhaqqını 9 min 489 rubla (279,9 manat) yüksəldir. İndi Rusiyada minimum əməkhaqqı 7 min 800 rubldur (230,1 manat). Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği ...
42,6 milyard dollarlıq ehtiyat var (Mərkəzi Bankın bəyanatı)
Mərkəzi Bank 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Bəyanatda deyilir: “Son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyyə balansı tarazlaşıb, valy...
2018-in iş və istirahət təqvimi
2018-ci ildə 241 iş günü var. Təqvimdə 19 bayram günü, 104 şənbə-bazar, iş günü sayılmayan 1 səsvermə günü rəsmiləşib. Yanvarda 20 iş günü var. 3 gün bayramdır, 8 gün şənbə-bazara düşür. Fevralda 8 şənbə-bazar günü, 20 iş günü var. Marta 6 bayram günü, 9 şənbə-bazar günü, 16 iş günü düşür. Aprelin 2...
Dolların 12 ayı
Novator.az ABŞ dollarının rəsmi məzənnəsinin 2017-ci ildə necə dəyişməsinə nəzər salıb. 2017-ci ildə dollar 1,7707 manatla start götürüb. 12 ayda Mərkəzi Bank ABŞ dollarını 7,06 qəpik ucuzlaşdırıb. İl ərzində ən aşağı qiymət 6-13 dekabr arası qeydə alınıb: 1,7 manat. Ən yuxarı rəsmi qiymət yanvarda ...