Sosial
Rusiyanın maaş kapitanları
Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi 2017-ci ilin ilk 6 ayı üzrə ən yüksək maaşları açıqlayıb. Novator.az-ın məlumatına görə, siyahının başında aylıq 500 min rubl maaşla okean gəmisi kapitanı dayanır. Ən yüksək maaşlı işçilər siyahısında ikinci yeri təyyarə kapitanı tutur. Bu işdə aylıq əməkha...
Dollar illik minimuma gedir
Sentyabrın 26-da Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib. Hərracda ABŞ dollarının məzənnəsi 1,7002 manat səviyyəsində formalaşıb. Novator.az bildirir ki, bu, sentyabr ayının və 2017-ci ilin ən aşağı göstəricisidir. Sentyabr 1,701 manatla başlayıb, ayın 6-da kurs 1,7009 mana...
Qiymətlər hərracda yüksəldi
Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 26-da özəlləşdirmə hərracı keçirib. Rəsmi məlumata görə, paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin start qiyməti 7 min 500 manat olub, sonda əmlak 12 min 200 manata özəlləşdirilib. Özəlləşdirilməyə çıxarılan “Toyota Land Cruiser GX” markal...
Jurnalist tətilinin tələbləri
Yunanıstanda bütün KİV sentyabrın 26-da həmkarlar qurumlarının qərarı ilə 24 saatlıq tətilə çıxıb. Novator.az-ın məlumatına görə, tətil əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarını qorumaq tələbi ilə keçirilir. Səhər saat 6-dan radio və televiziyada xəbər...
Naxçıvanda 344 növ məhsula tələbat yerli istehsal hesabına ödənir
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 2017-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 31 yeni hüquqi şəxs qeydiyyata alınıb. İlin əvvəlindən bəri Sahibkarlığa Kömək Fondu 14 layihəni maliyyələşdirib, 389 min 600 manat həcmində kredit verilib....
“İş yerinə dair arayış” arayış lideridir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İş yerinə dair arayış” elektron xidməti ilə bağlı hesabat yayıb. Xidmət vətəndaşlara işəgötürənlərinə müraciətsiz və istənilən vaxt elektron qaydada öz iş yerləri haqqında arayış almaq imkanı verir. Rəsmi hesabata görə, ötən ay “İş yerinə dair arayış” e-x...
Məzənnələrdə nə yenilik var?
Rusiya rublu sentyabrın 26-da yenidən bahalaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank rublun məzənnəsini 0,0295 manatdan 0,0296 manata qaldırıb. Gürcü larisinin rəsmi məzənnəsində də artım var. ABŞ dollarının rəsmi kursu 1,7008 manat səviyyəsində qalıb, bir çox valyutada, o cümlədən avroda uc...
Azərbaycan neftinin qiyməti 60 dolları ötüb
Sentyabrın 26-sı Nyu-York birjasında “Layt” markalı neftin barreli 52,29 dollara, London birjasında “Brent” markalı neftin barreli 59,22 dollara satılır. “AzəriLayt” markalı neftin barreli isə 60,51 dollara təklif olunur. Azərbaycanın 2017-ci il büdcəsində neftin qiyməti 40 dollar hesablanıb. Novato...
Qırğızıstanda orta maaş nə qədərdir?
2017-ci ilin yanvar-iyul aylarında Qırğızıstanda orta əməkhaqqı ötən ilin 7 ayı ilə müqayisədə 6,2% artaraq 14777 soma (365 manat) çatıb. Novator.az-ın məlumatına görə, Milli Statistika Komitəsi belə açıqlama yayıb. Rəsmi hesabatda 2016-cı ilin sonuna Qırğızıstanda orta əməkhaqqı 14 min som (346 man...
Ərzaq məhsulları ilə bağlı yeni çağırış
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti 2018-ci il üçün satın alan təşkilatların ərzaq məhsullarına olan tələbatının həcmini müəyyən edib. ASC-nin mətbuat xidmətinin məlumatına əsasən, qurum satın alan təşkilatları (uşaq bağçaları, xüsusi təmayüllü təhsil müəssisələri, xəs...
Bu dəfə rubl dəyər artırıb
Sentyabrın 25-də Mərkəzi Bank Rusiya rublunun məzənnəsini 0,0294 manatdan 0,0295 manata qaldırıb. Novator.az-ın məlumatına görə, avro ucuzlaşıb. Ötən həftənin son iş günü 2,0342 manata təklif olunmuş avroya indi 2,0296 manat qiymət qoyulub. ABŞ dollarının rəsmi kursu isə dəyişməyib: 1,7008 manat (Mə...
Prezidentin yeni vədləri
Prezident İlham Əliyev sentyabrın 24-ü Neftçala və Salyanda sosial-iqtisadi məsələlərlə bağlı yeni vədlər verib. Neftçala Sənaye Məhəlləsinin açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşündə dövlət başçısı ölkədə sənayeləşmə siyasətinin uğurla aparıldığını deyib: “Bizim iri sənaye mərkəzlər...
Neftçalada açılışlar
Sentyabrın 24-də prezident İlham Əliyev Neftçala rayonuna səfər edib. Öncə dövlət başçısı Neftçala Sənaye Məhəlləsinin açılışına qatılıb. Sənaye məhəlləsində 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət gö...
Nazirin qəbulunda
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sentyabrın 22-si Ağcabədidə həmin rayonun və Bərdə, Tərtər, Ağdam, Laçın rayonlarının sakinlərini qəbul edib. Rəsmi məlumata görə, müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidm...
Prezident Balaxanı Sənaye Parkına baş çəkib
Sentyabrın 22-də prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı sənaye müəssisələri ilə tanış olub, sonra bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna baş çəkib.
Dollar bahalaşıb başqalarını da yuxarı çəkdi
ABŞ dollarının rəsmi məzənnəsi bir həftə aradan sonra dəyişib. Novator.az-ın məlumatına görə, sentyabrın 22-də Mərkəzi Bank dolların satış qiymətini 1,7007 manatdan 1,7008 manata qaldırıb. Əvvəlki qiymət sentyabrın 15-dən qüvvədə idi. Avro, gürcü larisi, Rusiya rublu və türk lirəsi də bahalaşıb: 1 a...
Büdcə zərfi prezidentə ötürüldü
Nazirlər Kabinetində 2018-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycanın 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, habelə büdcə zərfinə daxil olan normativ hüquqi sənədlərin ...
Şamaxıda sahibkarlara kreditlər verildi
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 21-i Şamaxı rayonunda işgüzar forum keçirib. Forumda Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 277 min manat güzəştli kredit verilib. Kreditlərin əsasən heyvandarlıq və əkinçilik sahələrinin inkişafına y...
Yoxlamaların dayandırılma müddəti uzadılacaq
2015-ci il oktyabrın 20-də sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanun qəbul edilib. Novator.az xatırladır ki, qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamalar həmin il noyabrın 1-dən 2 il müddətinə dayandırılıb. Vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövləti...
Bu il Azərbaycanda doğulanların 53 faizi oğlandır
2017-ci ildə Azərbaycan əhalisinin sayı 48 min 879 nəfər (0,5 faiz) artaraq avqustun 1-nə 9 milyon 858 min 860 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakini, 49,9 faizi kişi, 50,1 faizi qadındır. Hər 1000 kişiyə 100...