Siyasət
Konstitusiya Məhkəməsi Kataloniya separatçılarının qətnaməsini ləğv etdi
İspaniyanın Konstitusiya Məhkəməsi dekabrın 2-də Kataloniya parlamentinin müstəqillik barədə qətnaməsini ləğv edib. Novator.az xəbər verir ki, qərar İspaniya hökumətinin vəsatəti əsasında qəbul olunub. Bu il noyabrın 9-da Kataloniya Muxtar Vilayətinin parlamenti bölgədə respublika qismində müstəqil ...
Putin öz maaşının azaldılması barədə qərarı qüvvədə saxladı
Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də fərman imzalayaraq öz maaşının 10% azaldılması qərarının müddətini uzadıb. Novator.az xəbər verir ki, baş nazirin, Prezident Administrasiyasında, Hesablama Palatası və hökumət aparatlarında çalışan məmurların maaşının 10% azaldılması qərarı da qüvvədə q...
Hansı ölkədə büdcə gəliri daha çoxdur?
Dövlət büdcəsinin gəliri hansı ölkədə daha çoxdur? Transparency.az 2015-ci ilin göstəricilərinə əsasən bildirir ki, birinci yerdə gedən ABŞ-da dövlət büdcəsinin gəliri 3 trilyon 29,7 milyard dollar nəzərdə tutulub. Çində büdcə gəliri 2 trilyon 285 milyard dollar proqnozlaşdırılıb. İlk 10-luqdakı dig...
Rusiyada dövlət büdcəsinin gəlirləri 207,340 milyard dollar nəzərdə tutulur
Dekabrın 2-də Rusiya Dövlət Duması 2016-cı ilin büdcə layihəsini ikinci oxunuşda qəbul edib. Transparency.az bildirir ki, layihədə dövlət büdcəsinin gəlirləri 13,738 (207,340 milyard dollar) trilyon rubl, xərcləri 16,098 trilyon rubl göstərilir. Ümumi daxili məhsulun 3 faizi həcmində və ya 2,36 tril...
Yerevanda referendum əleyhinə oturaq aksiya keçirilir
Ermənistanın paytaxtı Yerevanda bir qrup müxalifin dekabrın 1-dən keçirdiyi oturaq aksiya gecə insidentsiz ötüşüb. Transparency.az xəbər verir ki, aksiyanı “Yeni Ermənistan” birliyi keçirir. Gecəni paytaxtın Azadlıq meydanında keçirən aksiyaçılar arasında müxalifət liderləri Jirayr Sefilyan və Armen...
“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
Prezident İlham Əliyev dekabrın 1-də Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib. Məlumata görə, 8 mərtəbəli, 300 çarpayılıq xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir, 130 həkim, 467 orta və kiçik tibb işçisi çalışır. İlham Əliyev xəstəxananın kollektivi və Naxçıvan icti...
Prezident İlham Əliyev Naxçıvana gedib
Dekabrın 1-də prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib. Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb. Prezident Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb. AZƏRTAC xəbər veri...
Milli Məclisin komitələri (Üzvlərin siyahısı)
Parlamentin 1 dekabr iclasında Milli Məclisin komitə üzvləri seçilib. Transparency.az siyahını təqdim edir: Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Fəzail Ağamalı Rafael Cəbrayılov Sabir Hacıyev Qüdrət Həsənquliyev Vüsal Hüseynov Çingiz Qənizadə Azay Quliyev Elşən Musayev Madər Musayev Müdafiə,...
Sorğu: 200 ilin ən nüfuzlu qadınları seçilib
Böyük Britaniyanın sabiq baş naziri, “dəmir ledi” kimi tanınan Marqaret Tetçer dünya tarixində son 200 ilin ən nüfuzlu qadını hesab olunub. Novator.az xəbər verir ki, “Scottish Widows” sərmayə şirkətinin sifarişi ilə aparılan sorğunun dekabrın 1-də açıqlanan nəticələrində belə deyilir. Yaradılmasını...
Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulmalıdırmı?
Belarus lideri Aleksandr Lukaşenko noyabrın 28-də Minskə səfər edən prezident İlham Əliyevə deyib ki, ölkəsi Azərbaycanın Avrasiya İqtisadi İttifaqında maraqlarının təmin olunmasına kömək etməyə hazırdır. Bu sözləri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına rəsmi dəvəti kimi dəyərləndirmək olarmı? A...
İran səfirliyi Nardaranla əlaqədar bəyanat verib
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Bakının Nardaran qəsəbəsində baş verən hadisələrlə əlaqədar bu ölkənin adının hallandırılmasına etiraz olaraq bəyanat yayıb. Bəyanatda deyilir: “Təəssüflər olsun ki, bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən Nardaran hadisələrinin ardın...
Hakimlər qarşısında sərt tələblər qoyuldu
Şəki Məhkəmə Kompleksində Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə regional müşavirə keçirilib. Transparency.az Ədliyyə Nazirliyinin 30 noyabr məlumatına istinadla bildirir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri, Ali Məhkəmənin, Şəki, Şirvan, Gəncə apellyasi...
Türkiyənin ən çox mal ixrac etdiyi ölkələrin siyahısı
Türkiyə Statistika İnstitutu ixrac göstəriciləri ilə bağlı yeni hesabat yayıb. Novator.az xəbər verir ki, hesabata görə, Türkiyənin ən çox mal ixrac etdiyi ölkə Almaniyadır. İkinci yerdə Böyük Britaniya, üçüncü yerdə İraq dayanır. İtaliya dördüncü, İsveçrə beşinci, Fransa altıncı, ABŞ yeddinci, İspa...
Rusiyada daha iki xarici QHT-yə qadağa qoyuldu
Rusiya Baş Prokurorluğu ölkədə daha iki xarici qeyri-hökumət təşkilatının fəaliyyətini arzuolunmaz sayıb. Novator.az xəbər verir ki, Baş Prokurorluğun rəsmisi Marina Qridneva noyabrın 30-da belə açıqlama verib. Qridnevanın sözlərinə görə, qara siyahıya Açıq Cəmiyyət Fondu (Open Society Foundations) ...
Rusiya-Türkiyə iqtisadi müharibəsində kim uduzacaq?
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirləri nəzərdə tutan 28 noyabr fərmanını şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edib ki, fərmanın icrası iki ölkə arasınd...
Tehranda İran-Azərbaycan müzakirələri
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri noyabrın 28-i İranda səfərdə olub, bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak ediblər. Rəsmi məlumata görə, konfransda İranın neft naziri Bijən Zəngənə, İran prezidentinin hüquqi məsələl...
Belarus səfərində nələr olub?
Noyabrın 28-i Minskdə 4 Azərbaycan-Belarus sənədi imzalanıb: Azərbaycan Respublikasının prezidenti ilə Belarus Respublikası prezidentinin birgə bəyannaməsi; Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə; Azərbaycan Respublikasını...
İlham Əliyev Türkiyə-Rusiya gərginliyinə münasibət bildirib
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev noyabrın 27-də Bakıya gələn Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İlham Əliyev Mövlud Çavuşoğlunu xarici işlər naziri vəzifəsinə təyin olunmağı münasibətilə təbrik edib: “Çox şadam ...
Ermənilər Dağlıq Qarabağ üçün 10 milyon dollardan çox yardım yığdılar
Dünya ermənilərini birləşdirən “Ayastan” fondu noyabrın 26-da ənənəvi telemarafon keçirib. Transparency.az xəbər verir ki, 12 saatlıq telemarafonda 10 milyon 378 min 465 dollar toplanıb. Vəsaitin böyük bir hissəsi işğal altında olan Azərbaycan torpağı Dağlıq Qarabağda çoxuşaqlı ailələrə ev tikilməsi...
İlham Əliyev: “İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir”
Noyabrın 26-sı Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının sessiyasında çıxış edən prezident İlham Əliyev Qarabağ məsələsindən söz açıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir öz həllini tapmır. Uzun illərdir Azərbaycan erməni işğalından əzi...