Siyasət
Seçki bitdi, qaliblər bəlli oldu
Mərkəzi Seçki Komissiyası noyabrın 1-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrini açıqlayıb (Lider namizədlər). 125 seçki dairəsində deputat mandatı uğrunda 767 namizəd mübarizə aparıb. Seçkidə 22 siyasi partiya iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub, 5 milyon 198 min ...
Türkiyədə hakim partiya hökumət qurmaq hüququ qazandı
Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisi hakim Ədalət və İnkişaf Partiyasının inamlı qələbəsi ilə başa çatıb. Transparency.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyası 550 yerlik parlamentdə 316 mandat əldə edərək təkbaşına hökumət qurmaq hüququ qazanıb. Parlamentə düşən digər partiyal...
Ramiz Mehdiyev: “Marionetka statusu istisna edilir”
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Dünya nizamından “nizamsızlığa” doğru” məqaləsini yayıb. Transparency.az-ın məlumatına görə, Ramiz Mehdiyev yazır ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafda sıçray...
Moldova parlamenti baş naziri istefaya göndərdi
Oktyabrın 29-da Moldova parlamenti baş nazir Valeri Streletsə etimadsızlıq göstərib. Novator.az xəbər verir ki, baş naziri istefaya göndərmək üçün 51 səs lazım olub, amma qərar layihəsini daha çox deputat – 65 nəfər dəstəkləyib. Sentyabrın 25-dən paytaxt Kişinyovda hökumət əleyhinə davamlı mitinq və...
Dünyada 60 milyon adam məcburi köçkündür
Dünyada 60 milyona yaxın adam müxtəlif səbəblərdən daimi yaşayış yerini tərk etməyə məcbur olub. Novator.az xəbər verir ki, bunu BMT-nin Qafqaz, Mərkəzi Asiya və Ukrayna üzrə humanitar məsələləri koordinasiya edən regional ofisinin rəhbəri Marsel Vassen açıqlayıb. Oktyabrın 29-da Moskvada keçirilən ...
Avropa İttifaqının Belarus sanksiyaları dayandırıldı
Avropa İttifaqı Belarusun 170 vətəndaşına sanksiyaları dörd aylığa dayandırıb. Novator.az xəbər verir ki, qərar 3 hüquqi şəxsə də şamil olunub. Bir neçə ildir tətbiq olunan sanksiyalar Belarusda demokratiyanın boğulmasına görə məsuliyyət daşıyan hakimiyyət mənsublarının Avropa İttifaqının 28 ölkəsin...
Prezident: “Paxıllar uğurlarımızı neftlə bağlayırdılar”
“Bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk”. AZƏRTAC-ın məlumatına görə, oktyabrın 28-i Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında ç...
Müsavat seçkidən çıxdı
Müsavat Partiyasının Divanı oktyabrın 28-də növbədənkənar iclas keçirərək 1 noyabr parlament seçkisi ilə bağlı yekun qərar verib. Transparency.az-ın məlumatına görə, Divanın qərarı barədə rəsmi açıqlamada deyilir: – Müsavat Partiyasının Məclisi 29 avqust 2015-ci il toplantısında demokratiya uğ...
Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir
Rusiya Müdafiə Nazirliyi Ermənistandakı hərbi bazasına “Orlan-10” müasir kəşfiyyat kompleksi verib. Novator.az bildirir ki, “Orlan-10” pilotsuz uçan aparatdır. Rusiya Müdafiə Nazirliyinin cənub hərbi dairəsinin oktyabrın 28-də yaydığı məlumata görə, “Orlan-10” kompleksi dağ yüksəkliklərində ağır və ...
Prezident ipoteka kreditləşməsi ilə bağlı fərman verib
Prezident İlham Əliyev oktyabrın 27-də “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına fərman verib. Transparency.az-ın məlumatına görə, fərmanın preambulasında qeyd olunur ki, son illər ipoteka kreditlərinə çıxış artıb, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka kredi...
Türkiyə seçki ərəfəsində: kimin səsi nə qədərdir?
Türkiyənin nüfuzlu KONDA araşdırma şirkəti 1 noyabr parlament seçkisi ərəfəsində son rəy sorğusunun nəticələrini açıqlayıb. Transparency.az xəbər verir ki, respondentlərin rəyi ilə seçki yarışının əsas iştirakçıları belə sıralanıb: Ədalət və İnkişaf Partiyası — 40,9%, Cümhuriyyət Xalq Partiyası — 30...
Tabuta kim girməlidir?!
Oqtay Qorçu Dəhşətli bir ölkə kimi tanınan, özü boyda işgəncə məngənəsi olan Şimali Koreya da dünya tibbinə öz töhfəsini vermək istəyir… Belə məlum olur ki, bu ölkədə hər gün 40 nəfərdən çox koreyalı özünü öldürür. Hələ bu, yəqin ki, tam dəqiq olmayan, bilərəkdən azaldılmış statistikadır. Çox ...
Putin MDB-nin xüsusi xidmət oqranlarının rəhbərləri ilə müzakirə aparacaq
Oktyabrın 28-də MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 39-cu iclası keçiriləcək. Novator.az xəbər verir ki, 39-cu iclas Rusiya paytaxtı Moskvada baş tutacaq. Həmin gün Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri i...
Küveyt gəlirinin 60%-ni itirdi
Dünya bazarında neftin qiyməti düşdüyünə görə Küveytin dövlət büdcəsinə daxilolmalar 60% azalıb. Yəni neft ucuzlaşdığından Küveyt dövləti gəlirinin 60%-ni itirib. Novator.az xəbər verir ki, bunu Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah oktyabrın 27-də parlamentdə açıqlayıb. Küveyt əmiri bi...
Polşada hakimiyyətə gələnlər nə vəd edir?
Polşanın Dövlət Seçki Komissiyası oktyabrın 25-də keçirilmiş parlament seçkisinin nəticələrini açıqlayıb. Transparency.az xəbər verir ki, millətçi mühafizəkarların Hüquq və Ədalət Partiyasının 37,6% səslə Seymdə yerlərin çoxuna sahib çıxdığı, hökumət qurmaq səlahiyyəti qazandığı bəyan olunub. Hüquq ...
İşğal altındakı abidələrimizə dəymiş zərər: 177 milyard dollar
Oktyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili” adlı layihəsinin son hesabatı dinlənilib. AZƏRTAC xəbər verir...
Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi başa çatır
Seçkilərlə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına (DSK) verilməsi prosesi bu gün başa çatır. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə azı dörd gün qalmış DSK-lar səsvermə protokollarını məntəqə seçki komissiyalarına verməlidir. Milli Məclisə se...
Ekspert: “Milli təhlükəsizlik siyasi fəaliyyətdən ayrılmalıdır”
“Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyində baş verən olaylar ölkənin milli təhlükəsizlik durumuna cavabdeh qurumların işində ciddi böhranın yarandığını göstərir və bu, milli təhlükəsizliyin heç də bəyan edildiyi qədər güclü əllərdə olmadığının əlamətidir”. Minval.az saytına danışan “Xəzər” Hərbi...
Professor: “Bu, monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq”
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezident İlham Əliyevin gömrük sahəsində yoxlamaların sadələşdirilməsi haqqında fərmanını şərh edib. O, AZƏRTAC-a deyib ki, prezidentin oktyabrın 22-də imzaladığı fərmanla fiziki şəxslərin ölkənin gömrük ərazisinə gətirdiyi və istehsal, yaxud kommer...
Sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanun imzalandı, siyahı təsdiqləndi
Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaları dayandıran qanunu imzalayıb. Transparency.az bildirir ki, qanun 4 maddədən ibarətdir: Maddə 1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (...