• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirin qəbulunda

  • 22 Sentyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sentyabrın 22-si Ağcabədidə həmin rayonun və Bərdə, Tərtər, Ağdam, Laçın rayonlarının sakinlərini qəbul edib.

Rəsmi məlumata görə, müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya və sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi məsələləri ilə bağlı olub.

Müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin həlli ilə əlaqədar konkret tədbirlər görülüb. İşlə təmin edilmək üçün müraciət edən şəxslərin, eləcə də onların ailə üzvlərinin məşğulluq məsələsi həllini tapıb. Onlara yaşadıqları ərazi üzrə vakant iş yerləri təklif edilib və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib.

Ayrı-ayrı vətəndaşlar müraciətlərinə uyğun olaraq nazirliyin reabilitasiya müəssisələrinə bərpa-müalicəsinə qəbul edilmələri, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları, aktiv əmək bazarı proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar. 2 nəfər əlilliyi olan şəxsə isə ehtiyacı nəzərə alınmaqla əlil arabası verilib.

İmtiyazlı şəxslərin mənzillə təminatına dair müraciətləri cavablandıran Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2015-2016-cı illərdə və bu ilin ötən dövründə 610 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib: “Həmçinin həmin dövrdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarında bu təbəqələrdən olan vətəndaşlar üçün 60-a yaxın fərdi yaşayış evinin tikintisi aparılıb, 43 ev istifadəyə verilib. Qalan evlərin tikintisi işləri yaxın günlərdə tamamlanacaq və onlar da Qarabağ müharibəsi əlili və şəhid ailələrinə təqdim olunacaq”.

Vətəndaşlarla görüşündə Müslümov aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini, nazirliyin məşğulluq orqanları vasitəsilə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın rayonları üzrə bu ilin 8 ayında ümumilikdə 1500 nəfərin münasib iş yerləri ilə təmin olunduğunu, 60 nəfərin peşə hazırlığına cəlb edildiyini bildirib: “Bununla yanaşı həmin rayonlar üzrə 100 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub və artıq onların hər birinə fərdi təsərrüfatlarını, özlərinin və ailə üzvlərinin məşğulluqlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib.

Nazir məşğulluq imkanlarının artmasının göstəricisi kimi Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın rayonları üzrə məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayının ötən ilin müvafiq dövrünə nisbətən cari ilin 8 ayında 43,3 faiz azaldığını diqqətə çatdırıb.

Parisdə erməni bayrağı endirilib

  • 22 Sentyabr 2017
  • comments

İran yeni ballistik raketini üzə çıxardı

  • 22 Sentyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Bölgə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda